FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Qərbi Azərbaycanın tədqiqi və təbliği zərurəti
21-04-2024, 10:00 | TƏDQİQATLAR-ANALITIKA
Qərbi Azərbaycanın tədqiqi və təbliği zərurəti

“Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var...”

(Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasında Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündəki nitqindən, 24 dekabr 2022-ci il).

Ölkə rəhbərinin səsləndirdiyi bu çağırış xüsusi önəm kəsb edir. Prezidentin vurğuladığı, xüsusi diqqət ayırdığı, çağırış etdiyi bu məsələ İrəvan, Göyçə, Zəngəzur kimi tarixi Azərbaycan torpaqlarını tərk etməyə məcbur edilmiş, hazırda Azərbaycanın indiki ərazisində yaşayan azərbaycanlıların tarixi və mədəni irsidir. Azərbaycan dövlətçiliyinin varislərindən olan İrəvan xanlığı çox da uzaq tarix deyil. Buna görə də hazırda taleyi və tarixi elmi dövriyyədən kənarda saxlanmadan Qərbi Azərbaycan məsələsinin tədqiq və təbliğ edilməsi zərurəti yaranıb. Milli, mədəni, elmi və tarixi baxımdan bu tarixi məsələnin tədqiq və təbliğ edilməsi soykökünə bağlılıq, milli özünüdərk, milli tarixi şüur, habelə milli kimlik və milli mədəni irs məsələləri ilə bağlı tarixşünaslığımızda çoxdan bəri kök salmış böyük bir boşluğu doldurmağa, həmçinin bir çox cavabı dəqiq olmayan müzakirəli məsələləri aradan qaldırmağa təsir göstərə bilər. Bu baxımdan Vətən müharibəsində əldə edilən tarixi Qələbə xalqımızın müqəddəratının yeni mərhələsi zəminində geniş üfüqlər açdı. 44 günlük tarixi savaşda qazanılan qələbə və nailiyyətlər soykökünə bağlılıq və milli özünüdərk, habelə milli dirçəliş və milli intibah tarixşünaslığımızda çoxdan kök salmış böyük bir boşluğu aradan qaldırmağa ciddi təkan verdi. Tarixi qələbə müqəddəratımızın təyini haqda yeni strategiyalar və hədəflər müəyyən etməklə yanaşı, həm də keçmişimizə həssas münasibət, onu yenidən qiymətləndirmə fürsətləri və çoxəsrlik tarixi maddi-mədəni-mənəvi irsimizi yenidən və daha dərindən tədqiq etmək öhdəliyini qoydu.

XIX əsrin sonu XX əsrin əvvəllərində regionda siyasi maraqları olan böyük dövlətlərin dəstəyi ilə Qarabağ xanlığı ilə Rusiya arasında imzalanan Kürəkçay (1805) müqaviləsi, Rusiya və İran dövlətləri arasında bağlanan Gülüstan (1813), Türkmənçay (1828) müqavilələri daha sonra isə Türkiyə və İran arasında bağlanan Ədirnə (1829) sülh müqavilələrindən sonra Azərbaycan torpaqlarına ermənilərin kütləvi köçürülməsi siyasəti həyata keçirilib. Bölgənin erməniləşdiriməsi siyasətini həyata keçirmək məqsədilə İrəvan, Göyçə, Zəngəzur və Zəngibasar bölgəsində yaşayan azərbaycanlıların öz tarixi yurdlarından deportasiyasına və soyqırımına start verilib. İran və Türkiyədən isə ermənilərin bu ərazilərə köçürülməsi ilə əhalinin etnik tərkibi dəyişdi. 1918-ci il mayın 28-də daşnaklar tərəfindən qədim Azərbaycan ərazisi olan keçmiş İrəvan xanlığı ərazisində yaradılıb. 1923-cü il iyulun 7-də isə vaxtilə İrandan və Osmanlı imperiyası ərazisindən Qarabağ xanlığının ərazisinə köçürülən ermənilərə süni surətdə muxtariyyət hüququ verilməklə, Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb. Sovet hakimiyyətinin ilk illərində Zəngəzur qəzasının bir hissəsi Ermənistana verilməklə Naxçıvan torpağı Azərbaycandan, Türkiyə isə türk dünyasından ayrı salınıb. Böyük dövlətlərin dəstəyi ilə əcdadlarımızın Oğuz yurdu Qərbi Azərbaycanı qəsb edən gəlmə ermənilər azərbaycanlılara məxsus ərazilərdə məskunlaşdıqdan sonra onlara məxsus maddi-mədəniyyət nümunələrini məhv etməklə, izlərini silməyə cəhd edib, bu, mümkün olmadıqda isə həmin maddi-mədəniyyət nümunələrinin “qədim ermənilərə” aid olmaları barədə saxta tarix yaratmağa çalışıblar.

