FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Sükuta dalmış həqiqətlər: bu gün Əhməd Cavadın anım günüdür
12-10-2024, 10:30 | TƏDQİQATLAR-ANALITIKA
Sükuta dalmış həqiqətlər: bu gün Əhməd Cavadın anım günüdür

 "Sükuta dalmış həqiqətlər: Azərbaycanın intellektual mülkiyyətinə vurulan zərbə" kitabında mən  Azərbaycanın bu nəhəng insanı ilə bağlı bəzi məqamlara nəzər salmağa çalışdım. Əhməd Cavadın anım günündə həmin yazıdan bəzi hissələrə  yenidən diqqət edək.

1920-ci ilin Aprel işğalından  sonra Azərbaycanın bir çox işıqlı insanları kimi Əhməd Cavad da təqiblərə məruz qalır. Onun yaradıcılıq imkanları məhdudlaşır. 1923-cü ildə Musavat Partiyasının liderlərindən Mirzəbala Məmmədzadənin Türkiyəyə qaçırılmasında Cavadı günahlandırıb həbs edirlər.

Azərbaycan ziyalılarının  repressiya dövrünə nəzər salan professor Cəlal Qasımov yazır:  “19201950-ci illərdə Azərbaycan ziyalılırının ittihamı dövri  mətbuatdan başlanırdı. Elə bir total sistem yaradılmışdı ki, prokuror və ya hakim funksiyasını əvvəlcə ziyalıların özləri həyata keçirirdi. Belə ki, ziyalılar bir-birini qəzet və ya jurnal səhifələrində tənqid edir, özlərini siyasi sayıqsızlıqda, millətçilikdə, marksizmi və leninizmi lazımınca mənimsəməməkdə ittiham edirdilər. Belə demək mümkünsə, ziyalılar əvvəlcə “sovet tənqidçiləri”, sonra isə “sovet müstəntiqləri” tərəfindən ittiham edilirdi. Bu yol həmin ziyalını qəzet səhifəsindən və ya qəzet sütunundan, daha doğrusu, mətbuatdan məhbəsə, Xalq Daxili İşlər Komissarlığının (XDİK, rus dilində NKVD) zindanına aparırdı.

Ə.Cavad ikinci dəfə “Göygöl” şeirinə görə həbs edilir. Bu şeiri oxuyan o zamankı rəhbərlərdən S. Ağamalıoğlu demişdi: “Kim deyər ki, Azərbaycanın Puşkini yoxdur? Cavad Azərbaycan ədəbiyyatının Puşkinidir. “Göygöl” doğrudan doğruya Azərbaycan ədəbiyyatının incisidir”. Lakin şairin bədxahlarından üç nəfər bildirir ki, şeir antisovet ruhludur. Bundan sonra Ə. Cavadın həbs olunması əmri verilir. Təzyiqlər, amansız  işgəncələr şairi sarsıdır.

Tədqiqatçı Aslan Kənan yazır: Ağır işgəncələrə, məşəqqətlərə dözə bilməyən yazıçı Daхili İşlər Komissarı Sumbatova ərizə ilə müraciət edir: ―…Proşu vaşeqo rasporojeniya uskorit sledstvie moyemu delu…. Artıq istintaqın dözülməz gedişatına tab gətirə bilməyən yazıçı müstəntiqin suallarına  ”doğru”, ”düzgün” cavab verməyə razılıq verir. Müstəntiqlərin qarşılarına qoyduğu məqsəd yalnız istintaq işini nəyin bahasına olur-olsun, tezliklə başa çatdırıb, məhkəməyə təqdim etmək idi. Bunun nəticəsi idi ki, məhkəmələrdə hər bir müttəhimə 15–20 dəqiqə müddətində hökm çıхarılırdı.      

Ə. Cavad istintaqını aparan, vəhşiliyi, qansızlığı, rəhmsizliyi ilə məşhur olan DTK-nın baş leytenantı Qvozdevə 25 iyul 1937-ci ildə bütün  “günahlarını“ etiraf etmək məcburiyyətində qalır”.

