FACT-INFO.AZ » AKTUAL » “Dünyada tibbi sahəsi sürətlə dəyişdiyinə görə, bu sahədə çalışan hər kəs yeniliklərə açıq olmalıdır” Anar Yusibov
22-04-2024, 11:00 | AKTUAL
“Dünyada tibbi sahəsi sürətlə dəyişdiyinə görə, bu sahədə çalışan hər kəs yeniliklərə açıq olmalıdır” Anar Yusibov

Vətən müharibəsində könüllü iştirak edən, 50-dən artıq çətin cərrahi əməliyyat həyata keçirən tanınmış həkim Anar Yusibov əməkdaşımızla söhbəti zamanı Azərbaycanda cərrahiyyə sahəsinin real durumuna, bu sahədə baş verən proseslərə qısa nəzər salır:

 -Tibbdə cərrahiyyə ən ağır sahələrdən biridir. Qənaətimcə, Azərbaycanda bu sahə inkişaf etməkdədir. Bu gün cərrahiyyənin bir çox sahələri üzrə kifayət qədər peşəkar kadrlarımız yetişib. Ölkəmizdə  elə mürəkkəb cərrahi əməliyyatlar icra edilir ki, bunun üçün xaricə getməyə ehtiyac qalmır.

 -Mövcud  tibb təhsili peşəkar kadrlar yetişdirmək üçün yetərlidirmi?  

 -Təbii ki, bir çox sahələrdə olduğu kimi, tibb sahəsində də təhsil sistemi dünyaya inteqrasiya olunmuş istiqamətdə davam edir. Dünya cərrahiyyəsində baş verən bütün yeniliklərdən xəbər tuturuq, daim öyrənirik. Xarici təcrübəni daha yaxşı öyrənmək, praktikada tətbiq etmək  peşəkar kadr üçün zəruridir. Cərrahiyyə sahəsində baş verən yeniliklərə, mövcud problemlərə həsr olunan mütəmadi olaraq xarici ölkələrdə keçirilən toplantılara qatılırıq. Ən son yeniliklərlə tanış olaraq təcrübə mübadiləsi aparırıq. Bütün bunlar bizim fəaliyyətimizə effektli təsir göstərir və həmçinin gənc kadrların yetişməsinə təkan verir.

 -Siz qeyd etdiyiniz kimi, cərrahiyyə mürəkkəb, çətin sahədir. Ümumiyyətlə, peşəkar cərrah olmaq üçün bu sahədə təhsil alan tələbəyə daha nə lazımdır?

 -Cəsarət, inam öz yerində olmaldır. Həmçinin işğüzarlıq, öz üzərində daim çalışmaq  lazımdır. Bir cərrahın yetişməsi üçün uzun zaman keçir. Bəzən bir tələbə ömrünün 15 ilini bu sahədə cərrah kimi yetişməyə həsr edir. Digər tərəfdən cərrahın təminatı yüksək olmalıdır ki, həmin şəxs yalnız inkişaf, peşəkar xidmət haqqında fikirləşsin. Mən özüm xeyli tələbələr yetişdirmişəm. Bəzən elə olur ki, onlar sonradan yaxşı təminata görə, xaricdə çalışmağa üstünlük verirlər. Xaricə beyin axınını sakit qarşılmaq olmur.  Azərbaycanda, xüsusilə, bölgələrimizdə açılan tibb ocaqlarında peşəkar kadrların çalışmasına ehtiyac var. Uzun illər, böyük zəhmətlə yetişdirilən normal  cərrah xaricdə deyil, ölkəmizdə insanların sağlamlığının keşiyində durmalıdır.Ümid edirəm ki, zaman keçdikcə bu məsələlər  çözüləcək.

 -Yaşlı nəslin nümayəndələri yeni metodlarla, tibbi avadanlıqla çalışa bilirlərmi?

 -Müəyyən bir yaş dövrü keçən yaşlı nəslin bəziləri öz üzərində çalışır, yenilikləri daha tez qəbul edərək fəaliyyətini davam etdirir. Bu yaxşı haldır. Amma elə də olur ki, keçmiş metodlarla çalışan və yeni müalicə protokollarını qəbul etmək istəməyən şəxslər var. Onlar sovet təcrübə məktəbi keçiblər. Yeniliklərə adekvat deyillər. Dünyada tibbi sahəsi sürətlə dəyişir. O baxımdan bu sahədə çalışan hər kəs yeniliklərə açıq olmalıdır.       

 Fact-info.az

 

 




Baxış sayı: 585
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30