FACT-INFO.AZ » AKTUAL » Bu sənət təkcə əllərin yox, həm də ruhun işidir
21-01-2025, 12:00 | AKTUAL
Bu sənət təkcə əllərin yox, həm də ruhun işidir

Heykəltəraşlıq təsviri incəsənətin ən qədim növlərindən biridir. Daş, ağac, metal, gil və digər materiallardan istifadə edərək yaradılan heykəllər, yalnız bir estetik əsər deyil, həm də öz dövrünün ruhunu və mədəniyyətini əks etdirən bir mesajdır. Hər bir heykəl, əslində, sənətkarın daxili dünyasının, onun hisslərinin və həyat görüşlərinin fiziki bir təsviridir.

Bu sözlər Lənkəranda yaşayıb-yaradan heykəltaraş-rəssam Məmmədyar Cəfərova məxsusdur. O, 80 illik ömrünü heykəltaraşlığa və rəssamlığa həsr etmiş, əsərləri vasitəsilə öz duyğularını, düşüncələrini və həyat fəlsəfəsini cəmiyyətlə bölüşmüşdür.

Fact-info.az xəbər verir ki, AZƏRTAC-ın əməkdaşı Məmmədyar Cəfərovla görüşüb, onun yaradıcılığı ilə maraqlanıb.

Məmmədyar Cəfərov heykəltaraşlıq və rəssamlıq sahəsindəki fəaliyyəti ilə nəinki Lənkəranda, hətta ölkə miqyasında tanınmış və sevilmiş sənətkardır. O, əsərlərində milli dəyərləri, insanın daxili dünyasını və həyatın mürəkkəbliyini ustalıqla əks etdirir. Onun hər bir əsəri sənətə olan dərin bağlılığını və zəhmətkeşliyini açıq şəkildə nümayiş etdirir.

Qocaman sənətkar həyat yolu, yaradıcı enerjisi və sənətə olan sevgisi haqqında danışdıqca, onun nə qədər dərin bir insan olduğunu daha yaxşı anlamaq mümkündür.

"Mən uşaqlıqda o qədər sadə materiallarla işləyirdim ki, bəlkə də o dövrdə heç kim buna fikir vermirdi. Palçıqdan, ağacdan kiçik fiqurlar düzəldirdim. Hər dəfə nə isə yaradanda insanlar maraqla baxırdılar. O baxışlar mənə çox şey öyrətdi – insanlar sənəti sevir və sənətkarı yaşadırlar. Bu sənətə 7 yaşımdan başlamışam. Təbiət mənim müəllimim oldu. Uşaq vaxtı torpaqdan, palçıqdan kiçik fiqurlar düzəldirdim. İnsanların diqqətini çəkəndə başa düşdüm ki, nə isə xüsusi bir şey edirəm. Amma bu sənətə başlayanda çətinliklərin olduğunu bilmirdim. İndi düşünürəm ki, hər dəfə bir əsər yaratmaq üçün gərək səbirli olasan. Bu sənət təkcə əllərin yox, həm də ruhun işidir. İnsan əlləri ilə daşları yonub, şəkil verə bilər, amma ruhunu işə qatmasa, gördüyü iş cansız olar. Heykəl canlı kimi hiss edilməlidir. Rəsmin hər bir xətti öz hekayəsini danışmalıdır. Bu isə çox böyük zəhmət və səbir tələb edir”, - deyə Məmmədyar Cəfərov bildirir.

Məmmədyar Cəfərovun uşaqlıqdakı marağı illər keçdikcə böyük bir sənət sevgisinə çevrilib. O, yalnız heykəllərlə kifayətlənməyib, eyni zamanda, rəsmlər də çəkməyə başlayıb. Əsərlərində insanın daxili dünyasını, təbiətin müxtəlif üzlərini və həyatın mürəkkəbliyini əks etdirməyə çalışır. Onun əsərləri arasında yerli insanların gündəlik həyatından tutmuş, tarixi hadisələri əks etdirən mövzulara qədər geniş bir mövzu müxtəlifliyi var.


Deyir ki, bu sənət çox ağırdır. İnsan yalnız fiziki güclə yox, həm də ruhunun gücü ilə işləməlidir: “Bəzən günlərlə düşünürəm. İlham olmayanda, heç nə yaratmaq mümkün deyil. Amma bir ideya gələndə, o ideyanı həyata keçirmək üçün saatlarca işləyirəm və yorulmaq bilmirəm".

