FACT-INFO.AZ » SİYASƏT » Azərbaycan Prezidentinin çıxışı parlamentin fəaliyyət istiqamətlərini müəyyən etdi ŞƏRH
24-09-2024, 14:30 | SİYASƏT
Azərbaycan Prezidentinin çıxışı parlamentin fəaliyyət istiqamətlərini müəyyən etdi ŞƏRH

Müstəqilliyimizin bərpasından sonrakı müddətdə formalaşmış ənənəyə uyğun olaraq 7-ci çağırış Milli Məclisin ilk iclası Prezident İlham Əliyevin deputatlar qarşısında çıxışı ilə başladı. Dövlətimizin başçısı mövcud beynəlxalq siyasi şəraitdə Azərbaycanın mövqeyi və izlədiyi siyasətlə bağlı öz fikirlərini Milli Məclisin deputatları ilə bölüşdü, qarşıda duran vəzifələr və hədəflər barədə aydın fəaliyyət istiqamətləri müəyyən etdi.

Prezident son illərdə bölgəmizdə formalaşmış mövcud siyasi reallıqlar şəraitində ölkənin hərbi qüdrətinin davamlı olaraq artırılmasının zəruriliyini vurğuladı. Dövlətimizin başçısı bu məqsədlə milli hərbi-sənaye kompleksinin inkişaf etdirilməsini, ən yeni texnologiyaların tətbiqi vasitəsilə Silahlı Qüvvələrin maddi-texniki bazasının daim modernləşdirilməsini və son nəticədə ölkənin müdafiə qabiliyyətinin yeni dövrün tələblərinə uyğun şəkildə artırılmasını dövlətin prioritet fəaliyyət istiqaməti kimi dəyərləndirdi. Bütün bunlar Ermənistanın sülh prosesindən yayınmaq cəhdləri, bölgədən kənar güclərin Ermənistanı silahlandırması, orada baş qaldıran revanşist ideyaları dəstəkləməsi və nəticədə Ermənistanda möhkəmlənməklə onun üzərindən bölgə dövlətlərini öz təsir dairəsinə salmaq təşəbbüslərindən doğan obyektiv reallıqlar kimi özünü göstərir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

“Prezident ölkədə daxili sabitliyin təmin edilməsi, davamlı iqtisadi inkişafın və sosial rifah səviyyəsinin yüksəldilməsi üçün bütün zəruri addımların atıldığını diqqətə çatdırdı və bu istiqamətdə dövlət tərəfindən görülən tədbirlərin kifayət qədər səmərəli olduğunu qeyd etdi. Daxili sabitliyə təhlükə yaradan amillərdən birinin ideoloji təxribat olduğunu vurğulayan ölkə başçısı müstəqilliyimizin bərpasından sonrakı bütün illər ərzində xarici güclər tərəfindən bu kimi cəhdlərin heç vaxt dayandırılmadığını bildirdi. Belə təxribatların qarşısının alınması üçün Prezident ölkədə milli həmrəyliyin təmin edilməsini və gənc nəslin milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda tərbiyəsinin cəmiyyət qarşısında dayanan prioritet vəzifə olduğunu və bu vəzifələrin yerinə yetirilməsində ailənin və məktəbin rolunu xüsusi olaraq qeyd etdi.

İşğaldan azad olunmuş ərazilərdə aparılan abadlıq-quruculuq işləri, orada həyata keçirilən irimiqyaslı infrastruktur layihələri haqqında danışan Prezident İlham Əliyev ermənilər tərəfindən dağıdılmış tarixi-mədəni irsimizin bərpa olunmasını və keçmiş məcburi köçkünlərin ləyaqətli şəkildə öz doğma yerlərinə qaytarılmasını dövlətin ən vacib fəaliyyət sahəsi olduğunu qeyd etdi və bildirdi ki, həmin ərazilərdə yeni istehsal sahələrinin yaradılması bütövlükdə iqtisadiyyatın şaxələndirilməsinə və qeyri-neft sektorunun inkişafına böyük töhfə verəcək”, - deyə deputat bildirib.

O qeyd edib ki, Azərbaycan Prezidentinin çıxışında Ermənistanla münasibətlərin normallaşdırılması və bu məsələdə ölkəmizin mövqeyi də öz şərhini ətraflı şəkildə tapdı: “Dövlətimizin başçısı vurğuladı ki, 44 günlük müharibədən sonra ilk sülh təşəbbüsü məhz Azərbaycan tərəfindən irəli sürülüb və bu təşəbbüs faktiki olaraq çıxılmaz vəziyyətdə olan Ermənistana mövcud durumdan çıxış üçün dəstək şəklində Azərbaycanın xoş məramı kimi öz ifadəsini tapıb. Lakin hadisələrin sonrakı gedişi göstərir ki, Ermənistan bölgədə sülhün bərqərar olunmasına məsuliyyətli yanaşmır və kifayət qədər maraq göstərmir. Prezident Ermənistan siyasi rəhbərliyinin sülh müqaviləsinə göstərdiyi yanaşmanı “primitiv” və “qeyri-adekvat” adlandırdı. Regionumuz üçün bu qədər mühüm əhəmiyyət kəsb edən sülh məsələsinə Ermənistanın məsuliyyətsiz münasibəti onu göstərir ki, Ermənistan yaxın zamanlarda sülh bağlanmasında maraqlı deyil. Bununla belə Azərbaycanın öz prinsipial mövqeyindən heç zaman geri çəkilməyəcəyini bəyan edən ölkə Prezidenti, əslində, Ermənistan siyasi hakimiyyətinə və onun havadarlarına ciddi mesaj göndərmiş oldu. Azərbaycan Prezidenti Ermənistan hakimiyyətinə və xalqına mesajını bu şəkildə ifadə etdi: “...əgər ermənilər bu regionda sülh və sabitlik şəraitində yaşamaq istəyirlərsə qonşu ölkələrə qarşı ərazi iddialarından birdəfəlik imtina etməli və onlarla səmimi əməkdaşlıq münasibətləri qurmalıdırlar...”

Prezident, həmçinin Ermənistanda revanşist qüvvələri dəstəkləyən və Ermənistanı silahlandıran dövlətlərə də işarə edərək, bölgədə yeni müharibənin alovlanacağı təqdirdə bütün məsuliyyətin məhz onların üzərinə düşəcəyini bildirdi və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına müdaxilə etmək istəyən dövlətləri bu kimi fəaliyyətlərdən imtina etməyə çağırdı.

Bütün bunlarla yanaşı, Azərbaycanın mövqeyinin beynəlxalq birlik tərəfindən alqışlandığını qeyd edən Prezident İlham Əliyev COP29 kimi qlobal tədbirin ölkəmizdə keçirilməsinin bütün dünya dövlətləri tərəfindən yekdil şəkildə dəstəklənməsinin məhz bunun təsdiqi olduğunu bildirdi. İnkişafımızın bu gün başlayan yeni mərhələsində Azərbaycanın dünya ilə siyasi, iqtisadi, mədəni əlaqələrinin daha da artacağını və yüksələn xətlə inkişaf edəcəyindən əmin olduğunu bildirən Prezident İlham Əliyev 7-ci çağırış Milli Məclis üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzuladı”, - deyə deputat diqqətə çatdırıb.




Baxış sayı: 205
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30