FACT-INFO.AZ » QHT » “Azərbaycanda mina qurbanları: nailiyyətlər və qarşıda duran vəzifələr” mövzusunda dəyirmi masa keçirilib
26-10-2024, 08:30 | QHT
“Azərbaycanda mina qurbanları: nailiyyətlər və qarşıda duran vəzifələr” mövzusunda dəyirmi masa keçirilib
“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyinin (MƏAK İB) təşkilatçılığı ilə “Azərbaycanda mina qurbanları: nailiyyətlər və qarşıda duran vəzifələr” mövzusunda dəyirmi masa keçirilib.
Dəyirmi masada Azərbaycandakı mina qurbanları, həyata keçirilmiş layihələr və qarşıda duran vəzifələr müzakirə olundu. Tədbirdə minalara qarşı fəaliyyəti həyata keçirən və mina qurbanlarına yardım edən Azərbaycan Respublikasının rəsmi qurumlarının nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA), Milli Məclis üzvləri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ombudsman Aparatının əməkdaşları, minadan zərərçəkənlər, QHT-lər, səfirliklər və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Bu tədbir 1997-ci il Nobel Sülh Mükafatı Laureatı Minaların Qadağan olunması uğrunda Beynəlxalq Kampaniya - Kasetli Silahlara dair Koalisiya təşkilatının dəstəyi ilə təşkil olunmuşdur.
MƏAK İB sədri Hafiz Səfixanov bildirmişdir ki, mina qurbanlarına hər tərəfli dəstəyin göstərilməsi minalara qarşı aparılan fəaliyyətin beş əsas sütünundan biridir. Mina qurbanlarına yardım beynəlxalq qanunvericilikdə - minaların qadağan olunmasını nəzərdə tutan BMT Konvensiyasında (Ottava Konvensiyası), Kasetli Silahlara dair BMT Konvensiyasında, Minalara qarşı Fəaliyyətə dair Beynəlxalq Standartlarda təsbit olunub.
Kimlər mina qurbanı hesab olunur. Beynəlxalq hüquqa görə mina qurbanları mina partlayışı nəticəsində həlak olan və ya cismani zədə alan, yaxud psixi sarsıntıya məruz qalan, iqtisadi zərərə düşən, sosial cəhətdən təcrid olunmuş və ya öz hüquqlarını reallaşdırmaqda əhəmiyyətli dərəcədə əziyyət çəkən bütün şəxslər nəzərdə tutulur. Bundan başqa minaların birbaşa təsirinə məruz qalanlar, onların ailə üzvləri və yaşadıqları icmalar da mina qurbanı hesab edilir.
MƏAK İB keçmiş SSRİ-də ilk dəfə olaraq 2003-cü ildə keçmiş SSRİ ərazisində ilk dəfə olaraq Azərbaycanda mina qurbanlarının vahid məlumat bazasının yaradılması, mina qurbanlarının ehtiyaclarının öyrənilməsi layihəsini həyata keçirmişdir. Layihə ABŞ Dövlət Departamentinin Minaların Təmizlənməsi və Mina Qurbanlarına Yardım üzrə Beynəlxalq Etimad Fondu (Sloveniya) vasitəsilə maliyyə dəstəyi ilə Azərbaycanın 8 şəhər və rayonunda həyata keçirilmişdir. Mina qurbanlarının gündəlik ehtiyaclarının öyrənilməsi (hansı şəraitdə mina qurbanı olması, yaralanma dərəcəsi, sağlamlıq, psixoloji durum, ortopedik məmulatlara ehtiyac, hüquqi problemlər, iqtisadi və sosial vəziyyət, yeni bilik və bacarıqlara yiyələnmək istəyi) üçün hazırlanmış sorgu anketi ilə həyata keçirildi. Bu layihə çərçivəsində aparılan təhqiqat zamanı mina qurbanları yuxarı və aşağı ətrafların itirilməsi, eşitmə qabiliyyətinin tam və ya qismən itirilməsi, görmə qabiliyyətinin tam və ya qismən itirilməsi, baş və boyun nahiyəsində xəsarət, qarın boşluğunda və sinə nahiyəsində xəsarət, parçalanma xəsarətləri, yanıqlar, paraplegiya (hərəkətin itməsi) və psixoloji travma daxil olmaqla müxtəlif xəsarətlər aldıqlarını bildirmişlər. Döyüş əməliyyatlarında iştirak edərək mina qurbanları posttravmatik stress pozuntusundan ciddi əziyyət çəkirlər. MƏAK İB-nin görüşdüyü mina qurbanları bir və ya bir neçə əzasını itirmiş, həyat yoldaşının himayəsində olduqlarını, ailədə orta məktəbdə oxuyan uşaqlarının olduğunu, mina qurbanı olduqdan sonra onların iş və ya təhsil imkanlarının ciddi surətdə azaldığını bildirmişlər. Mülki mina qurbanlarını ən çox narahat edən məsələlər işsizlik, mənzil şəraiti, özlərinin və ailə üzvlərinin əsas ehtiyaclarını təmin edə bilməməsi, keyfiyyətli ortopedik məmulatlarla təmin olunmamasıdır.
Mina partlayışları nəticəsində zərərçəkənlərin davamlı tibbi və reabilitasiya yardımına, onların yeni peşələr üzrə işlə təmin olunması üçün peşə hazırlığına ehtiyacları var, həmçinin Azərbaycan qanunlarında nəzərdə tutulmuş hüquqları barədə maarifləndirilməlidirlər.
