FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Dənizdən dənizə uzanan sənətkar ömrü
17-02-2025, 10:00 | MƏDƏNİYYƏT
Dənizdən dənizə uzanan sənətkar ömrü

Fevralın 16-da tanınmış rəssam Ədalət Dadaşovun 80 yaşı tamam olur. Ədalət Dadaşovun bədii tərtibatlar və yaratdığı əsərlər Azərbaycanın və Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) əksər muzeylərinin ekspozisiyasını zənginləşdirib.

Qeyd etmək lazımdır ki, Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında müxtəlif sahələrdə olduğu kimi, mədəni əlaqələrinin də sorağını duyuruq. Bu mədəni əlaqələrin nəticəsidir ki, keçən il Azərbaycan-ŞKTC Dostluq Cəmiyyətinin təşəbbüsü ilə Şimali Kipr Türk Cümhuriyyətinin Girnə şəhərində Azərbaycan Beynəlxalq Mədəniyyət Mərkəzi açılıb. Təbii ki, ömrünün 30 ildən çoxunu ŞKTC-nin Əntiq Əsərlər və Muzeylər Dairəsinin baş rəssamı kimi fəaliyyət göstərən, Azərbaycanı - doğma vətənini uğurla təmsil edən rəssam Ədalət Dadaşov üçün bu xəbər sevindirici olub.

Ə.Dadaşov Əntiq Əsərlər və Muzeylər Dairəsinin baş rəssamı olaraq Muzeylər Dairəsinin nəzdində olan 28 muzeydə bərpaçı-rəssam işləyib, orada bədii tərtibat işlərini reallaşdırıb və muzey quruculuğu sahəsindəki işlərə rəhbərlik edib. Eyni zamanda, fəaliyyət göstərdiyi dövrdə bir sıra muzeylərin layihə müəllifi və rəhbəri olub. Böyük fəxr və qürurla deyə bilərik ki, bu muzeylərdə əksər tabloların altında Ədalət Dadaşov imzası vardır. 

Fact-info.az 80 yaşlı rəssamın həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salır.

Ədalət Abdurrəhman oğlu Dadaşov 1945-ci ildə Neftçalada anadan olub. Azərbaycanda doğulub boya-başa çatan Ə.Dadaşov Bakıda və Moskvada rəssamlıq təhsili alıb. O, 1971-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib. 1990-cı ildə isə Moskva Dövlət Bərpa Muzey əşyaları fakültəsində təhsil alıb. Bir müddət orta məktəbdə rəsm müəllimi, sonra isə AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində tərtibatçı-rəssam işləyib. İlk illər sərgilərdə plakatları ilə iştirak edən Ə.Dadaşovun idman mövzusunda çəkdiyi əsərlər yüksək mükafatlara layiq görülüb.

1994-1995-ci illərdə Şimali Kipr Türk Respublikası Doğu Akdeniz Universitetində rəssam kimi çalışıb. 1995-ci ildə isə həmin universitetdə rəssamın 30 əsərdən ibarət fərdi sərgisi açılıb. Tale elə gətirib ki, Bakıda muzey rəssamı kimi çalışdıqdan sonra Ədalət müəllim qardaş ölkəyə köçüb, Şimali Kipr Türk Cümhuriyyətinin Girnə şəhərində yaşayıb-yaradıb. Ömrünü, taleyini bu gözəl məmləkətə bağlayan rəssam buranı özünün ikinci vətəni də adlandırıb.

“Xəzərin sahillərindən Ağ dənizin sahillərinə gələrək ülvi məhəbbətlə bu yurda bağlanmışam. Bu gül-çiçəkli, yaşıl meşəli, meyvələri ləziz, ətir saçan bağ-bağatlı məskənə Kıbrısın Girnə şəhərinə qəlbən vurulmuşam. Azərbaycan xalqı kimi kıbrıslılar da dünyanın ən qədim xalqları olaraq özünün tarixi abidələri, zəngin incəsənəti və mədəniyyəti ilə tanınırlar. Kıbrısı doğma məkan sanaraq ölkənin tarixini və mədəniyyətini əks etdirən bu muzeylərin hər birində mənim yaratdığım əsərlər saxlanılır. Mən fəxr edirəm ki, bu muzeylərin ekspozisiyasının zənginləşməsinə öz töhfəmi vermişəm”, - deyən rəssam düşüncələrini onun haqqında yazılmış kitabda böyük qürurla dilə gətirir.





Baxış sayı: 115
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30