FACT-INFO.AZ » QHT » Nyu-Yorkda “Etimad, qlobal idarəçilik, iqlim fəaliyyətləri: BMT-də Gələcəyin Sammiti ilə COP29-un bağlantısı” adlı tədbir keçirilib
26-09-2024, 09:00 | QHT
Nyu-Yorkda “Etimad, qlobal idarəçilik, iqlim fəaliyyətləri: BMT-də Gələcəyin Sammiti ilə COP29-un bağlantısı” adlı tədbir keçirilib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində “Etimad, qlobal idarəçilik, iqlim fəaliyyətləri: BMT-də Gələcəyin Sammiti ilə COP29-un bağlantısı” adlı yüksək səviyyəli tədbir keçirilib. Fact-info.az xəbər verir ki, Mərkəzin prezidenti Vaira Vika Frayberqa BMT Baş Assambleyası çərçivəsində keçirilmiş “Gələcəyin Sammiti” barədə danışaraq bir sıra aktual və narahatlıq doğuran mövzuların müzakirə olunduğunu bildirib və dünyanın üzləşdiyi çətinliklərin həlli üçün birgə fəaliyyətin vacibliyini qeyd edib. O bildirib ki, bütün çətinliklərə baxmayaraq, onların həlli istiqamətində irəliləmək mümkündür.


Daha sonra çıxış edən COP29-un prezidenti Muxtar Babayev COP29-un Paris Sazişi və qlobal iqlim fəaliyyəti və əməkdaşlığı üçün müəyyənedici sınaq olacağını bildirib. Onun sözlərinə görə, COP29 Sədrliyi əvvəlki vədləri yerinə yetirmək və ən aktual problemləri həll etmək istiqamətində işləyəcək: “COP28-də əldə edilmiş BƏƏ Konsensusu 1,5 dərəcəni əlçatan yerdə saxlamaq üçün vacib yol xəritəsi idi. COP29 Sədri olaraq, biz inklüziv nəticələr verən proses çərçivəsində öz məqsədlərini həyata keçirmək üçün tərəfləri dəstəkləməyə sadiqik”. COP29 Sədrliyi Paris Sazişinin məqsəd və ambisiyalarına cavab vermək üçün vacib olan 6-cı maddəyə üstünlük verəcək. O bildirib ki, iqlim dəyişikliyindən ən çox təsirlənən ölkələr üçün maliyyə çox zaman əlçatmaz olur. COP29 Prezidenti çoxtərəfli inkişaf banklarını və maliyyə institutlarını güzəştli maliyyəyə çıxışı yaxşılaşdırmağa çağırmağa davam edəcəklərini bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının Tedros Adhanom Qebreyesus sağlamlıq mövzusunun iqlimlə bağlı təcili addım atılmasını tələb edən ən vacib mövzulardan biri olduğunu deyib. Onun sözlərinə görə, iqlim böhranının aradan qaldırılması respirator xəstəliklərdən ürək xəstəliklərinə qədər bir çox sağlamlıq problemlərinin həlli üçün də müsbət təsirlərə malik olacaq.

Böyük Britaniyanın keçmiş baş naziri Tereza Mey çıxışında deyib ki, dünyada 50 milyon insan köləlik vəziyyətində yaşayır və iqlim dəyişikləri nəticəsində onların sayı artır. Onun sözlərinə görə, COP tədbirlərin keçirilməsi və insanların bir araya gələrək bu mövzuları müzakirə etməsi çox vacibdir.

Tədbirdə BMT-nin İnkişaf Proqramının Administratoru Axim Stayner, BMT Sivilizasiyalararası Alyansının Ali Nümayəndəsi Migel Angel Moratinos, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin vitse-prezidenti İsmail Saregeldin və idarə heyətinin digər üzvləri, BMT Agentliklərinin nümayəndələri, ekspertlər çıxış edərək “Gələcəyin Sammitində toxunulan məsələlərlə bağlı atıla biləcək addımlar, iqlim maliyyəsinin cəlb olunması, daha çox dəstəyə ehtiyacı olan ölkələr üçün görülə biləcək işlər, qlobal idarəçiliyin yenidən qurulması, şəffaflıq barədə müzakirələr aparıblar.




Baxış sayı: 95
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30