Qərbi Azərbaycanda yaşayan azərbaycanlılar orada yaşadığı dövrdə ərazinin qədim və əzəli sakini kimi tarixin bütün dövrlərini əhatə edən, onun orada fiziki varlığını göstərən zəngin milli maddi-mədəni və miras irs yaradıb. Azərbaycanlıların yaratdığı zəngin mədəniyyət əsrlərdən bəri qorunub saxlanmış müxtəlif mənşəli abidələrdə yaşayıb, xalqın, millətin milli mənəviyyatını özündə əks etdirir. Yüzilliklər ötdükcə, zaman keçdikcə xalqın yaratdığı və nəsillərə qoyduğu maddi-mədəni miras daha da əzəmətli, möhtəşəm görünür. Maddi-mədəni miras xalqın keçmiş qüdrətinin, əzəmətinin tarixi yaddaşı kimi bu mədəniyyətin varislərinin varlığını qürur hissi ilə doldurur. Maddi-mədəniyyət, memarlıq abidələri, toponimlər bir millətin müəyyən coğrafi məkanda formalaşmasını təsdiqləyən ən tutarlı və mühüm tarixi dəyəri olan sənədlərdir. Ona görə də zaman keçdikcə bu mədəni miras zəngin xəzinəyə çevrilir.

Qərbi Azərbaycanın qədim tarixinin arxeoloji baxımdan öyrənilməsi XIX əsrin 70-ci illərinə qədər sistemsiz şəkildə aparılıb. 70-ci illərdən etibarən Qafqazın, o cümlədən Qərbi Azərbaycanın arxeoloji cəhətdən öyrənilməsində yeni mühüm addım atıldı. 1871-ci ilin oktyabrında Tiflis şəhərində Qafqaz Arxeoloji Komitəsi təsis edildi. 1872-ci ildə qurum Qafqaz Arxeologiya Həvəskarları Cəmiyyəti adlandırıldı.

XIX əsrin 90-cı illərindən başlayaraq Qərbi Azərbaycanın maddi-mədəni irsinə və mədəniyyət tarixinə arxeoloqların marağı daha da artdı. 1896-1899-cu illərdə Moskva Arxeoloji Cəmiyyətinin tapşırığı ilə cəmiyyətin üzvü A.A.İvanovski Göyçə gölü kənarındakı ərazilərdə arxeoloji qazıntı işləri aparıb, Oğuz qəbirləri aşkar etdilər, oradan üzə çıxarılan çox qiymətli maddi mədəniyyət abidələri Moskva Dövlət Tarix Muzeyinə göndərildi. Həmin nümunələri ilk dəfə elmi cəhətdən tədqiq edən A.A.İvanovski əldə etdiyi nəticələri “Qafqaz arxeologiyasının materialları” toplusunda çap etdirdiyi “Zaqafqaziya haqqında” hesabatında ümumiləşdirdi. Lakin hesabatda tədqiq edilən abidələrin, aşkara çıxarılan qəbirlərin xəritələri haqqında məlumat verilməyib və xəritə məxfi saxlanılıb. Daha sonrakı dövrlərdə xəritəni əldə edən erməni arxeoloqlar o xəritə əsasında Göyçə gölü ətrafı ərazilərində və orada yerləşən qalalarda qazıntı işləri aparıb, oradan çıxardılan əşyaları İrəvan dövlət muzeyi və Moskva dövlət muzeyinə göndəriblər.