Repressiyanın qurbanı olmuş şair Əhməd Cavad 12 oktyabr 1937-ci ildə SSRİ Ali Məhkəmənin Hərbi Kollegiyasının Səyyar Sessiyasının qərarı ilə güllələnməyə məhkum olunur. Hökm həmin gecə – 13 oktyabrda şair haqqında izahat verməyənlərdən biri olan görkəmli yazıçı Böyükağa Talıblının güllələnməsi ilə bir vaхtda həyata keçirilir. Totalitar rejim Əhməd Cavadı həbs etməklə, güllələməklə kifayətlənmir. Həmin gündən sonra şairin ailəsinin, yaxınlarının iztirablı günləri başlayır.  

Tədqiqatçı  Aslan Kənan yazır: “Ə.Cavada qarşı icra edilən hökmdən sonra şairin ailəsinə “diqqət” daha da artır. Hökmün icrasının sabahı – oktyabr ayının 14-də Əhməd Cavadın həyat yoldaşı və üç oğlu həbs edilir. Şükriyyə хanım vətən хainin həyat yoldaşı kimi 8 il müddətinə azadlıqdan məhrum edilir. O, əvvəlcə Bakıdakı Bayıl həbsхanasına, sonra isə məhkəmənin qərarı olmadan Qazaхstana sürgün edilir. Aydın, Tukay və Yılmaz bir müddət DTK-nın uşaq evinə göndərilir. Aydın Keşlə həbsхanasına, Tukay isə Stalinqrad (Volqaqrad) əmək koloniyasına, yaş yarımlıq Yılmazı isə südəmərlər evinə göndərilir. Üç aydan sonra körpə ―qanlı ishal (Dezintriya) хəstəliyinə tutulur və uşağı qocalıq təqaüdündən məhrum edilmiş 75 yaşlı nənəsi Yaхşı хanıma verirlər. Bu zaman 19 yaşlı Niyazi körpə Yılmazın yanına həkim gətirərkən həbs edilib, Bayıl həbsхanasına salınır”.

Mərhum professor Yaşar Qarayev Əhməd Cavad haqqında maraqlı ifadə işlədib: İntibah -deyəndə ilkin xatırlanan Nizami olur. Məhəbbət deyiləndə birinci Füzulinin adı çəkilir. Cümhuriyyət deyəndə yada hamıdan əvvəl Əhməd Cavad düşür”.

1928-ci ildə Türkiyədə müsavatçıların nəşr etdikləri “İstiqlal məcmuəsi”ndə Əhməd Cavadın şeirləri işıq üzü görəndə düz iki il sərasər bəzi şairlər, yazıçılar yorulmaq bilmədən mətbuatda “İstiqlal məcmuəsi”ndə çap olunan şeirlərinə görə, onu ittiham edirlər. Əhməd Cavad “Kommunist” qəzetinin 1929-cu il 31 oktyabr tarixli sayında “Şiddətli protesto edirəm” məqaləsində tənqidlərə belə cavab verir: “Aprel inqilabından sonra əlaqədar olmadığım bir təşkilat tərəfindən nəşr edilən bu kitabdan xəbərim olmadığı kimi, hansı parçalarımın da oraya düşdüyündən xəbərim yoxdur”.  Amma bu etiraz kükrəyən kin-küdurət dalğasının qarşısında bir damla idi. ”Yeni yol” qəzetinin 1929-cu il 6 noyabr tarixli sayında çap olunan “Cavada nifrət” adlı məqalədə də Cavad barəsində şairdən çox qatı cinayətkar kimi danışılırdı.

Əhməd Cavad şeirlərinin Türkiyədə nəşr olunması ilə bağlı mətbuatda onu ittiham edənlərə Kommunist qəzetinin 1929-cu il 19 noyabr tarixli sayında İzah adlı məqaləsi ilə cavab verir. Amma elə qəzetin həmin və sonrakı saylarında Qoy, cocuq Cavad bizi cocuq sanmasın – sözləri ilə bitən Cavadın yolu adlı irihəcmli,  imzasız redaksiya məqaləsi dərc olunur.

