FACT-INFO.AZ » CƏMİYYƏT » Ciddədə Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı
16-03-2017, 20:45 | CƏMİYYƏT
Ciddədə Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı

Ölkəmizin Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyinin təşkilatçılığı və İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Baş katibliyinin dəstəyi ilə İƏT-in mənzil-qərargahında Xocalı soyqırımının 25-ci ildönümünün anım mərasimi keçirilib.

Tədbirdə İƏT Baş katibi Yusif bin Əhməd Əl-Useymin, Baş katibin siyasi, iqtisadi, elm və texnologiya və Fələstin məsələləri üzrə dörd müavini, Katibliyin müxtəlif idarələrinin baş direktor və direktorları, Beynəlxalq İslam İnformasiya Agentliyinin Baş direktoru, İslam İnkişaf Bankının rəsmi nümayəndəsi, bir sıra ölkələrin Ciddədəki baş konsulları, Türkiyə, İran, Əfqanıstan və Pakistanın İƏT yanında daimi nümayəndələri, habelə diaspor üzvləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan səfirliyinin İƏT yanındakı ofisi tərəfindən Qarabağın tarixi, ermənilərin bu torpaqlara köçürülməsi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələri və münaqişənin həlli istiqamətində beynəlxalq təşkilatların, xüsusilə BMT TŞ-nin qətnamələri barədə təqdimat nümayiş olunub.

Sonra Azərbaycanın krallıqdakı səfiri və İƏT yanında daimi nümayəndəsi Rasim Rzayev çıxış edərək İƏT Baş katibinə tədbirə ev sahibliyi etdiyi üçün təşəkkürünü bildirib, Xocalı soyqırımı barədə tədbir iştirakçılarını ətraflı məlumatlandırıb. Qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Azərbaycanın bu şəhərini mühasirəyə alaraq, yerli sakinləri azərbaycanlı olduqları üçün kütləvi qırğına məruz qoyublar. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 dinc sakinin qətlə yetirildiyi, 8 ailənin tamamilə məhv edildiyi, 1275 nəfərin əsir götürüldüyü diqqətə çatdırılıb. Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı sakinlərinə qarşı inanılmaz vəhşiliklər törədildiyini, öldürülən insanların bəzilərinin dərilərinin soyulduğunu, başlarının kəsildiyini, cəsədlərin eybəcər hala salındığını qeyd edən səfir, Ermənistan tərəfinin beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq işğalçı siyasətlərini davam etdirdiyini, müstəqil Azərbaycanın 20 faiz ərazisini zəbt etdiyini və nəticədə 1 milyondan çox insanın qaçqın və məcburi köçkünə çevrildiyini bildirib.

Vurğulanıb ki, 2008-ci ildən başlayaraq, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" beynəlxalq məlumatlandırma kampaniyasının uğurla həyata keçirilməsi nəticəsində artıq bir sıra dövlətlər Xocalıda törədilən qırğını soyqırımı kimi tanıyıblar. İslam ölkələri dövlət başçılarının 2013-cü ildə Qahirədə keçirilmiş 12-ci sammitində Xocalıda törədilən vandalizm soyqırımı aktı və insanlığa qarşı cinayət kimi qiymətləndirilib.

Daha sonra İƏT Baş katibi çıxış edərək Xocalıda həlak olanların xatirəsini dərin hüznlə anıb, Azərbaycan xalqına İƏT və İslam dünyası adından başsağlığı verib. Təşkilatın istər sammit, istərsə də XİN Şurası tərəfindən qəbul edilən qərarlarında Ermənistanın Azərbaycana qarşı təcavüzünün qəti şəkildə pislənildiyini vurğulayan Yusif Əl-Useymin münaqişənin həllində təşkilatın mövqeyinin dəyişməz olduğunu bildirib. Xocalı soyqırımını insanlığa qarşı ağır cinayət adlandıran Baş katib gec-tez günahkarların beynəlxalq səviyyədə cəzalandırılacağına ümidvar olduğunu deyib.

Sonra Türkiyə Respublikasının İƏT yanında daimi nümayəndəsi səfir Saleh Mutlu Şən çıxış edərək, ölkəsinin Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı barədə mövqeyini bir daha diqqətə çatdırıb.

Anım mərasimində Heydər Əliyev Fondu tərəfindən çəkilən "Khojaly Genocide" adlı sənədli film nümayiş etdirilib.

İştirakçılara, həmçinin "Xocalı uşaqların gözü ilə" rəsm sərgisi və "Xocalıya ədalət" kampaniyası çərçivəsində keçirilən tədbirlərin fotoşəkillərindən ibarət sərgi təqdim olunub.

Sonda Xocalı qurbanlarının xatirəsinə ehsan süfrəsi açılıb.(AZƏRTAC)

 

 

 




Baxış sayı: 1 799
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30