FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Akademik Ramiz Mehdiyevin “İkili standartların dünya nizamı və müasir Azərbaycan” kitabı çapdan çıxıb
18-08-2015, 11:40 | TƏDQİQATLAR-ANALITIKA
Akademik Ramiz Mehdiyevin “İkili standartların dünya nizamı və müasir Azərbaycan” kitabı çapdan çıxıb

AZƏRTAC xəbər verir ki, aktual mövzularda elmi əsərlərlə vaxtaşırı geniş oxucu auditoriyasının diqqətini cəlb edən akademik Ramiz Mehdiyev Azərbaycanda gedən proseslərin geniş siyasi-sosioloji və elmi-fəlsəfi şərhini verir. Bu baxımdan görkəmli alimin yeni kitabı da olduqca təqdirəlayiqdir.

Akademik Ramiz Mehdiyev bu kitabında da geniş elmi axtarışlara söykənərək Azərbaycanda dövlətçilik ənənələrinin qorunmasının əsaslarını ətraflı şərh edir və buna maneələr yaradan amilləri açıq şəkildə göstərib. Filosof alim müasir müstəqil Azərbaycanın möhkəm təməlini qoyan, sabitliyi, güclü iqtisadiyyatı və demokratiyanı beynəlxalq birliyə ən yaxşı inteqrasiya yolu hesab edən ümummilli lider Heydər Əliyev kursunun bu sahədəki rolunu xüsusi vurğulayır, qeyd edir ki, Azərbaycan tarazlaşdırılmış xarici siyasətini uğurla davam və inkişaf etdirir. Aydın şəkildə diqqətə çatdırılır ki, Azərbaycan hakimiyyəti hadisələrin qiymətləndirilməsi və beynəlxalq problemlərin həllində ayrı-ayrı fövqəldövlətlərin maraqları baxımından deyil, beynəlxalq hüququn normaları və ölkənin milli maraqlarından çıxış edir.

Akademikin bu kitabı Azərbaycanda və dünyada baş verən siyasi proseslərin təhlili baxımından olduqca dolğun və tutarlı faktlarla zəngin bir siyasi yanaşma kimi qiymətləndirilməlidir. Prezident Administrasiyasının rəhbəri haqlı olaraq belə bir qənaətə gəlir ki, “...rəngli inqilablar” istənilən regionda əmin-amanlıq üçün təhlükə yaradır və yalnız ABŞ-ın xoşu gəlməyən rejimləri onun nəzarət etdiyi hökumətlərlə əvəz etmək məqsədi güdür”.

“Şərq-Qərb” nəşriyyat evi tərəfindən nəfis şəkildə çap olunan kitab oxuculara Azərbaycan və rus dillərində təqdim edilir.

Kitabda filosof alimin “İlham Əliyev yeni əsrin yeni lideridir”, “Azərbaycan yalnız bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan dialoq aparmaq əzmindədir və buna hazırdır, dövlətlərarası münasibətlərin başqa formaları onun üçün qəbuledilməzdir” sərlövhəli müsahibələri və “İkili standartların dünya nizamı və müasir Azərbaycan” adlı məqaləsi yer alıb.

İstər AZƏRTAC-a verdiyi hər iki müsahibəsində, istərsə də məqalədə akademik Ramiz Mehdiyev öz ənənəsinə sadiq qalaraq müasir dövlətçilik tariximizin inkişaf mərhələlərindən, üzləşdiyimiz çətinliklərdən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülən işlərdən söz açıb, eyni zamanda, dünya güclərinin müstəqil siyasət yürüdən, demokratik dəyərlərə söykənən və gündən-günə inkişaf edən, Azərbaycana qarşı yürütdüyü siyasəti də obyektiv təhlil etməyi öz vəzifə borcu bilib.

Bu kitab səmərəli dövlət idarəçiliyinin aktual məsələlərinə, korrupsiyaya qarşı mübarizə sahəsində hüquqi və institusional islahatlara, qeyri-hökumət təşkilatlarının fəaliyyətinə və vəzifələrinə, yeni təşəkkül tapmış dünya nizamına və Qərb tərəfindən Azərbaycana tətbiq olunan ikili standartlar siyasətinə həsr edilib.

Kitabda Sovet İttifaqı dağıldıqdan sonra dünyada yaranmış ictimai-siyasi vəziyyət geniş təhlil edilir, “Ərəb baharı”nın, “məxməri” və “rəngli” inqilabların həqiqi səbəblərindən söhbət açılır.

