FACT-INFO.AZ » SİYASƏT » Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməməsi beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdiddir
23-01-2017, 10:50 | SİYASƏT
Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməməsi beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdiddir

BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin Ermənistan tərəfindən icra edilməməsi Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesinə, həmçinin beynəlxalq və regional sülh və təhlükəsizliyə ciddi təhdid yaradır.

Bu fikir Azərbaycan Respublikasının ATƏT yanında daimi nümayəndəliyinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra edilməməsi və bunun Minsk prosesinə təsiri haqqında bəyanatında əks olunub.

Bəyanatda deyilir ki, qətnamələrdə BMT Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin işğalını pisləyib, Dağlıq Qarabağ region onun bir hissəsi olmaqla, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bir daha təsdiq edib və xüsusilə beynəlxalq sərhədlərin toxunulmazlığı prinsipini və güc tətbiq edərək ərazi əldə edilməsinin qəbuledilməzliyini bir daha vurğulayaraq işğalçı Ermənistan qoşunlarının Azərbaycan işğal altında olan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib.

ATƏT-in Minsk Konfransının sədri Mario Rafaelli 1993-cü il iyulunda verdiyi bəyanatında bildirmişdi ki, bu yaxınlarda zor gücünə ələ keçirilmiş ərazilərin dərhal azad edilməsi “sülh daşıqlarının irəliləməsini təmin edəcək əsas amildir.” (BMT sənədi S/26184).

Beləliklə, Azərbaycanın sülh danışıqlarında iştirak etməsində başlıca məqsəd işğalçı Ermənistan qoşunlarının Azərbaycan Dağlıq Qarabağ və digər işğal altında olan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasının təmin edilməsidir. Sülh Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünü bərpa etməlidir. ATƏT-in Minsk Qrupu və həmsədrlərin BMT Təhlükəsizlik Şurası tərəfindən müəyyən edilmiş çərçivədən yayınmaları onlara həvalə edilmiş mandatı pozur və bu, münaqişənin həlli prosesinə ciddi təsir göstərə bilər. Minsk Qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurası tərəfindən onlara həvalə edilmiş vəzifələrin icrasına qayıtmalı və bu əsasda hər iki tərəfi substantiv nəticə yönümlü danışıqlara cəlb etməlidir.

Son zamanlar Ermənistan-Azərbaycan münaqişəsinin hərbi yolla həllinin olmaması barədə bir çox bəyanatlar yayılıb. Biz də buna inanmaq istərdik. Sülh prosesinin bu istiqamətə yönəlməsi sual doğurur. BMT Təhlükəsizlik Şurası tərəfindən müəyyən edilmiş əsas elementlərə əsaslanırmı? Danışıqlar prosesində irəliləyişə nail olmağa maneə törədən nədir və ATƏT iştirakçı dövlətləri ümumiyyətlə sülh məsələsində maraqlıdırlarmı? Əgər cavab müsbətdirsə, o halda nə üçün münaqişənin hərbi yolla həllini görməyənlər sülhün əldə edilməsinə olan maneələrin aradan qaldırılması ilə bağlı Azərbaycan tərəfinin müraciətlərinə məhəl qoymamaqda davam edirlər? Bunlar, münaqişənin hərbi yolu yoxdur kimi mühakimələr irəli sürmədən öncə dürüst cavabı tapılmalı olan suallardır.

BMT Təhlükəsizlik Şurası tamamilə aydın şəkildə bəyan edib ki, Azərbaycan ərazilərinə qarşı güc tətbiq edilməsi heç bir halda hüquqi təsir yaratmır; Ermənistanın fəaliyyəti qeyri-qanunidir və beynəlxalq münasibətlərdə hərbi gücdən istifadənin qadağan edilməsi ilə bir araya sığmır, BMT nizamnaməsi və onun məqsədləri ilə ziddiyyət təşkil edir; bunlar Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün, konkret olaraq BMT nizamnaməsinin 2(4)-ci maddəsinin açıq pozuntusunu təşkil edir.

Gücdən istifadə etməmə prinsipinin işğala əsaslanan status-kvosunun dondurulması məqsədilə təhrif edilməsi qəbuledilməz, əks nəticə verən və çox təhlükəli yanaşmadır. Bir dövlət beynəlxalq münaqişənin sülh yolu ilə həll edilməsi kimi öhdəliklərinə etinasız yanaşdığı halda və ondan sonra hüquqa zidd bir şəkildə digər dövlətin ərazilərini işğal etmək üçün gücdən istifadə etdikdə, sülh prosesində irəliləyiş olmadığı və təcavüzkara təzyiq edilmədiyi şəraitdə təcavüzkar dövlətə münasibətdə təcavüzün qurbanı olan dövlətin gücdən istifadə etməməyə dair öhdəliyə riayət etməsini iddia etmək ən azından yersizdir.

