FACT-INFO.AZ » MEDİA » Elçin Əmirbəyov: Ümid edirəm, ermənilərlə azərbaycanlıların mehriban qonşu kimi birgə yaşaya biləcəyi gün gələcək
1-05-2024, 09:30 | MEDİA
Elçin Əmirbəyov: Ümid edirəm, ermənilərlə azərbaycanlıların mehriban qonşu kimi birgə yaşaya biləcəyi gün gələcək

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov Vatikana işgüzar səfəri zamanı “Sir” İnformasiya Agentliyinə müsahibə verib.

Elçin Əmirbəyov müsahibəsində Ermənistan və Azərbaycan arasında sülh prosesindən, cəmiyyətimizin çoxmillətli və multikultural xarakterindən və regionda gələcək birgəyaşayış imkanlarından bəhs edib. Müsahibəni təqdim edirik.

- Azərbaycanla Ermənistan arasında dialoq hansı mərhələdədir? Papa Fransisk danışıqların hər şeydən əvvəl humanitar böhrana son qoya biləcək “davamlı razılaşmaya” şərait yaratmasını rica edir. Bu gün hansı addımların atılması lazımdır?

- İlk olaraq, biz Papa Fransisk həzrətlərinin Ermənistan və Azərbaycan arasında sülhün əldə edilməsinə göstərdiyi diqqəti yüksək qiymətləndiririk. Bakı ilə İrəvan arasındakı dialoq müxtəlif formalarda və müsbət ruhda davam etməkdədir. Vurğulamaq lazımdır ki, təxminən iki il əvvəl sülh danışıqlarının və sülh müqaviləsinin layihəsinin təşəbbüskarı məhz Azərbaycan olub və o vaxtdan bəri sülh prosesində mühüm irəliləyişlər əldə edilib. Ən son müsbət irəliləyişlər ötən ilin sentyabr ayında Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdikdən, Qarabağ regionu üzərində özünün effektiv nəzarətini bərpa edəndən sonra mümkün olub. Bu gün biz inanırıq ki, Ermənistanla birlikdə bütün yerdə qalan məqsədlərimizə siyasi vasitələrlə və nisbətən daha qısa müddət ərzində nail ola bilərik. İki həftə əvvəl Ermənistan öz qüvvələrini Azərbaycanın şimal-qərbində yerləşən Qazax rayonunun otuz ildən çox işğal altında qalan dörd kəndindən çıxarmağa razılaşdı və dərhal sonra biz ölkələrimiz arasında bir gün dövlət sərhədinə çevriləcək ikitərəfli delimitasiya və demarkasiya prosesinə başladıq. Paralel olaraq, Azərbaycan özünün otuz ildən bəri davam edən münaqişə və qanunsuz işğal nəticəsində dağıdılmış bütün ərazilərinin yenidən qurulması və bərpası istiqamətində genişmiqyaslı səylərini qətiyyətlə davam etdirir.

- 2023-cü il oktyabrın 15-də Angelus mərasimində Papa Fransisk bu regionun səlahiyyətlilərinin və sakinlərinin “yerli mədəniyyətin bir hissəsi, inancın ifadəsi və fərqliliklərə baxmayaraq, birlikdə yaşamağa imkan verən qardaşlığın əlaməti kimi hörmətlə davranılacağına və qoruna biləcəyinə” ümidvar olduğunu bildirmişdi. Bu yerdə, onların evlərinə qayıtma prosesinə necə yardım etmək olar?

