FACT-INFO.AZ » XƏBƏR » Azərbaycan bütün dünyada multilateralizmi dəstəkləyən dövlət kimi tanınır
5-07-2024, 13:00 | XƏBƏR
Azərbaycan bütün dünyada multilateralizmi dəstəkləyən dövlət kimi tanınır

Şübhəsiz ki, Asiya–Sakit okean regionunda multilaterallığın gözlənilən effekti veməməsinin regiondaxili və xarici səbəblərinin izahı multilaterallağın Azərbaycan təcrübəsinin əsas üstünlüklərini anlamağa əlavə imkan yaradır. Bu, nəzəri qənaət, eyni zamanda, praktiki faktlar əsasında çıxarılan nəticədir. Ulu Öndər Heydər Əliyev XX əsrin 90-cı illərində tamamilə fərqli proqnozlar əsasında fəaliyyət göstərdi. O, Cənubi Qafqazın geosiyasətinə regional və qlobal miqyaslardakı proseslərin qarşılıqlı əlaqəsində yanaşdı.

 Buna görə idi ki, Ulu Öndər BMT-nin tribunasından 1994–1995-ci illərdə etdiyi çıxışlarda, yalnız Cənubi Qafqazdakı münaqişədən deyil, ümumiyyətlə, dünyadakı münaqişələrdən bəhs edirdi. Onları Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqəli şəkildə izah edirdi. BMT-nin 50 illik yubileyi münasibəti ilə təşkil edilmiş xüsusi sessiyada Heydər Əliyev Azərbaycan multilaterallığının geosiyasi və siyasi aspektlərini konkret tezislərlə aydın ifadə etmişdir. Onların məzmunu belədir: hər hansı regionda münaqişənin həllinə müasir dünyanın maraqları çərçivəsində ədalət və hüquq əsasında yanaşmaq lazımdır. Bu prosesdə dünyanın böyük dövlətləri hər hansı tərəfi deyil, reallığı, tarixi, ədaləti və hüququ tutmalıdır. Buna görə də, həm BMT TŞ mövqeyini dəyişməlidir, həm də, böyük dövlətlər, ümumiyyətlə, münaqişəli vəziyyətlərin ədalətli həllinə çalışmalıdırlar.

 Ona nail olmaq üçün isə, BMT TŞ-də islahatlar aparılmalıdır. Bunların fonunda Azərbaycan hüquqi və demokratik dövlət qurmaqda davam edəcəkdir. Bu ümumi prinsiplər həmin mərhələ üçün möhtəşəm perspektivli və ədalətli idilər. Faktiki olaraq ilk dəfə çoxtərəfli beynəlxalq münasibətlərin qurulmasına - multilaterallığa Azərbaycanın hansı məzmun verməsinin dünya miqyasında ilk təqdimatı idi. Maraqlısı və əhəmiyyətlisi ondan ibarətdir ki, Heydər Əliyev bunu, yalnız ideya kimi demirdi. O, “Əsrin müqaviləsi” kimi möhtəşəm bir layihəni imzalamış və Ermənistanın təcavüzünü dayandıraraq atəşkəsə nail omuş lider kimi ifadə edirdi. Yəni, Heydər Əliyev konkret arqumentlərlə Azərbaycanın mövqeyini dünyaya bəyan edirdi. Deməli, Heydər Əliyev nəinki dünyanın istənilən regionunda münaqişəni nəzərə almışdır, hətta, elə bir mövqe ortaya qoymuşdur ki, bütün münaqişələri həll etməyin ədalətli və hüquqi yolunu göstərmişdir. Məhz, bu reallıq prizmasından baxanda İndoneziya, Tailand və Kambocanın coğrafi olaraq uzaq olan münaqişələri nəzərə almamaları həlledici strateji səhv idi. Konkret olaraq, Asiya multilateralizminin reallaşmasına ciddi mənfi təsir edən münaqişələr – Rusiya–Ukrayna və ABŞ–Çin ixtilaflarının kəskinləşməsi idi. Bunların fonunda Rusiya, ABŞ, Aİ, Cənubi Koreya və Sinqapurun daxil olduğu müxtəlif münaqişəli vəziyyətləri də nəzərə almaq lazımdır. Nəhayət, Asiya multilateralizminin uğursuzluğunu regiondaxili ziddiyyətlə izah edirlər. Konkret olaraq, 2021-ci ildə Myanmada hakimiyyətin hərbçilərin əlinə keçməsini fakt kimi göstərirlər. Bu proses regionda anti-müsəlman dalğaların yaranması ilə müşayiət olundu. Müsəlmanlara qarşı Myanmada böyük haqsızlıq edildi, onlar faktiki olaraq soyqırımına uğradılar. Bu da bütün regiona təsir etdi. Həmin prosesin qarşısını regionun böyük dövlətləri ala bilmədilər.