Ermənistan Azərbaycan torpaqlarının işğalını möhkəmləndirməklə gücdən istifadə etməmək prinsipini kobud şəkildə pozur, yüz minlərlə Azərbaycanlı məcburi köçkünün Azərbaycanın Dağlıq Qarabağ regionu və digər işğal olunmuş 7 rayonundakı öz doğma yurd-yuvasına geri dönməsinə imkan vermir, işğal olunmuş ərazilərin demoqrafik, mədəni və fiziki xarakterini dəyişməyə yönəlik davamlı səylər göstərir, onların Azərbaycana aid mədəni və tarixi köklərinin əlamətlərini yox edir və öz mənfəəti üçün bu ərazilərdə istismar işi ilə məşğul olur və oranın sərvətlərini talayır. ATƏT-də çox az sayda nümayəndə heyətləri Ermənistanın belə davranışlarından narahatçılıq ifadə edib və ondan öz silahlı qüvvələrini işğal etdiyi ərazilərdən çıxartmağı tələb edib.

Buna görə də münaqişənin həlli kontekstində gücdən istifadə etməmək haqqında danışanlar ilk növbədə Azərbaycan ərazilərinin hərbi işğalı amilini aradan qaldırmalıdır. Əgər onlar Ermənistan qoşunlarının işğal olunmuş ərazilərindən çıxarılmasına və sülh prosesinə təhdid yaradan digər çoxsaylı çağırışların həllinə qadir deyillərsə, Azərbaycanın öz torpaqlarını müdafiə etmək və istənilən vasitə ilə öz vətəndaşlarını qorumaq hüququ var. Əgər sülh prosesi status kvonu dəyişməkdə uğursuzluğa düçar olarsa, BMT Təhlükəsizlik Şurasının qətnamələrində tələb edildiyi kimi bizim status-kvonu dəyişmək hüququmuz vardır.

Gücdən istifadənin nəticəsində meydana çıxan və işğala əsaslanan status-kvo BMT Təhlükəsizlik Şurası tərəfindən qanunsuz təsbit edildiyi səbəbindən münaqişənin həlli üçün əsas hesab edilə bilməz. Xarici işlər naziri Elmar Məmmədyarovun bu günlərdə qeyd etdiyi kimi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionu və digər işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tamamilə çıxarılması beynəlxalq ictimaiyyətin tələbidir və heç bir halda güzəşt kimi təqdim edilə bilməz və ya qoşunların çıxarılmasını siyasi məsələlərin həllinə bağlayaraq sövdələşmə predmeti kimi istifadə edilə bilməz.(Azərtac)

 

 

 

 

 




Baxış sayı: 1 622
Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır Dünən, 17:00 “The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir Dünən, 17:00 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib Dünən, 16:30 “Keçmişdən sabaha yol kəlağayı” kitabı oxuculara təqdim olunub Dünən, 13:30 Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib 14-11-2026, 18:00 Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlı münasibətlərdən strateji tərəfdaşlığa 14-11-2026, 16:30 “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb 14-11-2026, 16:30 Tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb 13-11-2026, 19:30 COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub 13-11-2026, 14:30 Media və Yayım Şurası açıqlama yayıb 13-11-2026, 14:30 Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb 13-11-2026, 12:30 Qarabağ təbiətinin şəfa mənbəyi 13-11-2026, 11:30 Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək 13-11-2026, 11:30 Bakıda “Eternity-2026” təliminin açılışı olub 13-11-2026, 11:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib 13-11-2026, 09:30 Bir əsrin işığında türkologiya 12-11-2026, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib 12-11-2026, 18:30 12 noyabr – Konstitusiya Günü 12-11-2026, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib 12-11-2026, 18:30 Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb 12-11-2026, 16:00 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib 12-11-2026, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib 12-11-2026, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb 12-11-2026, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib 12-11-2026, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər 12-11-2026, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib 11-11-2026, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb 11-11-2026, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ 11-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər 11-11-2026, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar 11-11-2026, 14:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30