FACT-INFO.AZ » İQTİSADİYYAT » Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb
29-03-2024, 09:00 | İQTİSADİYYAT
Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva bu ölkənin nüfuzlu siyasi ali tədris mərkəzi “Science Po” Universitetində “Junior Diplomatic İnitiative” tərəfindən təşkil olunmuş “Rəqabət və kövrəklik arasında diplomatiya; Enerji diplomatiyası: problemlər, tendensiyalar və enerjinin gələcəyi” adlı konfransda çıxış edib.

Fact-info.az  xəbər verir ki, səfir L.Abdullayeva konfransda Azərbaycanın enerji siyasətindən və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyindən danışıb. Bildirib ki, Azərbaycanın adı neftlə sıx bağlı olmasına baxmayaraq, ölkəmiz regionda yaşıl enerjiyə keçidə hədəflənən qabaqcıl yanaşmaların tətbiqi üzrə liderdir və iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə verir. Azərbaycan böyük bərpaolunan enerji potensialına malikdir və hazırda alternativ enerjiyə uğurla keçid edən ölkə nümunəsidir.

Şaxələndirilmiş enerji balansı və tədarük bazarları hesabına Azərbaycanın dayanıqlı enerji müstəqilliyi ilə seçildiyini qeyd edən səfir ölkəmizin neft-qaz və elektrik enerjisi üzrə təchizatçı rolunu bərpaolunan enerjinin ixracı ilə genişləndirməyi planlaşdırdığını diqqətə çatdırıb. O, Azərbaycanın Avropa üçün yaşıl enerji üzrə də yeni təchizat mənbəyi olması və enerji təchizatının diversifikasiyasına daha çox töhfə verə bilməsi imkanlarından söz açıb. Bu məqsədlə bərpaolunan enerji mənbələrindən elektrik enerjisinin istehsalı və ixracı ilə bağlı həyata keçirilən və planlaşdırılan layihələr barədə məlumat verən səfir Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə böyük töhfələr verdiyini və verməkdə davam etdiyini vurğulayıb.

COP29-un bu il Azərbaycanda keçiriləcəyini deyən səfir qeyd edib ki, bu qlobal konfransa ev sahibliyi ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamıdır. Bu missiyaya uyğun olaraq Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib: “Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Azərbaycan yaşıl enerji iqtisadiyyatına verdiyi önəmi əməli fəaliyyətlərlə də sübut edir. Belə ki, Azərbaycan 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib. Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensialı olan ölkələrdəndir”.

Səfir L.Abdullayeva müstəqilliyini bərpa etdikdən sonra torpaqlarının işğal edilməsi ilə çətin iqtisadi vəziyyətdə olan Azərbaycanın Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti ilə yenidən dirçəldiyini, ölkədə “Əsrin Müqaviləsi”nin imzalanması ilə milli strateji inkişaf konsepsiyasının təməlinin qoyulduğunu və ölkə iqtisadiyyatının sürətlə inkişaf etdiyini diqqətə çatdırıb. Bildirib ki, uğurlu siyasət sayəsində Azərbaycan qısa müddətdə donor ölkəyə çevrilib.

L.Abdullayeva Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyindən, bu sədrlik çərçivəsində həyata keçirdiyi fəaliyyətdən, COVID 19 pandemiyası zamanı Afrika ölkələrinə yardımından danışıb.

Konfransda digər natiqlərin çıxışından sonra tələbələrin sualları cavablandırılıb.




Baxış sayı: 100
“Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Bu gün, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30