FACT-INFO.AZ » İQTİSADİYYAT » Azərbaycan Enerji keçidi indeksində inkişaf etmiş bir sıra ölkələri üstələyir
30-10-2024, 09:00 | İQTİSADİYYAT
Azərbaycan Enerji keçidi indeksində inkişaf etmiş bir sıra ölkələri üstələyir

Hələ 20 il əvvəl Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı qəbul edilib. O zaman Azərbaycan öz enerji ehtiyaclarını təmin etmişdi, hətta neft və qaz ixracatçısı kimi tanınmış dövlət idi, belə ki, enerjinin alternativ imkanlarına və mənbələrinə ehtiyacımız yox idi. Təsdiq olunan dövlət proqramı məcburi deyil, düşünülmüş, gələcəyə yönələn atılmış addım idi. Fact-info.az  xəbər verir ki, bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov oktyabrın 30-da “Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə (COP29-a doğru)” mövzusunda dəyirmi masadan öncə keçirilən brifinqdə deyib.

Agentlik rəhbəri, həmçinin Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin yaradıldığını, 2010-cu ilin Azərbaycanda “Ekologiya İli” xatırladıb, 2024-cü ilin isə “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini qeyd edib.

“2023-cü ilin Dünya İqtisadi Forumunun hesabatına əsasən, 120 ölkəyə aid Enerji keçidi indeksləri müəyyən edilib. Azərbaycanın indeksi 62-yə bərabərdir və dünya reytinqində 32-ci yeri tutur, eyni zamanda, bir sıra inkişaf etmiş ölkələri üstələyir; bu sıraya o cümlədən G7, Avropa İttifaqına və İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatına üzv ölkələr (məsələn, Litva, Yunanıstan, İtaliya, Polşa, Belçika, Slovakiya, Çexiya, Bolqarıstan) daxildir.

Bu göstəriciyə görə, Azərbaycan neft və qaz istehsalçıları və idxal edən ölkələr sırasında liderdir”, - deyə Kamran İmanov bildirib. O, həmçinin qeyd edib ki, dünya birincisi olan İsveç enerji indeksinin hər vahidinin formalaşmasına Azərbaycandan iki dəfədən çox vəsait sərf edir, ABŞ isə üç dəfədən çox.

Yaranan iqlim dəyişiklikləri ilə bağlı problemin başında duran enerjidir və onun həllinin açarı da enerjidir.




Baxış sayı: 95
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30