FACT-INFO.AZ » SİYASƏT » ABŞ Konqresinin üzvü Xocalı soyqırımı ilə bağlı bəyanat verib
3-03-2017, 09:25 | SİYASƏT
ABŞ Konqresinin üzvü Xocalı soyqırımı ilə bağlı bəyanat verib

Konqresmen Kohen bəyanatında Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən Xocalının 1992-ci il fevralın 26-da Ermənistan Silahlı Qüvvələrinin hücumuna məruz qaldığını və həmin dəhşətli gecədə 600-dən çox silahsız insanın, o cümlədən 106 qadın və 83 uşağın vəhşicəsinə öldürüldüyünü qeyd edib.

Bildirilir ki, atəşkəsin imzalanmasından 20 ildən çox keçməsinə baxmayaraq, Azərbaycanın Dağlıq Qarabağ regionu və yeddi ətraf rayonu da daxil olmaqla 20 faiz ərazisi hələ də işğal altındadır. Bir milyondan çox azərbaycanlı öz evindən didərgin düşüb.

O, həmçinin Azərbaycanın işğal edilmiş əraziləri boyunca olan təmas xəttində toqquşmalar kontekstində ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri olaraq Azərbaycan-Ermənistan münaqişəsinin həlli istiqamətində səylərini artırmasının vacibliyini bildirib.

Daha sonra ABŞ Konqresinin üzvü Azərbaycanın çox çətin qonşuluq mühitində olmasına baxmayaraq, bir çox məsələlərdə, o cümlədən təhlükəsizlik və enerji məsələlərində ABŞ və müttəfiqlərinin güclü tərəfdaşı olduğunu vurğulayıb. Konqresmen, eyni zamanda, Azərbaycanın beynəlxalq sülhməramlı əməliyyatlara, xüsusilə Əfqanıstan əməliyyatına mühüm töhfəsini diqqətə çatdırıb.

Konqresmen öz bəyanatında, həmçinin Azərbaycanın aparıcı rol oynadığı Cənubi Qaz Dəhlizinin inşasının təbii qaz ilə təchizat baxımından Avropa dövlətləri üçün önəmini vurğulayıb. Ölkəmizin İsrailin neft istehlakının təxminən 40 faizini təmin etdiyini bildirib. O, həmçinin Azərbaycanda yəhudi icmasının əmin-amanlıq içərisində yaşadığını və ölkəmizin İsraillə yaxın münasibətlərinin təqdirəlayiq olduğunu ifadə edib.

 Sonda konqresmen Kohen dünya azərbaycanlılarının Xocalı soyqırımının qurbanlarının xatirəsini yad etdiyi bir məqamda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə həll olunmasının və Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsinin önəminə diqqət çəkib.(AZƏRTAC)




Baxış sayı: 1 596
Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır Dünən, 17:00 “The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir Dünən, 17:00 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib Dünən, 16:30 “Keçmişdən sabaha yol kəlağayı” kitabı oxuculara təqdim olunub Dünən, 13:30 Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib 14-11-2026, 18:00 Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlı münasibətlərdən strateji tərəfdaşlığa 14-11-2026, 16:30 “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb 14-11-2026, 16:30 Tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb 13-11-2026, 19:30 COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub 13-11-2026, 14:30 Media və Yayım Şurası açıqlama yayıb 13-11-2026, 14:30 Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb 13-11-2026, 12:30 Qarabağ təbiətinin şəfa mənbəyi 13-11-2026, 11:30 Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək 13-11-2026, 11:30 Bakıda “Eternity-2026” təliminin açılışı olub 13-11-2026, 11:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib 13-11-2026, 09:30 Bir əsrin işığında türkologiya 12-11-2026, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib 12-11-2026, 18:30 12 noyabr – Konstitusiya Günü 12-11-2026, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib 12-11-2026, 18:30 Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb 12-11-2026, 16:00 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib 12-11-2026, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib 12-11-2026, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb 12-11-2026, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib 12-11-2026, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər 12-11-2026, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib 11-11-2026, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb 11-11-2026, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ 11-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər 11-11-2026, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar 11-11-2026, 14:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30