- İlk əvvəl aydınlıq gətirmək istərdim ki, Azərbaycanın Qarabağ bölgəsinin ərazisini tərk edib Ermənistana getmək qərarı orada məskunlaşmış əhali tərəfindən könüllü şəkildə qəbul olunub. Baxmayaraq ki, Azərbaycan hakimiyyəti onlara dəfələrlə müraciət edərək ölkəni tərk etməməyə çağırıb. Bir gün davam edən antiterror əməliyyatından dərhal sonra Ermənistanın bizə qarşı başlatdığı dezinformasiya kampaniyasına baxmayaraq, Azərbaycan yerli mülki əhaliyə orada qalıb, qanunlarımız çərçivəsində dinc şəkildə cəmiyyətimizə inteqrasiyanı təklif edib. Lakin həqiqət ondan ibarətdir ki, gedənlərin bir çoxu, Azərbaycanın həmin regionunda ermənilərlə azərbaycanlıların dinc yanaşı yaşamalarına qarşı çıxan yerli qanunsuz separatçıların liderləri tərəfindən əslində buna “israrla sövq edilib”. Azərbaycan hakimiyyətinin daha öncəki fürsətlərdə də dəfələrlə bəyan etdiyi kimi, erməni və ya azərbaycanlı olmasından asılı olmayaraq bütün köçkün əhalinin öz evlərinə könüllü qayıtmaq hüququna qarşılıqlı əsasda hörmət edilməlidir. Unutmayaq ki, 1980-ci illərin sonlarında münaqişənin lap əvvəlində Ermənistanda 250 mindən çox mülki azərbaycanlı etnik təmizləməyə məruz qalıb.

- Elə həmin Angelus mərasimi zamanı Papa Fransisk, həmçinin bölgədəki monastırların və ibadət yerlərinin qorunması ilə bağlı xüsusi müraciət edib. Hökumətiniz həmin torpaqlarda xristian ibadət yerlərinin qorunması üçün hansı addımları atır?

- Azərbaycan ərazisindəki bütün ibadət yerləri, dini mənşəyindən asılı olmayaraq, cəmiyyətimizin çoxmillətli və multikultural xarakterini əks etdirən zəngin mədəni və dini irsimizin bir hissəsini təşkil edir. Hökumətimiz isə hər bir dini ibadət yerini heç bir ayrı-seçkilik qoymadan qorumaq vəzifəsinə ciddi yanaşır. 2020-ci ilin noyabr ayında İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycanın aidiyyəti qurumları tərəfindən xarici dövlətin qanunsuz işğalı altında olan və münaqişənin təsirinə məruz qalmış ərazilərdəki bütün mədəni və dini abidələrin inventarizasiyası aparılıb. İki müharibədən sonra ayaqda qalan, lakin zədələnən abidələr hazırda bərpa mərhələsindədir, ancaq təəssüf ki, bir çox mədəni və dini abidələr işğalçı qüvvələr tərəfindən tamamilə məhv edilib. Bir misal gətirim: Qarabağda və əvvəllər işğal olunmuş digər ərazilərdə 67 məsciddən 65-i yerlə yeksan olunub.

- Münaqişələrdən və böhranlardan güclü şəkildə təsirlənən bir dünyada bəlkə də bu böhrana diqqəti canlı tutan yeganə insan Papa Fransiskdir. Papanın “sözü” haqqında nə düşünürsünüz və hər şeydən əvvəl xristianlar bu ölkələrdə hansı “rol” oynaya bilərlər? Orada onlar üçün yer varmı?

- Söhbətimizin əvvəlində artıq qeyd etdiyim kimi, biz Azərbaycanda Papa Fransiskin, eləcə də dünyanın bir çox digər yüksək səviyyəli şəxslərinin Ermənistan və Azərbaycan arasında sülh və münasibətlərin normallaşması məsələsinə göstərdikləri diqqəti yüksək dəyərləndiririk. Azərbaycan öz mədəni və dini müxtəlifliyi ilə fəxr edən dünyəvi ölkədir, burada müsəlmanlar, xristianlar, yəhudilər və digər konfessiyaların nümayəndələri əsrlər boyu harmoniya, əmin-amanlıq və dostluq şəraitində birgə yaşayıb. Biz doğrudan da inanırıq ki, ölkələrimiz arasında tezliklə bağlana biləcək sülh müqaviləsi nəinki dünyanın ən uzun və faciəli etnik münaqişələrindən birinə rəsmi olaraq son qoyacaq, həmçinin ermənilərlə azərbaycanlılar arasında etimadın yaranmasına xidmət edəcək, onların yaxşı qonşu və ola bilsin bir gün hətta dost kimi yaşamasına yol açacaq.




Baxış sayı: 95
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30