Bir il sonra ANAMA yerli tərəfdaş QHT-lər vasitəsilə belə bir layihəni bütün ölkə üzrə həyata keçirdi və alınan nəticələr demək olar ki, üst-üstə düşürdü.
Ehtiyacların öyrənilməsi layihələrinin nəticələrinə əsaslanaraq biz prioritet istiqamətlərimizi müəyyən etdik və bundan sonra konkret sahələrə uyğun layihələr həyata keçirildi. Ölkənin 56 şəhər və rayonunda 68 dəfə hüquqi, psixoloji yardım və iqtisadi inteqrasiya ilə bağlı maarifləndirici seminarlar keçirilmişdir. Mina qurbanlarına və digər müharibə əlillərinə 6000 ədəd hüquqi maarifləndirici broşür çap olunaraq paylanmışdır. İqtisadi cəhətdən inteqrasiya olunma üçün Minalar Əleyhinə Beynəlxalq Kampaniyanın hazırladığı «101 çox yaxşı ideya » məlumat vərəqi 1000-dən çox mina qurbanına verilmişdir.
2007-ci ildən başlayaraq keçmiş Şərqi Avropada və SSRİ ərazisində ilk dəfə olaraq Azərbaycanın 7 şəhər və rayonunda – Gəncə, Qazax, Tovuz, Tərtər, Ağdam, Ağcabədi və Füzulidə - minadan zərər çəkmiş şəxslərə kiçik biznes qurmaq üçün faizsiz maliyyə vəsaitlərinin verilməsi layihələri həyata keçirilmişdir. Bir neçə belə layihənin donorları AR QHT Dövlət Dəstəyi Agentliyi, İsveçrə Mina Qurbanlarına Yardım Fondu, Kanada səfirliyi, Avstriya və Koreya hökümətləri, İnsan Təhlükəsizliyinin Artırılmasına Beynəlxalq Etimad Fondu və Minalar Əleyhinə Beynəlxalq Kampaniyası olmuşdur.
Ölkənin 3 Universitetində - Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Xəzər Universitetində mina qurbanlarının iştirakı ilə professor – müəllim heyəti və tələbələr üçün maarifləndirici seminarlar təşkil edilmişdir.
Dəyirmi Masada Milli Məclisin üzvləri Fazil Qəzənfəroğlu, Vüqar Bayramov, Razı Nurullayev, Gülşən Paşayeva, ANAMA-nın Maarifləndirmə və zərərçəkənlərlə iş şöbəsinin müdiri Ramil Əzizov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Ekspertiza və Reabilitasiya Agentliyinin rəhbəri Nabat Abdulova, Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin direktoru Asif Məcidov, Ombudsman Aparatının nümayəndəsi Müqalib Mahmudov, Azərbaycan Milli QHT Forumu İdarə Heyətinin sədri Ramil İsgəndərli, ANAMA yanında İctimai Şuranın sədri Umud Rəhimoğlu, üzvləri Nadir Cəfərov və Rey Kərimoğlu, “Qarabağ Qaziləri” İB sədri Asəf Əliyev, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İB nümayəndəsi, Meksika və Belçikanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirləri xanım Victoria Romero və cənab Julyen de Frepont, Böyük Britaniya səfirliyinin Proqramlar Departamentinin rəhbəri xanım Claudia Napier-Farley, UNİCEF-in Azərbaycan nümayəndəliyinin əçəkdaşı Bəxtiyar Səlimov, mina qurbanları və milli QHT rəhbərləri çıxışlar etmiş, problemin aktuallığını nəzərə alaraq müəyyən təkliflər vermişlər.
Baxış sayı: 295
Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar
Bu gün, 15:00
Füzuli Şəhəri Günündə həsr olunan tədbir
Bu gün, 14:00
Azərbaycan beynəlxalq forumda təmsil olunub
Bu gün, 13:30
Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub
Dünən, 18:30
Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib
Dünən, 17:30
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Dünən, 17:30
Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib
Dünən, 12:00
Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır
Dünən, 10:30
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub
Dünən, 10:00
Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib
Dünən, 10:00
Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb
Dünən, 09:30
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir
Dünən, 09:30
Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb
15-10-2026, 21:00
BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür
15-10-2026, 20:30
Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50
15-10-2026, 20:00
Nazirlər Kabineti iki dövlət qurumu ilə bağlı dəyişiklik edib
15-10-2026, 19:30
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb
15-10-2026, 18:00
Baku Declaration adopted
15-10-2026, 17:30
Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır
15-10-2026, 09:30
Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub
15-10-2026, 09:00
“Naxçıvan ədəbi mühiti və folklor” adlı elmi monoqrafiya çapdan çıxıb
15-10-2026, 09:00
Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb
15-10-2026, 08:30
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb
14-10-2026, 21:00
Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi
14-10-2026, 17:30
Prezident: Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub
14-10-2026, 11:00
Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir
14-10-2026, 11:00
İnformasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur
14-10-2026, 10:00
Azərbaycanın postmünaqişə təhlükəsizlik arxitekturası: əsas məqamlar
14-10-2026, 10:00
Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək
14-10-2026, 09:30
Kiyev ballistik raketlərlə vurulub, ölənlər var
14-10-2026, 09:00
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia
