FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » “EU Observer” portalı: Ermənistan Dağlıq Qarabağı hələ də işğal altında saxlayır
16-03-2017, 09:45 | TƏDQİQATLAR-ANALITIKA
“EU Observer” portalı: Ermənistan Dağlıq Qarabağı hələ də işğal altında saxlayır

Avropa İttifaqı ilə bağlı məsələlərin işıqlandırılması üzrə ixtisaslaşan “EU Observer” portalında Milli Məclisin deputatı, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi İdarə Heyətinin üzvü Rövşən Rzayevin geniş müsahibəsi dərc edilib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu xüsusda Dağlıq Qarabağın azərbaycanlı icmasının mövqeyindən bəhs edilən müsahibədə R.Rzayev Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı barədə məlumat verir, münaqişənin tarixinə ekskurs edərək 1980-ci illərin sonundan etibarən sovet rəhbərliyi ilə yaxınlıq edən erməni mənşəli şəxslər tərəfindən Azərbaycana qarşı təcavüz planının hazırlandığını xatırladır, Sumqayıt şəhərində baş vermiş hadisələrin bu mənfur planın tərkib hissəsi olduğunu bildirir. O, 1992-ci ilin fevralında Xocalıda baş verənlərin Ermənistan tərəfindən törədilmiş soyqırımı aktı olduğunu və bunun “Human Rights Watch” və “Memorial” kimi qeyri-hökumət təşkilatlarının sənədlərində də göstərildiyini vurğulayır.

R.Rzayev 2009-cu ildə Şuşaya etdiyi səfərinə toxunur, buradakı çoxəsrlik Azərbaycan məscidinin, eləcə də tarixi məqbərələrin necə dağıdıldığının şahidi olduğunu, qısamüddətli səfərindən sonra doğma şəhərini tərk etməsinin onun qəlbində dərin iztirablı izlər buraxdığını qeyd edir.

Ötən ilin aprelində cəbhə bölgəsində baş vermiş hadisələrdən bəhs edən deputat bunun erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın cəbhəyanı kəndlərində yaşayan dinc sakinləri atəşə tutması nəticəsində baş verdiyini, Ermənistan tərəfinin bu hadisələrlə bağlı yaydığı məlumatların yalan olduğunu diqqətə çatdırır.

Deputat Azərbaycana qarşı beynəlxalq müstəvidə aparılan qarayaxma kampaniyalarının arxasında əksər hallarda erməni lobbisinin və ona yaxın qüvvələrin dayandığını bildirir.

Münaqişənin tezliklə həllinin, eləcə də keçmişə deyil, gələcəyə baxmağın vacibliyini önə çəkən R.Rzayev Dağlıq Qarabağın erməni icmasını bölgənin azərbaycanlı icması ilə dialoqa dəvət edir. Təmsil etdiyi Azərbaycan icmasının sülh üçün müzakirələrə hər zaman hazır olduğunu vurğulayır, belə dialoqun Dağlıq Qarabağda, Tbilisidə, Moskvada, eləcə də istənilən Avropa şəhərində təşkil oluna biləcəyini qeyd edir.

Yazıda münaqişənin 1988-ci ildən başlandığı və 20 mindən çox insanın həyatına son qoyduğu vurğulanır. Genişmiqyaslı hərbi əməliyyatların 1994-cü ildə əldə edilən atəşkəs razılaşmasından sonra dayandırılmasına baxmayaraq, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonu hələ də işğal altında saxladığı vurğulanır.(AZƏRTAC)

 

 

 

 

 




Baxış sayı: 1 788
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30