1987-1991-ci illərdəki sonuncu kütləvi deportasiyadan sonra azərbaycanlılara aid yaşayış məskənləri ilə birlikdə tarixi Azərbaycan torpaqlarındakı müqəddəs sakral inanc məkanı Hacı Baba piri, Bəzirgan piri, Qaradaş ziyarətgahı, Qarabulaq ziyarətgahı, Qızıldağ ocağı, Məhbub ocağı, Ocaqlı piri, Seyid Məmiş piri, Süd daşı piri, Toparlı piri, Üç qardaş piri, Sərdar məscidi, Təpəbaşı məscidi, Ağadədə məscidi, Loru qala məscidi, Gümrü məscidi, Xoca Bazar kənd məscidi, Qaraçanta məscidi, Püsək kənd məscidi, Şirvanlı məscidi, Şeyx İsmayıl Siracəddin Şirvani məscidi, Masdərə kənd qəbirüstü abidələri, Çıkıvəng məbədi, Ataxan qalası, Aşağı Zağalı qalası, Buğdayitəpə qalası, Əliqırx qalası, Ərqüş qalası, Kоrоğlu qalası, Qalaça dağında qala, Qızıldağ qalası, Qız qalası, Səngər qalası, Çırpılı karvansarası, Qurduqulu karvansarası, Nüvədi kənd karvansarası, Mığrı karvansarası, Uşi kəndində karvansara, Mir Həmzə Nigari türbəsi, Göy Məmməd günbəzi, Qoşabulaq kəndində qəbirüstü arxeoloji-etnoqrafik abidələr, Qızıl Qoç kəndində qəbirüstü heykəl, Aşağı Zağalı kəndində kurqan qəbirlər, Salah kəndində daş körpü, Babacan kəndində daşüstü kitabələr, Basarkeçər rayonunda Müsəlman din məktəbi, Dilican şəhərində Tatar (azərbaycanlı) məhəlləsi, Çamırlı kəndində mədrəsə, Abdalağalı kənd qayaüstü təsvirləri, Adıyaman kəndində orta yüzilliyə aid evlər, Ağparax kəndində istehkam divarları, Bazarçay vadisində qədim mağaralar yüzlərlə alban-türk tarixi-memarlıq abidələri, saraylar, karvansaralar, imarətlər, məscidlər, məqbərələr, alban türk-oğuz qəbiristanlıqları, qəbirüstü abidələr, ziyarətgahlar erməni işğalı altına düşdü. Ermənilərin azərbaycanlılara qarşı apardıqları etnik təmizləmə və tarixi abidələrə qarşı həyata keçirilən vandallıq aktları nəticəsində azərbaycanlıların varlığını özündə əks etdirən tarixi-memarlıq abidələrinin çoxu yer üzündən silinib, qalanları isə erməni yazı və elementləri əlavə edilərək erməniləşdirilib.

XX yüzilliyin əvvəllərində İrəvan quberniyası ərazisində 310 məscid qeydə alınsa da, 1915-ci ildə İrəvan və Zəngəzur quberniyasının ərazisində məscidlərin sayı artaraq 391 olub. Bunlardan 382-si şiə, 9-u isə sünni məscidi kimi fəaliyyət göstərib. 1918-ci ildən başlayaraq bu məscidlərin hamısı ermənilər tərəfindən dağıdılaraq məhv edilib .

1918–1991-ci illərdən başlayaraq Qərbi Azərbaycanda azərbaycanlıların tərk etmək məcburiyyətində qaldıqları ərazilərdə 234 məktəb, 214 kitabxana, 268 mədəniyyət müəssisəsi, 235 səhiyyə ocağı, 112 uşaq bağçası, 152 məişət evi ermənilər tərəfindən zəbt edilib. 223 qəbiristanlıq, 600 alban məbədi, 400 məscid, 150 pir/ocaq/ziyarətgah, 1500 qəbirüstü abidə və minlərlə tarixi-memarlıq abidəsi tədricən vandalizmə məruz qalıb. Ümumilikdə, 5 mindən çox tarixi, dini və maddi-mədəniyyət abidəsi ermənilər tərəfindən şüurlu, planlı şəkildə məhv edilib, mənimsənilib. Hazırda Ermənistan ərazisində – İrəvanda yalnız Göy məscid, bölgələrdə isə bir neçə məscid qismən salamat qalıb ki, onlar da konstruktiv dəyişikliklərdən sonra fars (İran) məscidi kimi təqdim edilir. Həyata keçirilən həmin dağıdıcı fəaliyyətin kökündə irqçilik və nifrət dayanır”.

