FACT-INFO.AZ » SİYASƏT » Hulusi Kılıç: Azərbaycan istəmədiyi müddətdə Türkiyə Ermənistanla diplomatik əlaqələr qurmayacaq
10-04-2024, 09:00 | SİYASƏT
Hulusi Kılıç: Azərbaycan istəmədiyi müddətdə Türkiyə Ermənistanla diplomatik əlaqələr qurmayacaq

Türkiyə-Azərbaycan qardaşlığına heç bir güc təsir göstərə bilməz. Gücümüz birliyimizdədir!

Fact-info.az-ın məlumatına görə, bu sözləri AZƏRTAC-a müsahibəsində Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç səsləndirib.

Türkiyə ilə Azərbaycan arasında sarsılmaz və bənzəri olmayan qardaşlıq bağlarının mövcud olduğunu bildirən diplomat deyib: “Əlaqələrimiz gündən-günə inkişaf edir. Vətən müharibəsi dövründə nümayiş olunan güclü həmrəylik və qarşılıqlı dəstək bir daha onu göstərdi ki, iki qardaş dövlət ehtiyac duyulan zamanda “bir yumruq” olur, bir millət kimi hərəkət edir”. Şuşa Bəyannaməsinin Ankara-Bakı əlaqələrini müttəfiqlik səviyyəsinə çatdırdığını xatırladan sabiq səfir iki ölkənin parlamentləri tərəfindən təsdiqlənən bu sənədin əhəmiyyətinin çox böyük olduğunu vurğulayaraq qeyd edib: “Mən, Şuşa Bəyannaməsini bir növ Türkiyə-Azərbaycan əlaqələrinin “çıxarışı” adlandırıram”.

1993-cü ildə işğalçı Ermənistanla sərhədləri bağlayan Türkiyənin artıq 31 ildir İrəvanla diplomatik əlaqələri bərpa etməməsinə diqqət çəkən Hulusi Kılıç bildirib ki, Ankaranın bu addımının dünyada misli-bərabəri yoxdur. Başqa heç bir dövlət başqa bir ölkəyə dəstək məqsədilə öz sərhədini bağlı saxlamır.

Qərb dövlətləri 2009-cu ildə Türkiyə-Ermənistan protokolları oyununa əl atdıqlarını xatırladan H.Kılıç deyib: “Hesab edirəm ki, Ankara bu oyundan lazımi dərsi çıxardı və bundan sonra Azərbaycanın istəmədiyi addımı atmayacaq. Bu o deməkdir ki, rəsmi Bakı istəmədiyi müddətdə Türkiyə Ermənistanla sərhədləri açmayacaq, diplomatik əlaqələr qurmayacaq. Azərbaycanın ayağına dəyən daş, Türkiyənin başına dəymiş sayılır”.

Onun sözlərinə görə, Ankara üçün prioritet Ermənistan ilə Azərbaycan arasında davamlı sülh müqaviləsinin imzalanmasıdır. Ancaq bundan sonra Ankara erməni tərəfi ilə normallaşma prosesini həyata keçirməyə hazır olacaq.

Hulusi Kılıç, Ankara-İrəvan əlaqələrinin bərpasının digər şərtinin Ermənistan Konstitusiyasına və bu ölkənin bir sıra digər sənədlərinə ediləcək dəyişikliklər olduğunu vurğulayıb. Qeyd edib ki, həmin sənədlərdə Türkiyəyə və Azərbaycana qarşı olan bəndlər oradan çıxarılmalıdır. Əks təqdirdə, sülh müqaviləsinin imzalanmasının heç bir mənası olmayacaq.

Diplomat Türkiyənin müsbət qonşuluq münasibətlərinin tərəfdarı olduğunu bildirib. “Biz qonşularımıza hər cür kömək göstərməyə hazırıq. Lakin hazırkı Ermənistanı “yaxşı qonşu” adlandırmaq mümkün deyil. Bu günün Ermənistanını heç dövlət də adlandırmaq mümkün deyil. Ermənistan Fransa, ABŞ və digər güclər arasında qalan bir “dövlətcikdir”, - deyə sabiq səfir əlavə edib.

Rəsmi İrəvanın qeyri-praqmatik xarici siyasət yürütdüyünü qeyd edən Hulusi Kılıç deyib: “Ermənistan bu gün İran və Rusiyanın düşmənləri olan ABŞ və ümumilikdə Qərblə əməkdaşlığa çalışır. Beləliklə, ermənilərə 30 il boyunca kömək edən Tehranın ən böyük rəqibləri İrəvanın hesabına İranın sərhədinə gəlir. Regiondan kənarda yerləşən güclər Cənubi Qafqaza heç bir fayda verməyəcəklər. Aprelin 5-də Brüsseldə keçirilən ABŞ-Avropa İttifaqı-Ermənistan görüşü kimi təşəbbüslər regiona xeyir gətirməyəcək. Brüssel görüşü, əslində, Azərbaycanın təcrid edilməsi məqsədini güdən Avropa İttifaqının oyunudur. Türkiyə isə Azərbaycanın iştirak etmədiyi görüşlərin sülhə töhfə vermədiyinə əmindir”, - deyə sabiq səfir qeyd edib.

O diqqətə çatdırıb ki, rəsmi Bakının ciddi etirazını nəzərə alan Qərb dövlətləri Prezident İlham Əliyevə izahat verməli oldular. Bu, Azərbaycan Prezidentinin nə qədər güclü lider və müdrik siyasi xadim olduğunu bir daha sübuta yetirdi.

Brüssel görüşünün keçirildiyi gün Türkiyənin sabiq XİN başçısı Mövlud Çavuşoğlunun rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıda olduğunu xatırladan diplomat bunu Türkiyə-Azərbaycan birliyinin gücünün nümayişi adlandırıb.




Baxış sayı: 115
“Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Bu gün, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30