FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Əvəz Müəllim Hacıyevin 65 illik yubileyi keçirilib
20-05-2024, 08:24 | MƏDƏNİYYƏT
Əvəz Müəllim Hacıyevin 65 illik yubileyi keçirilib

  Azərbaycan Yazıçılar Birliyində şair, puplisist Əvəz Müəllim Hacıyevin 65 illik yubileyi qeyd olundu. Tədbiri öncə AYB-nin rəsmisi Dayandur Sevgin açaraq yubilyarı təbrik etdi və toplantı iştirakçılarına uğurlar arzuladı. Daha sonra tədbirin aparıcı  f.f.d. Tahir Şirvanlı Əvəz Müəllim Hacıyevin yaradıcılığına nəzər salaraq şairin Azərbaycan ədəbiyyatına gətirdiyi yeniliklərlə bağlı fikirlərini açıqladı. O, şairin yaradıcılığını bir neçə aspektdən təhlil etdi.

Tədbirdə f.f.d. Tariyel Abbaslı, Azərbaycan Texniki Universitetinin professoru Tərxan Cəbrayılov, şairə Gilə Bayramova, şair, puplisist Fəxrəddin Meydanlı,  pedaqoji sahədə uzun müddət çalışan Mürvət Mirzəyev, Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri, Fact-info.az saytının baş redaktoru Əkrəm Bəydəmirli və digərləri çıxış edərək  Əvəz Müəllim Hacıyevin 65 illik yubileyi münasibətilə onu təbrik etdilər,  yaradıcılıq uğurları arzuladlar.

 Xatırladırıq ki, fəlsəfi baxışları, söz sənətinə fərqli yanaşmaları ilə tanınan, bir sıra kitabların müəllifi Əvəz Müəllim (Hacıyev Əvəz Dadaşxan oğlu) ilk şeirlərini orta məktəb illərindən yazmağa başlamışdır. Qəzet və jurnallardakı ədəbi fəaliyyəti əsasən 2000-ci ildən ardıcıl və davamlı olmuşdur. “Qələm” qəzetində “Elm, təhsil,incəsənət” üzrə şöbə müdirü işləmişdir. Müxtəlif qəzet və jurnallarda (“Yurd”,,”Beyrüs- Səfa”) publisistik yazıları və şeirləri çap olunmuşdur. Qarışıq janrlardan ibarət “Sənli günlərim” adlı kitabı çapdan çıxmış və oxucular tərəfindən rəğbətlə qarşılanmışdır.

Əvəz Müəllimin yaradıcılığında Təbriz önəmli yer tutur. Onun yaradıcılığı Vətən dərdinin dilində danışa bilir. Onun bütöv Azərbaycan ağrısı ənənəvi mövzunun bu günün dili ilə danışan obrazıdır.

Əvəz Müəllim «Təbriz küçələrində uyuyan Qaragilə» Rübabəni yada salır, sanki bu qədim həsrət dolu xalq mahnısını Ərdəbildən Təbrizəcən dinləyə-dinləyə gedirsən. Özü də göz yaşları altında. Yaxud ustad Şəhriyarın xatirəsinə həsr olunmuş «Xoşginabda keçən günlər», «Cənub həsrətli Novruz günləri», «Şahbani – yoxsa cani» esselərini də həyəcansız oxumaq mümkün deyil. Əvəz Müəllimin vətəndaşlıq qeyrəti ağır Qarabağ ağrılarının altında çiyinlərini bükmür. Bu ağrılara Şuşa-Təbriz yolu çəkir və inanır ki, bir gün Bakıdan iki yol birbaşa ayrıca maneəsiz sərhədsiz keçəcək. Biri Şuşaya, biri də Təbrizə. 

 

 

 




Baxış sayı: 1 965
Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır Dünən, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir Dünən, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək Dünən, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” Dünən, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil Dünən, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib Dünən, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib Dünən, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib Dünən, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik Dünən, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM Dünən, 08:30 Azərbaycanın görkəmli sənətkarı Aşıq Pənah Pənahovun 100 illik yubileyi qarşısında 23-11-2026, 16:30 Prezident İlham Əliyev Trampa təşəkkür edib 23-11-2026, 16:00 TAP layihəsi Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əməkdaşlıq nümunəsidir 23-11-2026, 15:00 Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts 23-11-2026, 15:00 Səməd bəy Mehmandarovun 170 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb 23-11-2026, 14:30 Qlobal bazarlarda narahatlıq davam edir 23-11-2026, 13:30 Ermənistanın yeni Konstitusiya layihəsinin mətnində Müstəqillik Bəyannaməsinə istinad edilməyib 23-11-2026, 11:00 "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" - Azərbaycan Prezidenti 23-11-2026, 11:00 Kuşner Ukraynaya təhlükəsizlik zəmanətlərinin şərtlərini açıqlayıb 23-11-2026, 09:00 İtkinlərin taleyi aydınlaşmadan etimad möhkəmlənə bilməz 23-11-2026, 09:00 Vyetnam Prezidenti: Azərbaycanı regionda daimi mühüm strateji tərəfdaş kimi qəbul etmişik 21-11-2026, 12:30 Yeni Azərbaycan Partiyasının yaradılmasından 34 il ötür 21-11-2026, 11:00 Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub 21-11-2026, 11:00 Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş keçirilib 21-11-2026, 11:00 Ağdam Şəhər Günü konsert proqramı ilə qeyd olunub 20-11-2026, 20:00 Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Eternity-2026” təlimi başa çatıb 20-11-2026, 19:00 Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub 20-11-2026, 12:30 Azərbaycana akkreditə olunmuş diplomatlar Böyük Qayıdış prosesi barədə məlumatlandırılıblar 20-11-2026, 12:30 Məleykə Abbaszadə BDU-nun rektoru vəzifəsinə təyinatı ilə bağlı açıqlama yayıb 20-11-2026, 11:00 QHT Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir 20-11-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30