FACT-INFO.AZ » XƏBƏR » UNESCO-nun mənzil-qərargahında Mövlana Cəlaləddin Rumiyə həsr edilmiş sərgi açılıb
7-06-2024, 10:00 | XƏBƏR
UNESCO-nun mənzil-qərargahında Mövlana Cəlaləddin Rumiyə həsr edilmiş sərgi açılıb

UNESCO-nun mənzil-qərargahında Şərqin dahi mütəfəkkiri, qardaşlığı bütün insanlara tövsiyə edən və buna görə də bütün dinlər və millətlər tərəfindən təqdir edilən böyük şəxsiyyət Mövlana Cəlaləddin Ruminin anadan olmasının 815 illiyi münasibətilə sərgi açılıb.

Fact-info.az xəbər verir ki, sərgidə XIII əsrdən dünyaya tolerantlıq dərsi verən Ruminin müxtəlif dillərə tərcümə olunmuş kitabları, miniatür sənət əsərləri nümayiş olunur. Cəlaləddin Ruminin müxtəlif dillərdə böyük afişalarda yazılmış müdrik kəlamları, şeirlərindən parçalar ziyarətçilərin diqqətini daha çox cəlb edir. Dövrümüzdə böyük əhəmiyyət daşıyan mədəniyyətlərarası dialoqun düsturunu yazmış Mövlana Cəlaləddin Ruminin bu sahədə təlimlərindən çox şey öyrənilməlidir.

Şərq İslam dünyasının görkəmli klassikinin təxminən 26 min beytdən ibarət olan “Mənəviyyat məsnəviləri” və “Məsnəviye-Şərif” adlandırılan qiymətli didaktik xarakterli hikmət xəzinəsi olan poemasının əlyazması 6 dəftərdən ibarətdir. Mövlana “Məsnəvi” kitabında maarifləndirici, dini bilikləri, yaşadığı illərə qədər cəmiyyət üçün keçərli olan anlayış və davranışları, mənəvi-əxlaqi dəyərləri, iman sahibi, mömin bir bəndə olaraq inandırıcı bir üslubla, həm də bədii və axıcı dillə vəsf etmişdir. Dünya ədəbiyyatının incisi sayılan bu əsərdə sufiliklə bağlı elmi və əxlaqi fikirlər kiçik, lakin yaddaqalan ibrətamiz əhvalatlar şəklində təqdim olunur.

Onun fikrincə, dünyada var olan bütün elmlər, sənətlər və varlıqlar insanı bəxtiyar etmək üçün mövcuddur. İnsan Allahı dərk etdiyi, onun hökmlərini yerinə yetirdiyi zaman mənəvi cəhətdən paklaşır, ruhən kamilləşir.




Baxış sayı: 75
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30