FACT-INFO.AZ » SİYASƏT » ABŞ-Aİ-Ermənistan görüşü Rusiyada xüsusi narahatlıq doğurur
6-04-2024, 09:30 | SİYASƏT
ABŞ-Aİ-Ermənistan görüşü Rusiyada xüsusi narahatlıq doğurur

Brüsseldə keçirilən üçtərəfli görüş Rusiyada da xüsusi narahatlıq doğurub. Jurnalistlərin suallarını cavablandıran Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistan tərəfinin bəyanatlarını gözləməyi təklif edib.

Aprelin 5-də Brüsseldə keçirilən ABŞ-Avropa İttifaqı-Ermənistan görüşünü şərh edən Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin (RF XİN) rəsmisi Mariya Zaxarova bildirib ki, bu görüş region ölkələrinin əksəriyyətində narahatlıq doğurur. Çünki o, Azərbaycanla Ermənistan arasında sülhə nail olmağa yox, Qərbin son dərəcə destruktiv yanaşmaları ilə Cənubi Qafqaza daha da müdaxilə etməsi, orada yeni haçalanma yaradan fikirlərin yaradılması, region ölkələrinin anti-Rusiya gündəmini izləməyə vadar edilməsi, onların Moskva ilə çoxəsrlik əlaqələrinin məhv edilməsi məqsədi daşıyır.

Politoloq Aleksey Naumov qeyd edib ki, bugünkü görüş İrəvanın “Qərb düşərgəsinə” keçid etdiyini göstərir.

“Ermənistanın taleyinə bu baxımdan həsəd aparmaq olmaz: Ermənistandan başqa, Azərbaycan və Gürcüstanın da daxil olduğu və Rusiya, Türkiyə və İranın əhatə etdiyi Cənubi Qafqaz regionunda heç kim Qərb təsir anklavının meydana çıxmasını istəmir. Buna görə də, Ermənistan Aİ və ABŞ-dan maliyyə və hərbi dəstək alaraq, öz yerləşdiyi mühitdə Qərb blokunun hər şeydən məhrum olmuş forpostuna və qabaqda gedən dəstəsinə çevrilmək riski daşıyır”, - politoloq bildirib.

Onun fikrincə, Azərbaycan öz torpaqlarını azad etdikdən sonra Ermənistan ağır mənəvi məğlubiyyət zərbəsi alıb. Ancaq reallıqla barışmaq əvəzinə, Ermənistan özünə “günah keçisi” kimi Rusiyanı seçmək qərarına gəlib.

“Məsuliyyətin Rusiyanın üzərinə atılması Nikol Paşinyana hərbi məğlubiyyətdən sonra hakimiyyətdə qalmaq, Ermənistan xalqına isə hər şeyi üçüncü tərəfin xəyanəti ilə əlaqələndirərək, aparılan siyasətin doğurduğu fəsadları aradan qaldırmaqdan imtina etmək imkanı yaratdı. Güman edirəm ki, tarixi perspektivdə bugünkü görüş hər şeyi öz yerinə qoyacaq - Rusiya və Ermənistan müttəfiqliyi elə əvvəldən Rusiyaya heç bir fayda gətirməyib və qismən fürsətçi, qismən isə nostaljik-mədəni səbəblərlə əlaqədar diktə edilib. Bələdçiliyini Ermənistanın etdiyi xarici təsirə qarşı çıxmaq Cənubi Qafqazın bütün ölkələrinə qarşılıqlı fəaliyyət üçün ortaq platforma tapmağa şərait yaradacaq və Rusiyaya “xristian qardaşların” manipulyasiyası ilə diktə olunan münasibətlərə yox, iqtisadi cəhətdən faydalı münasibətlərə diqqət yetirməyə imkan verəcək, - deyə Aleksey Naumov qeyd edib.

Rusiya Elmlər Akademiyasının E.M.Primakov adına Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər Milli Tədqiqat İnstitutunun Qafqaz sektorunun müdiri Vadim Muxanov deyib ki, ABŞ-Avropa İttifaqı-Ermənistan görüşü İrəvanın hərbi-siyasi və hərbi-texniki baxımdan Rusiyadan asılılığını azaltmaq istəyi ilə bağlıdır. “İrəvan və Moskva arasında müəyyən diplomatik höcətləşmə gedir, problemlər çoxalır. Bu, heç də yaxşı nəticələrə gətirib çıxarmayacaq. Yaxın müddətli perspektivdə Rusiya ilə Ermənistan arasında münasibətlər postsovet dövründə olduğundan da aşağı səviyyədə olacaq. Onların münasibəti hələ indiki qədər bərbad olmayıb, ancaq bu münasibətlər hələ də mümkün ola bilər” - deyə ekspert əlavə edib.

Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov bildirib ki, Brüssel görüşünün iştirakçıları açıq şəkildə bir-birilərini aldatmağa çalışırlar. “Ermənistan Aİ, ABŞ və NATO-nun Azərbaycan əleyhinə dəstəyini əldə etmək niyyətindədir. Onun buna nail olmaq üçün Rusiya ilə münasibətləri pozmaqdan başqa çarəsi yoxdur. ABŞ və Aİ Rusiyanı Ermənistandan və ümumiyyətlə, Cənubi Qafqazdan qovmaq və regionda dominant qüvvə olmaq istəyir”, - deyə Sergey Markov vurğulayıb.




Baxış sayı: 120
“Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Bu gün, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30