Onu da qeyd edək ki, 1945-ci ildə DTK-nın komissarı Yemelyanovun tam məхfi məktubu əsasında Ş. Aхundzadənin oğlanları Aydın və Niyazi haqqında məlumat toplanılır. Məlumatdan məlum olur ki, həqiqətən onlar Qızıl ordu sıralarında layiqincə qulluq edir və cəbhədə göstərdikləri qəhrəmanlığa görə, hökumət tərəfindən dəfələrlə müхtəlif orden və medallarla təltif olunmuşlar. Cəzaçəkmə düşərgəsində özünü layiqli apardığına, verilən işi yüksək səviyyədə, artıqlaması ilə yerinə yetirdiyinə və oğlanları barədə müsbət rəy verildiyi üçün Şükriyyə хanımın vaхtından əvvəl azad olunması haqqında qərar çıхarılır.

Əhməd Cavadın oğlu Niyazi Axundzadənin atası haqqında fikirləri diqqətimizi cəlb etdi: “Bu ağır və çətin günlərin birində qəribə bir təsadüf məni elə sarsıtdı ki, uzun müddət özümə gələ bilmədim. Küçə ilə gedərkən, birdən yerdə atamın “Dalğa” şeirlər kitabını gördüm. “Qoşma” kitabından sonra bu, atamın ikinci kitabı idi. Əyilib götürdüm. Aydındı, kimdisə “xalq düşməni”nin kitabını evində saxlamaq istəməmişdi. Heç kəsi qınamaq olmaz. Həyat mürəkkəb və anlaşılmaz hadisələrlə doludur. Odur ki, kitabı uzun müddət əlimdə tutub yerimdən tərpənmədim. Sonra sövqi-təbii bir duyğu ilə onu yavaş-yavaş vərəqlədim. Gördüm ki, ayrı-ayrı şeirlərin altından xətlər çəkilib, bir neçə şeirin yanında “əla” sözü yazılıb. Bir neçə vərəq qatlanıb. Bu sarsıntı içində qum dənəciyi boyda xoş bir duyğu bədənimdə oyandı. Demək, “Dalğa” oxunub, əldən-ələ gəzib, şeirlərdən, ayrı-ayrı misralardan istifadə olunub. Yerdən tapdığım o kitabı evə gətirdim, onu indi də arxivimdə qoruyub saxlayıram: atamdan qalan ən qiymətli yadigar kimi”.

Professor Əli Saləddin yazır: “Bəs Ə.Cavadın faciəsi nədə idi? O, azad, sərbəst, müstəqil yaşamaq, yaratmaq istəyirdi. Ancaq qəlbindən gələnləri, gözləri ilə gördüklərini, ruhuna uyğun olanları öz şeirlərinə mövzu seçirdi. Bir şair kimi diqtə ilə yazmağı özünə qəbahət bilirdi, əskiklik sayırdı. Buna görə də tənqid olunur, təzyiqlərə məruz qalır, həbs edilir, Yazıçılar İttifaqının iclaslarında, plenumlarında, yığıncaqlarında mühakimə, müzakirə və “ifşa” obyekti olurdu. ... Demək olar ki, 1920-ci il Aprel “inqilabından” başlamış 1937-ci ilin repressiyasına qədər Ə.Cavad həm onun üçün çağırılmış o dövrün öldürücü iclaslarında, həm də mətbuatda bir nömrəli mövzu olmuş, ilk istintaqlarda olduğu kimi mühakimə olunub, müxtəlif formalarda cəzalandırılmışdır. İşdən qovulmuş, yazdığı əsərlərin qonorarları verilməmiş, əsərləri oğurlanmış, ondan ezamiyyət pulları geri alınmış, nəhayət, Yazıçılar İttifaqının üzvlüyündən bir “xalq düşməni” kimi çıxarılmışdır”.

Müstəqilliyini bərpa edən Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi olaraq Üzeyir Hacıbəylinin və Əhməd Cavadın yaratdıqları dövlət himnini, Xalq Cümhuriyyətinin üçrəngli bayrağını və gerbini bərpa elədi. Bu dövlətçilik atributları bu gün də hər bir Azərbaycan vətəndaşı üçün tarixi dəyərdir. Hər dəfə himnimiz səslənəndə ehtiramla Əhməd Cavadı anırıq. Əhməd Cavadı incidənləri, ona ləkə yaxanları lənətləyirik. Tarixdə bəzən həqiqət sükuta dalır. Amma bu sükut  əbədi olmur, həqiqət  gec-tez üzə çıxır.

