FACT-INFO.AZ » AKTUAL » Mart soyqırımı tarixin yaddaşından silinməyəcək
31-03-2025, 11:30 | AKTUAL
Mart soyqırımı tarixin yaddaşından silinməyəcək
31 Mart soyqırımından 107 il ötür. Biz QHT-media təmsilçisi olaraq Azərbaycanın bu qaranlıq tarixini xeyli araşdırmışıq. 1918-ci il hadisələrini, ümumilikdə mart soyqırımlarını tədqiq edəndə bu qənaətə gəlmək olar ki, o zaman ermənilərin və onların havadarlarının məqsədi nəyin hesabaına olursa Azərbaycan türklərini bu regiondan yox etmək idi. Neftlə zəngin olan Bakını bolşevik Rusiyasının nəzarətində olan erməni şəhərinə çevirmək hədəflərdən biri olub. Lakin düşmən qüvvələrin bu iyrənc, qanlı planları baş tutmadı.
Böyük saxtakarlıq xəstəliyinə tutulan ermənilər Bakını bütün dövrlərdə erməni şəhəri kimi dünyaya təqdim etməyə cəhd göstəriblər.
Xatırlatmaq istərdim ki, 1918-ci il soyqırımının coğrafiyası çox geniş olub. Öncə ondan başlayaq ki, Azərbaycanın elə yaşayış məskənlərində qətliamlar baş verib ki, onun yenidən tədqiqatına ehtiyac var. Hadisələr yalnız Bakıda və digər mərkəzi şəhərlərdə baş verməmişdi. Soyqırımın törədildiyi yaşayış məskənlərindən biri Qobustan rayonunun Sündü kəndidir. (Vaxtılə Şamaxının inzibatı ərazisi olub) Onu da qeyd edək ki, 5 min illik tarixi olan Sündü kəndinin əhalisinin bir gecənin içərisində 40 faizə yaxını qətlə yetirilib.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Xəlil bəy Xasməmmədovun rəhbərliyi ilə yaradılan və fəaliyyət göstərən istintaq komissiyasının materialları ilə tanış olanda görürük, bu, fədakar insanlar qısa müddətdə nə qədər ciddi araşdırmalar aparıblar. Avtomobilin, texnikanın olmadığı həmin dövrdə soyqırımın baş verdiyi bütün kəndlərdə bu komissiya araşdırma aparıb, qətlə yetirilən insanların yaxınları, ümumilikdə erməni vəhşiliyini öz gözləri ilə görən şəxslər dindirilib, protokollar tərtib olunub. O zaman həmin istintaq komissiyası belə obyektiv tədqiqatlar aparmasaydı bəlkə də bu gün biz 1918-ci il soyqırımlarını qaranlıq tarix kimi unutmuşduq.
Ötən əsrin 90-cı illərindən sonra bu sahədə xeyli işlər görülsə də ictimaiyyət tam məlumatlanmayıb. Həmin hadisələrin soyqırım aktı kimi dünyada tanınmasına nail olmamışıq. 1918-ci il soyqırımı aktını dünyada qəbul etdirmək məqsədilə ilk öncə Azərbaycanın daxilində bu hadisələr dərindən tədqiq edilib ictimaiyyətə geniş şəkildə çatdırılması vacibdir. Burada elmi araşdırılmalarla, kitabların kütləvi nəşri ilə bərabər bu soyqırımın mahiyyətini açıb göstərən sənədli və bədii filmlərin çəkilməsinə ehtiyac var.
Onu qeyd etmək istərdik ki, azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırımların tədqiqatını 10 ilə yaxın müddətdə apardıqdan sonra həmin araşdırmalar zamanı toplanmış məlumatlar əsasında “1918-ci il hadisələri: dünyasını dəyişən şahidlər, unudulmayan tarix” kitabı iki dildə çap olundu. Nəhayət kitabın mövzusuna uyğun olaraq “1918-ci il hadisələri-UNUDULMAYAN TARİX” sənədli filminin çəkilişini 2018-ci ildə həyata keçirdik.
Filmdə müxtəlif arxiv sənədləri, tədqiqatçıların müsahibəsi ilə bərabər vaxtılə (2010-cu ildə) müraciət etdiyimiz canlı şahidlərin fikirləri də təqdim olunub. Bu gün həyatda olmasalar da həmin yaşı 100-dən artıq canlı şahidlər soyqırım haqqında danışıblar.
Mənim ssenari müəllifi olduğum həmin filmin rejissorları çox peşəkar insanlar olan Nizami Abbas və Mübariz Nağıyevdir. Bu gün biz mənəvi rahatlıq hissi keçiririk ki, zamanında belə işləri görə bilmişik.
Əkrəm Bəydəmirli
Baxış sayı: 485
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər
Bu gün, 16:00
Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar
Bu gün, 14:30
"Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb
Bu gün, 10:00
Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub
Bu gün, 09:30
Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib
Bu gün, 09:30
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Bu gün, 08:30
Əxlaqın ağırlığı
Dünən, 21:00
Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb
Dünən, 12:00
Zəfərin işığında ucalan ömür
Dünən, 11:30
Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb
Dünən, 11:00
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün
9-11-2026, 19:30
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub
9-11-2026, 10:30
Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır
9-11-2026, 10:00
Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb
9-11-2026, 10:00
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib
9-11-2026, 10:00
Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir
8-11-2026, 10:30
Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm
8-11-2026, 10:00
Azərbaycan Zəfər Gününü qeyd edir
8-11-2026, 10:00
"Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik
7-11-2026, 16:00
44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki
7-11-2026, 15:30
Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb
7-11-2026, 11:30
Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub
7-11-2026, 11:30
Müstəqilliyimiz qədər dəyərli olan əmanət
7-11-2026, 11:30
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq
6-11-2026, 19:30
“Zəfər Salnaməsi” adlı tədbir keçirilib
6-11-2026, 18:00
Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
6-11-2026, 18:00
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
6-11-2026, 14:30
Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır
6-11-2026, 14:00
Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir
6-11-2026, 12:30
Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub
6-11-2026, 12:30
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