Akademik Ramiz Mehdiyevin “İkili standartların dünya nizamı və müasir Azərbaycan” kitabında dünyanın geosiyasi güclərinin vətəndaş cəmiyyəti institutları vasitəsilə müxtəlif dövlətlərin “mədəni” işğalı məqsədilə həyata keçirdiyi çoxşaxəli siyasəti mükəmməl təhlil edilib, postsənaye cəmiyyəti quruculuğunun indiki mərhələsində Azərbaycan dövlətinin siyasətinin əsas prinsipləri nəzərdən keçirilib, Prezident İlham Əliyevin innovasiyalı siyasətinin mahiyyəti açıqlanıb.

Gələcək tədqiqatçılar XXI əsrin əvvəllərindəki siyasi mənzərəyə nəzər salarkən akademik Ramiz Mehdiyevin “İkili standartların dünya nizamı və müasir Azərbaycan” kitabından yetərincə bəhrələnə biləcəklər. Kitab politoloq alimlər, ali məktəblərin müəllimləri və tələbələri, habelə geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

 



Baxış sayı: 2 087
Beyin stimulyasiyası vasitəsilə yuxunun bəzi faydalarını süni şəkildə təqlid etmək mümkündür Bu gün, 10:30 Azər Əmiraslanov: “Gələn il azad edilmiş ərazilərdə bərpa işlərinə 4 milyard manat ayrılacaq” Dünən, 18:30 Bu tendensiya fikirlərə hakim olmaqdadır Dünən, 14:00 Kəlbəcər - alınmaz qalamız Dünən, 13:30 Kəlbəcər Azərbaycanın təbii sərvətlərlə zəngin və füsunkar rayonlarından biridir Dünən, 12:30 Britaniyanın xarici işlər naziri: COP29 razılaşması mühüm bir addımdır Dünən, 11:00 “Qarabağ” Azərbaycan çempionatlarının rekordunu təkrarlayıb Dünən, 10:30 Ukrayna mediası COP29 razılaşmasının strateji əhəmiyyətinə dair məqalələr dərc edib Dünən, 10:30 Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib Dünən, 09:30 Ombudsman İƏT-in Baş katibi ilə görüşdə Azərbaycanda mina probleminin həlində dəstək istəyib 24-11-2024, 20:30 Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu 24-11-2024, 20:00 Azərbaycan səfiri BBC-nin efirində COP29-dan danışıb 24-11-2024, 10:30 Antonio Quterreş COP29-un nəticəsi ilə bağlı paylaşım edib 24-11-2024, 10:00 Ukrayna Prezidenti: Donald Tramp yanvarda müharibənin tənzimlənməsinə dair planını təqdim edəcək 24-11-2024, 09:30 COP29-un bağlanış plenar iclası keçirilib, bir sıra mühüm qərarlar qəbul edilib 24-11-2024, 09:00 Füzuli eşqi - Zəkulla BAYRAMLI 23-11-2024, 16:30 Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib 23-11-2024, 14:30 Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub 23-11-2024, 11:30 Misirdə Şuşaya həsr olunmuş Azərbaycan klassik musiqisi axşamı keçirilib 23-11-2024, 10:00 Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır 23-11-2024, 09:30 Nizami Gəncəvinin orijinaldan Türk dilinə çevrilmiş “İskəndərnamə” əsəri çapdan çıxıb 22-11-2024, 18:00 Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb 22-11-2024, 17:30 Pərviz Şahbazov: "Azərbaycan enerji layihələri üzrə regional əməkdaşlığı gücləndirəcək" 22-11-2024, 17:30 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər 22-11-2024, 11:00 Müdafiə xərclərinin artması dövlətimizin təhlükəsizliyini daha etibarlı şəkildə təmin etməyə imkan verəcək - Cəlil Xəlilov 22-11-2024, 10:30 Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini dezinformasiyanın çirkin nümunəsi adlandırıb 22-11-2024, 09:00 Putin ABŞ və Qərb dövlətlərinə xəbərdarlıq edib 22-11-2024, 08:00 Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil 21-11-2024, 19:30 Şəfiqə Kutluer: Festivalımızın açılışının Qarabağ Zəfərinə həsr edilməsi məni çox qürurlandırır 21-11-2024, 19:00 Varis Respublika Veteranlar Təşkilatının qonağı olub 21-11-2024, 16:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930