Əkrəm Bəydəmirli




Baxış sayı: 345
“Səyyar Gənclər Xidməti” layihəsi fəaliyyətini İsmayıllıda uğurla davam etdirir Dünən, 19:00 QHT “Erməni vandalizmi nəticəsində dağıdılmış maddi-mədəni irsimizin təbliği” layihəsi çərçivəsində növbəti tədbirini keçirib Dünən, 18:30 ABŞ Cənubi Qafqaz və Mərkəzi Asiyadakı layihələri maliyyələşdirmək üçün fond yaradıb Dünən, 18:00 XİN Azərbaycan vətəndaşlarına yüksək riskli bölgələrə səfərlərlə bağlı xəbərdarlıq edib Dünən, 17:00 Azerbaijan’s Foreign Ministry issues travel warning on high-risk areas Dünən, 16:30 Qardaş ölkədə Demokratiya və Milli Birlik Günü Dünən, 11:30 Rəqəmsal arxitekturalar vahid konsepsiya əsasında formalaşdırılır Dünən, 10:30 "The Liberum" Prezident İlham Əliyevin Şuşada səsləndirdiyi əsas mesajları işıqlandırıb Dünən, 09:30 Kardioloqlar qan təzyiqinin aşağı salınmasına kömək edən meyvələri müəyyən ediblər Dünən, 09:00 Odessa sahillərində hücuma məruz qalan gəminin azərbaycanlı kapitanının axtarışları davam edir Dünən, 08:30 Xocavənddə torpaqların əkin məqsədli istifadəsi üçün müraciətlərin qəbulu başlayır 14-07-2026, 17:00 Hikmet Hajiyev: Azerbaijan has modernized its media environment 14-07-2026, 16:30 Şuşa Forumu məsuliyyətli kommunikasiyanın dərinləşməsində mühüm mərhələ olacaq 14-07-2026, 16:30 "Bir bayatının tarixi"- Rauf Zeyni yazır 14-07-2026, 16:00 Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər 14-07-2026, 15:30 Beynəlxalq münasibətlər sistemində Azərbaycanın yeni statusu 14-07-2026, 15:30 Помощник Президента: Общество должно найти баланс между инновациями, безопасностью, родительской ответственностью и правами личности 14-07-2026, 15:30 Səhiyyə Nazirliyi və QHT Agentliyi QHT-lər üçün birlikdə qrant müsabiqəsi elan edəcək 14-07-2026, 13:30 Hikmət Hacıyev: Qlobal medianın gələcəyini müzakirə etmək üçün Şuşa Forumundan daha uyğun məkan tapmaq çətindir 14-07-2026, 10:00 Azərbaycanın ilk qadın Xalq şairinin xatirəsi anılıb 14-07-2026, 10:00 Əcnəbi media Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin çıxışını işıqlandırıb 14-07-2026, 09:30 Tramp: ABŞ Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsinə görə kompensasiya gözləyir 14-07-2026, 08:30 Emin Hüseynov: İlin sonuna qədər Ağdamda 4-cü və 5-ci yaşayış komplekslərinə 10 min nəfərin köçürülməsi planlaşdırılır 13-07-2026, 21:00 Hikmət Hacıyev D-8-lə bağlı yeni mərhələni elan etdi 13-07-2026, 21:00 Ərdoğan: Rusiya-Ukrayna münaqişəsi dialoq və diplomatiya yolu ilə həll edilməlidir 13-07-2026, 19:00 Şuşa Qlobal Media Forumu mühüm beynəlxalq ictimai-siyasi hadisədir 13-07-2026, 14:30 “Resurs” ADPU-nun Quba filialında tədbir keçirdi 13-07-2026, 14:30 Prezident: Bakı Təşəbbüs Qrupu ən səmərəli QHT-lərdən biridir ki, müstəmləkəçilik məsələsini qlobal gündəliyə daxil edib 13-07-2026, 11:30 Prezident İlham Əliyev: Biz sərhədlərimizdə tezliklə sülhün bərqərar edilməsini istəyirik 13-07-2026, 11:30 Quterreş İranı və ABŞ-ni danışıqları təcili olaraq bərpa etməyə çağırıb 13-07-2026, 09:00
Köşə yazarları
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031