FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Azərbaycanda tarixi-mədəni abidələrin rəqəmsallaşdırılması sahəsində araşdırma
14-02-2025, 12:03 | MƏDƏNİYYƏT
Azərbaycanda tarixi-mədəni abidələrin rəqəmsallaşdırılması sahəsində araşdırma

Azərbaycan Respublikası  Mədəniyyət Nazirliyinin Mədəni və Yaradıçı Sənayelərin Təşviqi üzrə qrant müsabiqəsi çərçivəsində  “Gələcəyin Memarlığına Dəstək” İctimai Birliyi “ tərəfindən həyata keçirilən “Azərbaycanda tarixi-mədəni abidələrin rəqəmsallaşdırılması sahəsində araşdırma” layihəsinin məqsədi mədəniyyət müəssisələrində tarixi-mədəni abidələrin rəqəmsallaşdırılması ilə bağlı vəziyyətin qiymətləndirilməsi idi. Bu məqsədə nail omaq üçün 10 - 14 fevral 2025-ci il tarixlərində Quba rayonunda fəaliyyət göstərən A. A. Bakıxanovun Memorial-Ev Muzeyi, Quba Soyqırımı Memorial Kompleksi və Heydər Əliyev Mərkəzinin, həmçinin Qusar rayonunun Tarix-Diyarşünaslıq Muzeyi və Qusar Dövlət Rəsm Qalereyasının nümayəndələri arasında  təşkilatın eksperti Sədaqət Qəmbərova tərəfindən sorğu keçirilmişdir.  Sorğuda Abbasqulu Ağa Bakıxanovun Ev-Muzeyinin filial müdiri İradə Əlməmmədova

 Quba Heydər Əliyev Mərkəzinin elmi işçisi Şövqiyə Seyidzadə və bələdçi Simnarə Tağıyeva  Quba Soyqırımı Memorial Kompleksinin direktoru Rəxşəndə Bayramova

 Qusar rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Xatirə Nağıbəyova

  Qusar Dövlət Rəsm Qalereyasının direktoru Nərminə Salmanova və fond mühafizi Rüstəmbəy Nağıyev iştirak etmişdir.

Görüşlər zamanı mədəniyyət nümayəndələri muzeylərin tarixi, eksponatlar, həyata keçirilən tədbirlər barədə ətraflı məlumat vermiş və rəqəmsallaşdırma ilə bağlı anket suallarını cavablandırmışlar. Sorğunun nəticələrinə əsasən mədəniyyət müəssisələrinin fəaliyyəti və idarə olunması tam rəqəmsallaşdırılıb.  Mədəni irsin rəqəmsallaşdırılması prosesi isə artıq başlayıb və davam etdirilir.

Tarixi irsin rəqəmsallaşdırılmasından danışarkən Quba Soyqırımı Memorial Kompleksinin fəaliyyətini xüsusi olaraq qeyd etmək lazımdır. Kompleksin ayrıca veb-səhifəsi var. Burada onun tarixi, missiyası, məqsədi, keçirilən təbirlər və s. barədə ətraflı məlumatlar yerləşdirilib. Komplekslə bağlı həm azərbaycan, həm də ingilis dillərində virtual turlar təşkil edilir. Həmçinin burada keçirilən müxtəlif tədbirlər, görüşlər və layihələr YouTube platforması üzərindən geniş şəkildə təqdim edilir.  Rəqəmsallaşdırma prosesləri ilə peşəkar mütəxəssislər məşğul olur.  

Digər muzeylərə gəlincə, orada mühafizə edilən eksponatlar kompüterə daxil edilib və kataloqlaşdırılıb. Məsələn, 2024-cü ilin sonuna Qusar rayon Tarix-Diyarşünaslıq Muzeyində eksponatların hamısı kompüterə daxil edilib və təqribən 70 faizi kataloqlaşdırılıb. Qusar Dövlət Rəsm Qalereyasında saxlanılan rəsm əsərləri həm kağız daşıyıcılarında, həm də kompüterdə mühafizə olunur.

Qeyd edilən mədəniyyət müəssisələri haqqında ümumi məlumatlar vikipediyada öz əksini tapır, həyata keçirilən tədbirlərin təşviq edilməsi üçün sosial mediadan aktiv şəkildə istifadə edilir.

Müəssisələrin nümayəndələri həmçinin ehtiyaclarını da qeyd etdilər. Belə ki, onların İKT sahəsində peşəkar işçilərə, daha müasir rəqəmsal vasitələrə, ümumilikdə fəaliyyətlərinin modernləşdirilməsinə, Abbasqulu Ağa Bakıxanovun Ev-Muzeyinin isə tam təmirə ehtiyac var.

 




Baxış sayı: 110
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30