Azərbaycan multilateralizmi fəal şəkildə dəstəkləyir. Azərbaycan 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik etdi, onun qlobal arenada nüfuzunu və gücünü möhkəmləndirdi, Hərəkatın institusional inkişafına töhfə verdi, üzv dövlətlərin dəstəyi ilə Hərəkatın Parlament Şəbəkəsini, Gənclər Təşkilatını təsis etdi, habelə, Qadın Platformasının əsasını qoydu. Bu, etibarlı əməkdaşlıq əlaqələrinin göstəricisidir. Son iki ildə Prezident İlham Əliyev Qazaxıstana dörd dəfə səfər edib. Həmin müddətdə Qazaxıstan Prezidenti Azərbaycana üç dəfə səfər edib. Qeyd olunan fakt ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir. Azərbaycan ikinci dəfədir ki, ŞƏT-in Zirvə toplantısına dəvət olunur. Qeyd olunan fakt Azərbaycan ilə üzv dövlətlər arasında inkişaf edən tərəfdaşlığın göstəricisi kimi qiymətləndirilməlidir. Birgə əməkdaşlığın vacib sahəsi mövcuddur. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Perspektiv əməkdaşlıq əlaqələri vardır. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib. Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb. Azərbaycan tərəfdaşlar ilə birgə Orta Dəhlizin rəqəmsallaşması üzərində işləyir.

 Azərbaycan Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona qədər artırmaq niyyətindədir. Azərbaycan, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır. Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentinin dəmir yolu və avtomobil infrastrukturu hazırdır və uğurla fəaliyyət göstərir. Ölkəmiz dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyir, sonradan zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq. 2023-cü ilin sentyabrında Azərbaycan beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. Bununla da beynəlxalq hüquq və tarixi ədalət bərpa olundu. Azərbaycan Ermənistanın otuzillik işğalına son qoydu və BMT Təhlükəsizlik Şurasının otuz il kağız üzərində qalmış 4 qətnaməsinin icrasını hərbi-siyasi vasitələrlə təmin etdi. Təxminən 200 ölkənin yekdil dəstəyi ilə Azərbaycan bu il COP29-a ev sahibliyi edəcək. Bakıda keçiriləcək COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcəyik və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağıq. Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün xüsusi texniki yardım fondunun yaradılması təşəbbüsü ilə çıxış edib. Azərbaycanın prioritetləri sırasında həm də iqlim dəyişikliyinin mənfi təsiri səbəbindən ekzistensial təhlükə ilə üzləşən inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək yer alır.

Multilateralizm bizim güclü vasitəmizdir. Multilateralizm Azərbaycanın konsepsiyalarından biridir və bu, digər ölkələr üçün də çox mühümdür. Multilateralizm güclü dövlətlər üçün bir körpü rolunu oynayır, təktərəfli olmağa maneə törədir. Multilateralizm - hərbi-siyasi, iqtisadi, ekoloji, sülh quruculuğu, tərk-silah və təhlükəsizlik və beynəlxalq münasibətlərin digər sahələrində çoxtərəfli sazişlərə əsaslanan xarici siyasətin həyata keçirilməsinə bir yanaşmadır. Multilateralizm dünyanın qloballaşması fonunda son illərdə daha tez-tez səslənir. Bu prinsip iqtisadi münasibətdə olan ölkələrin hər birinin bu birlikdən faydalanmasını nəzərdə tutur. Ölkə Prezidenti, cənab İlham Əliyevin atdığı addımlar, etdiyi çağırışlar, məhz multilateralizm prinsipinə əsaslanır və bu, multilateralizm aspektində əməli fəaliyyət baxımından bir ilkdir.

Yaşasın müstəqil Azərbaycan Respublikası! Eşq olsun Azərbaycan xalqına və Rəşadətli Azərbaycan Ordusuna! Allah cəmi şəhidlərimizə rəhmət etsin! Allah yaralı hərbi qulluqçularımıza şəfa versin! Uca Allahdan xalqımızın Ümummilli Lideri Heydər Əliyevə rəhmət diləyirik!. Hər birimiz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevlə qürur duyuruq!!!... Qarabağ Azərbaycandır!...

                                                                                                                               

  Hörmətlə,

                                                                                                                                Müşfiq Ənvər oğlu Əliyev

                                                                                                                                               Azərbaycan Respublikası

                                                                                                   Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri,

                                                                                Qarabağ müharibəsi veteranı, qazi.

                                                                                               BAKI ŞƏHƏRİ, XƏZƏR RAYON SAKİNİ.

 




Baxış sayı: 355
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30