FACT-INFO.AZ » CƏMİYYƏT » 37-ci ildə sürgün edilən ilahiyyatçı -alimin məzarı Maqadanda ziyarət olundu
4-08-2024, 21:00 | CƏMİYYƏT
37-ci ildə sürgün edilən ilahiyyatçı -alimin məzarı Maqadanda ziyarət olundu

 Molla Almaz Əfəndi  dövrünün çox  elmli və islam dininin gözəl bilici olub.  O, 1918-ci ildə azərbaycanlılara qarşı ermənilər tərəfdən törədilən  dəhşətli soyqırımı zamanı dinc əhalinin xilasına çalışıb.  Məhz onun uzaqgörənliyi nəticəsində xeyli dinc Şamaxı sakini xilas ola bilib. Onun bu keyfiyyətlərinə,  Xalq Cümhuriyyətinə köməyinə və ən əsası islam dinin sadiqliyinə görə, sovet repressiya maşını onu həbs etdirib Sibirə göndərir. Lakin  islam əxlaqına sadiq qalan bu, insanı,  repressiya, uzaq Maqadana sürgün  haqq yolundan çəkindirmədi.

 Onu da qeyd edək ki,  Molla Almazın nəvəsi Hacı Əzizxan 2023-cü ilin iyul ayında Rusiya ərazisində öz babasının məzarını ziyarət etmişdi. Repressiyası qurbanı Molla Almaz Əfəndinin nəvəsi, ixtisasca həkim olan  Hacı Əzizxan Fərhadov fikirlərini Fact-info.az-a  açıqlayıb: “ Molla Almaz Əfəndi İsgəndərov 1870-ci ildə Şamaxı quberniyasının Ərəbşalbaş ( Cəbirli) kəndində anadan olub. Çox istedadlı, bacarıqlı insan olan Molla Almaz Əfəndi  21 il  təhsil alır. Ondan sonra elmli, təhsilli bir insan kimi cəmiyyətə, xalqa xidmət edir. Dövrünün çox tanınmış islam alimləri, təfsirçiləri, ruhaniləri onunla hesablaşıblar. Elmli insan olan  Molla Almaz Əfəndi hər zaman islamı dəyərlərə bağlılığı ilə cəmiyyətə örnək olub.  Təbii ki, totalitar rejim  belə islam mədəniyyətinə, əxlaqına bağlı insanı qəbul edə bilməzdi.  Ona görə, Şamaxı NKVD-nin rəhbəri olan Şamambekov adlı biri ona deyir: “Almaz İsgəndərov sən ya islamdan, dindən üz döndərirsən, ya da uzaq Sibirə gedəcəksən. Həmin yerlərdə soyuqdan çörəyi balta ilə kəsirlər”. Əhalinin dediyinə görə, babam deyib: “Dinə gəl, kafir. Mənim heybəm çiynimdədir. Hara göndərsəniz ora gedəcəm”. Beləliklə,  Molla Almaz Əfəndi 1937-ci ilin yanvar ayında həbs olunur, iyul ayında uzaq Maqadana, gedər gəlməzə  sürgün edilir. 1953-cü ildə orada vəfat edib.Mən babamın məzarını ziyarət etmək üçün bacımoğlu ilə birlikdə Maqadana getdik.   Dünyanın ən soyuq məkanlarından biri olan və günahsız insanların sürgün edildiyi məkan, Yuxarı  Seumçan qəsəbəsi adlanırdı. Maqadandan ora 500 km-dir. Biz babamın 13 il yaşadığı həmin əraziyə getdik. Babamla bərabər neçə-neçə günahsız insanın uyuduğu  qəbirstanlığı ziyarət edib dualar oxuduq. Molla Almaz Əfəndi haqqında  rus dilində hazırladığımız məlumat lövhəsini də orada yerləşdirdik. Vaxtılə  həmin həbs düşərgəsində cəza çəkib geri, Azərbaycana dönən və bizə məlumatlar verən bəzi insanlar olub. Onların dediyinə görə, babam orada, ölüm düşərgəsində də imanlı, təqvalı həyatını davam etdirərək islam əxlaqına sadiqliyini qoruyub saxlayıb. O, orada yaşadığı müddətdə dünyasını dəyişənləri dini qaydalara uyğun  şəkildə dəfn edirmiş. Həmin Maqadanın  Yuxarı  Seumçan qəsəbəsində yalnız bir-iki ay xoş təbiət, normal havalar olur. İlin qalan bütün fəsillərində sərt iqlim şəraiti olur. Babam belə şəraitdə 1953-cü ilə qədər yaşayıb. Bu gün biz onu fəxarətlə, rəhmətlə anırıq”.

 

Fact-info.az

 

 




Baxış sayı: 845
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30