Qocaman sənətkar əsərlərində daha çox təbiətin gözəlliklərini və insanların duyğularını təsvir etməyə çalışır. Onun heykəlləri və rəsmləri həm milli dəyərləri əks etdirir, həm də universal mövzularla diqqət çəkir. Əsərlərində ailə, zəhmətkeşlik və təbiət sevgisi kimi mövzular üstünlük təşkil edir.

"Hər bir əsərim mənim övladım kimidir. Onları yaratmaq üçün saatlarımı, bəzən günlərimi sərf edirəm. Amma ən gözəli odur ki, hər dəfə nəsə yaradıram, sanki öz ruhumu bir az da zənginləşdirirəm. İnsan sənətlə nəfəs alırsa, onun həyatı həmişə mənalı olur. İnsanlar köçüb gedir, amma onların əsərləri qalır. Mənim ən böyük istəyim odur ki, əsərlərim məndən sonra da insanlara nəsə öyrətsin, onları düşündürsün".


80 yaşı olmasına baxmayaraq, Məmmədyar Cəfərov hər gün emalatxanasında işləyir. O, fırçasını və oyma alətlərini heç vaxt kənara qoymur. Yaratdığı əsərlərdən bəziləri evini bəzəyir, bəziləri isə Lənkəran və ətraf bölgələrdəki sərgilərdə və müxtəlif istirahət zonalarında nümayiş olunur. Məmmədyar kişi sənətkarlığı ilə gənclər üçün ilham mənbəyidir və bir çox gənc onun yanına gələrək sənətin sirlərini öyrənmək istəyir.

"Əgər bu sənətə könül vermək istəyirsənsə, əvvəlcə özünü sev, sonra isə səbirli olmağı öyrən. Hər bir əsər sənin ruhundan bir parçadır və onu tamamlamaq üçün hər şeyini qoymalısan. Sənətə gələn gənclər bilməlidirlər ki, bu, asan yol deyil. Çətinliklər çox olacaq. Bəzən yorulacaqsınız, bəzən ruhdan düşəcəksiniz. Amma unutmayın, hər bir əsər sizin ruhunuzun güzgüsüdür. Özünüzü sənətə tam verəndə, onunla yaşamağı öyrənəndə həqiqi sənətkar olursunuz".




Baxış sayı: 130
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır Dünən, 19:00 "Şahinlərin Görüşü-2026" müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib Dünən, 19:00 Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib Dünən, 18:00 ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week Dünən, 17:30 İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir Dünən, 12:30 Dünyada separatizmə, müharibə cinayətlərinə münasibət fərqli olmamalıdır Dünən, 11:30 Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşü Dünən, 11:00 Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb Dünən, 11:00 Azad edilmiş ərazilərdə daha 361 mina, 624 PHS aşkarlanıb Dünən, 10:30 Vətən müharibəsinin xronikası: 11 oktyabr Dünən, 10:30 Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq 11-10-2026, 10:00 Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq 11-10-2026, 10:00 Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək 10-10-2026, 09:30 Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub 10-10-2026, 08:30 ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi 10-10-2026, 08:30 Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb 9-10-2026, 20:30 Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir 9-10-2026, 19:30 International travellers visit Ganjasar Monastery Complex 9-10-2026, 17:00 Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı? 9-10-2026, 12:00 Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş kitab sərgisi açılıb 9-10-2026, 11:00 Prezident İlham Əliyev: 2026-cı ilin ilk yarısında Azərbaycan üzərindən tranzit daşımalarının həcmi 10 faiz artıb 9-10-2026, 11:00 Prezident: Məqsədimiz Azərbaycan üzərindən yükdaşımaların həcmini hər istiqamət üzrə 15 milyon tona çatdırmaqdır 9-10-2026, 11:00 Türkiyənin məktəblərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək 9-10-2026, 10:30 Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır - KİV 9-10-2026, 09:00 Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir 9-10-2026, 08:00 Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib 8-10-2026, 19:30 Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb 8-10-2026, 19:30 Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib 8-10-2026, 18:30 Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia 8-10-2026, 16:30 Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib 8-10-2026, 14:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031