Sosiologiya üzrə fəlsəfə doktoru, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri,

Qərbi Azərbaycan Ziyalılar Şurasının üzvü

 Əfqan Vəliyev




Baxış sayı: 235
QHT Ulu Öndərin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib Dünən, 18:00 Ulu Öndərin İrsi: gələcək nəsillərə müqəddəs əmanətidir Dünən, 15:00 "İşğaldan azad edilmiş ərazilərdə 85 minə yaxın insan yaşayır" Dünən, 12:30 Şair, publisist Ağatahir Cəbirli: Torpaq oğluyam! Dünən, 11:30 Birinci vitse-prezident Mehriban Əliyeva : "Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır" Dünən, 11:00 TDT-nin Dövlət başçılarının növbəti qeyri-rəsmi Zirvə görüşü Qazaxıstanda təşkil olunacaq 9-05-2026, 11:30 Həyatını xalqına həsr etmiş lider 9-05-2026, 11:30 Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib 9-05-2026, 09:30 QHT Agentliyinin kollektivi Ümumilli lider Heydər Əliyevin məzarını ziyarət edib 8-05-2026, 21:00 Ulu Öndərin işığında böyüyən nəsil 8-05-2026, 20:30 "Azərbaycanda etnik və dini müxtəliflik milli sərvət kimi qorunur" - İlham Əliyev 8-05-2026, 19:30 “Türk dillərinin tibb terminləri sözlüyü” kitabının təqdimatı keçiriləcək 8-05-2026, 15:30 Rusiya dövlət televiziyasında Azərbaycan xəritəsinin təhrif olunmasına XİN-dən reaksiya 8-05-2026, 15:30 Stalinə məktubu onu xilas edə bildimi? 8-05-2026, 10:30 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1725 monitorinq aparılıb 8-05-2026, 10:00 Ağdam və Xocavənd şəhərlərinə növbəti köç karvanları yola salınıb 8-05-2026, 09:30 “Cənnət yuxusu” filmi Türkiyədə təqdim edilib 8-05-2026, 09:30 Rubio və Papa Vatikanda Yaxın Şərqdəki vəziyyəti müzakirə etdilər 8-05-2026, 09:00 Azərbaycanla Ukrayna arasında Anlaşma Memorandumu imzalanıb 8-05-2026, 07:30 WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclası keçirilib 7-05-2026, 18:00 Organizing committee holds meeting regarding hosting of WUF13 7-05-2026, 17:00 Ukrayna HHM-i minlərlə Rusiya dronunu və raketini zərərsizləşdirib 7-05-2026, 16:00 Türk ekspert: İrəvan Zirvə görüşündə Azərbaycan-Ermənistan sülh prosesinə dəstək Cənubi Qafqazda yeni mərhələnin göstəricisidir 7-05-2026, 15:30 Strateji tərəfdaşlığa uyğun inkişaf 7-05-2026, 15:30 Tehran və Vaşinqton İranın blokadasını yumşaltmaq barədə razılığa gəlib 7-05-2026, 14:00 “EFES - 2026” çoxmillətli təlimi davam edir 7-05-2026, 13:00 Xabarovskdən Şuşaya uzanan ömür yolu 7-05-2026, 12:30 Türkiyədə Beynəlxalq Turan Film Festivalında “Azərbaycan Kino günləri” keçirilib 7-05-2026, 12:00 XİN: Jan Noel Baronun Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları qətiyyətlə rədd edirik 7-05-2026, 10:30 Parisdə Ümummilli Liderin anadan olmasının 103-cü ildönümü qeyd edilib 7-05-2026, 10:00
Köşə yazarları
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031