FACT-INFO.AZ » CƏMİYYƏT » Terrorizmin qarşısının alınmasına dünyanın gələcək taleyi konteksində yanaşmaq lazımdır
27-03-2024, 11:30 | CƏMİYYƏT / SEÇİLMİŞLƏR
Terrorizmin qarşısının alınmasına dünyanın gələcək taleyi konteksində yanaşmaq lazımdır
Rusiyada “Crocus City Hall”da törədilən terror aktı bu mövzunu yenidən gündəmə gətirib. Hazırda bir çox dövlətlər belə qanlı hadisələrdən sonra təşviş içərisindədirlər. Əslində hər zaman terrorizm dünya üçün dəhşətli olub. Terrorizmin qarşısının alınmasına dünyanın gələcək taleyi konteksində yanaşmaq lazımdır. Baxmayaraq ki, bu gün heç bir ölkə terrordan sığortalanmayıb, ancaq təəssüflə qeyd etməliyik ki, terrora, separatizmə birbaşa və yaxud dolayısı ilə dəstək verən qüvvələr var.
Hazırda dünyanın xeyli hissəsi sabitlik və terror dilemması qarşısında qalıb desək yanılmarıq. Hətta bəzi qüvvələr siyasi və hegemon maraqları naminə yüzlərlə, minlərlə dinc insanın qətlinə bais olaraq bu cinayət prosesində yaxından iştirak edirlər.
Açı reallıqdır ki, terrorizmə fərqli münasibət olub. Vaxtılə işğal dövründə Qarabağda və ümumilikdə Ermənistanda, həmçinin Yaxın Şərqdə mövcud olan terror şəbəkələrinə münasibətdə ABŞ-la Rusiyanın mövqeyləri üs-üstə düşürdü. Hətta o zaman ABŞ Dağlıq Qarabağdakı separatçı rejimə dövlət yardımları ayırırdı. Həmin vəsaitlər humanitar dəstək adı altında terrorda birbaşa rolu və iştirakı olan rejim başçılarına çatdırılırdı.
Nəhayət Azərbaycan Ordusu 44 günlük müharibə nəticəsində böyük terror şəbəkəsinin belini qırdı. Bu qalibiyyət yalnız tarixi torpaqlarımızın azad olunması deyil, həmçinin kök salmış dünyanın bir çox ölkələrindən dəstək alan erməni terror şəbəkəsinin belinin qırılması deməkdir. Amma bu gün heç kim zəmanət verə bilməz ki, həmin şəbəkə yenidən ortalığa çıxmayacaq.
Taleyin hökmüdür, hansısa məntiqi proseslərin nəticəsidir onu demək çətindir. Amma bir zəruri məqam ortadadır ki, terrora bütün vasitələrlə dəstək olan supergüclər, ABŞ və Rusiya özləri müxtəlif zaman kəsiyində qanlı hadisələrin qurbanına çevriliblər. 2001-ci il 11 sentyabrda ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərində silsilə terror aktları, ötən həftə Rusiyada “Crocus City Hall”da törədilən qanlı hadisələr və digərləri bir daha sübut edir ki, heç bir ölkə terrorizmdən sığortalanmayıb. Terrorizmin və digər terrorçu qruplarında sonunu yaxınlaşdırmaq hələki real görünmür.
Bəs dünyanın belə çalxalanan vaxtında biz nə etməliyik?
Biz daha da güclü olmalıyıq. Təbliğatımızı daha innovativ üsullarla qurmalıyıq. Yalnız müəyyən dövr üçün deyil, hər zaman erməni məsələsini və ümumilikdə terrorizmi araşdıran, ermənişünaslıqla məşğul olan beyin mərkəzləri daha geniş fəaliyyət göstərməlidir. Aparılan çox məntiqli tədqiqatlar vasitəsilə informasiya müharibəsində yardımçı olmalıyıq. Bu başqa və geniş bir mövzu olsa da onu qeyd etmək istərdim ki, əhalinin rifah halının yüksəlməsi, idarəetmə sisteminin modenləşməsi üçün ölkə daxilində fundamental islahatlar start götürməlidir.
Əkrəm Bəydəmirli



Baxış sayı: 480
Göyçə aşıq məktəbinin istedadlı davamçısı: Aşıq Rəfiqə Göyçəli Dünən, 20:30 Beynəlxalq Qafqaz Konqresinin iştirakçıları İğdır Azərbaycan Evini ziyarət ediblər Dünən, 17:30 Ermənistanın konstitusiya riskləri Dünən, 17:00 Maka Boçorişvili: Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır Dünən, 16:30 “İpək irsimiz – Kəlağayı”: Azərbaycan Kəlağayısı Gününə həsr olunan tədbir Dünən, 16:00 Uzbekistan to welcome Azerbaijan Culture Days once again Dünən, 14:30 Ukraynanın F-16 təyyarələrinin texniki xidmət xərclərini Avropa ölkələri ödəyəcək Dünən, 13:00 Bu gün Azərbaycan Kəlağayısı Günüdür Dünən, 11:00 Pərviz Şahbazov: Zəngəzur dəhlizi Şərqlə Qərb arasında yeni marşrut açacaq Dünən, 11:00 Kəlbəcərdə sərgilər təşkil olunub Dünən, 10:00 Azərbaycan-Özbəkistan əməkdaşlığında təmiz enerjiyə keçid xüsusi əhəmiyyət daşıyır 25-11-2026, 21:00 Ermənistanın yeni Konstitusiyası, Azərbaycanla sülh və Türkiyə-Ermənistan münasibətləri: Cənubi Qafqazda yeni mərhələ 25-11-2026, 18:30 Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations 25-11-2026, 17:30 Kəlbəcərə köçürülmüş sakinlərdən 267 şəxs məşğulluq tədbirlərinə cəlb edilib 25-11-2026, 17:30 Tənzilə Narbayeva: Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı hədəfləyir 25-11-2026, 13:30 Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub 25-11-2026, 11:30 İtaliyada “Azərbaycanın harmoniyası: Şərq ilə Qərb arasında” adlı konsert olub 25-11-2026, 10:00 Kəlbəcərin işğaldan azad edilməsindən 6 il ötür 25-11-2026, 09:30 Bakıda memarlıq sahəsində rəqəmsal erqonomik sistemin təqdimatı olub 25-11-2026, 08:30 Maka Boçorişvili: "Gürcüstanla Azərbaycan delimitasiya prosesində irəliləyişin əldə olunması üçün səylərini davam etdirir" 25-11-2026, 08:00 Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır 24-11-2026, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir 24-11-2026, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək 24-11-2026, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” 24-11-2026, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil 24-11-2026, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib 24-11-2026, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib 24-11-2026, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib 24-11-2026, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik 24-11-2026, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM 24-11-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30