FACT-INFO.AZ » AKTUAL » Professor Məhbubə Vəliyeva: “Azərbaycanın əczaçı alimləri çox ciddi yeniliklər tətbiq ediblər” ”
13-03-2024, 14:30 | AKTUAL
Professor Məhbubə Vəliyeva: “Azərbaycanın əczaçı alimləri çox ciddi yeniliklər tətbiq ediblər” ”

Əczaçılıq sahəsinin formalaşması, mövcud dünya standartlarına uyğun inkişafı və bu sahədə tədrisin davamlı təşkili hər bir ölkə üçün əhəmiyyətlidir. Ölkəmizdə əczaçılıq təhsilinin  inkişaf mərhələləri haqqında Azərbaycanın ilk qadın əczaçılıq elmləri doktoru, Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin “Əczaçılıq texnologiyası və idarəçiliyi” kafedrasının müdiri, professor Məhbubə Vəliyeva Fact-info.az-a  fikirlərini açıqlayıb.

 -Azad, müstəqil Azərbaycan Respublikasında son illərdə sosial-iqtisadi proseslərin dinamik inkişafı, bazar münasibətləri şəraitində əczaçılığın yeniləşmədə olan rolu, funksiyası əsaslı şəkildə dəyişmiş, fəaliyyət dairəsi genişlənmişdir. Əczaçılıq müəssisələri, firmaları, dərman vasitələrinin topdan və pərakəndə satış mərkəzləri, əczaçılıq sənayelərinin sürətlə inkişafı sözsüz ki, əczaçılıq təhsilinin müasir inkişafını tələb edir. Təbii ki, bu baxımdan  təhsil çox vacib və gərəklidir. Təhsil elmsiz, elm təhsilsiz inkişaf edə bilməz. Əczaçılıq– tibbin ən vacib sahəsi olub. Dərman vasitələrinin axtarışı, emalı, hazırlanması, istehsalı, sertifikatlaşması, saxlanması, satışı ilə formalaşır, mövcüd dünya standartlarına uyğun inkişaf edir. Azərbaycanda müasir səviyyədə tədrisin, elmin təşkili bizim ölkə üçün çox əhəmiyyətlidir. 

Əczaçılar əvvəlcədən düşünən, tədbir görən mütəxəssislər olub, Xəstələrin profilaktikası və müalicəsi üçün müxtəlif əczaçılıq məhsulları yaratmalıdırlar. Əgər hər hansı xəstəliklərin müalicəsinə aid dərman vasitəsi yaradılmayıbsa, deməli, o xəstəliyin müalicəsi də tam ola bilməz.

Əczaçılıq sektorunun inkişafı strateji, sosial və iqtisadi əhəmiyyət kəsb edir. Ona görə, dövlətimizin ən mühüm prioritetləridən biri də ölkəmizdə əczaçılıq sektorunun strateji inkişafına aid siyasətini uğurla həll edib, əhalimizi fasiləsiz olaraq səmərəli, keyfiyyətli və təhlükəsiz dərmanlarla təmin etməkdən ibarətdir.

 - Məhbubə xanım, bu proses necə gerçəkləşir?

 -Müasir dövrümüzdə Azərbaycanın uğurlu inkişafı təmin olunur. Ölkələrarasında duran bütün əsas vəzifələr uğurla icra edilir. 2023-cü ilin əvvəlində Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin əczaçılıq sektorunun dayanıqlı inkişafına aid sərəncamı: əczaçılıqda təhsilin, elmin inkişafı, dərmanların satışı və əczaçılıq sənayelərin yaradılamsı vahid bir proqram kimi bütün əczaçıların qarşısına dayanıb.

 -Əczaçılıq sahəsində, dərman istehsalında bu inkişaf tendensiyası necə reallaşır?

-Ölkəmiz  müstəqillik qazandıqdan sonra əczaçılıq sənayesinin sürətlə inkişafi istiqamətində işlər davam edir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Pirallahı Sənaye Parkı”nın yaradılması haqqında xüsusi sərəncamından sonra bir neçə əczaçılıq sənaye sahələri yaradıldı və  bu proses davam etməkdədir. Sevindirici haldır ki, bizim bir patent əsasında “Biyan” Milli sənaye parkı Ağdaş rayonunda yaranmışdır. Daha sonra “Biyan Products” MMC nəzdində Ağdaş rayonunun 1039 hektar torpaq sahəsində “Biyan Sənaye Parkı” yaradıldı. 1000 ha sahədə biyanm əkini və tədarükü, 11 ha sənaye kompleksi: “Biyan Tədarükü zavodu”; “Biyan Emalı zavodu”; “Bitki Ekstraktlan və Müalicəvi şərbətlər zavodu” birgə fəaliyyətə başladı. Bu sənayedə ölkəmizin milli sərvəti hesab edilən dərman bitki xammalından hamar və ya tüksüz biyan - Glycyirrhiza glabra əsasında: xırdalanmış kök və kökümsovlar, biyanın qatı ekstraktı, biyan və müxtəlif dərman bitkiləri əsasında müalicəvi şərbətlər istehsal olunur. Bunlarla yanaşı gələcəkdə 250 çeşiddə homeopatik vasitələr; 60 adda yeni patentiəşdirilmiş fıtopreparatlar, 24 çeşiddə müalicəvi-kosmetoloji vasitələr ölkəmizdə istehsalı olacaq və xarici ölkələrə ixrac olunacaq. 

 -Məhbubə xanım, əczaçılıq təhsilinin mövcud vəziyyəti haqqında nə deyə bilərsiniz?

 -Ötən əsrin əvvəllərində Azərbaycanda əczaçı demək olar ki, yox idi. Ölkəmizin çox dəyərli rəhbəri, tibb elmləri doktoru, professor Əziz Məmmədkərim oğlu Əliyev 1938-ci ildə Azərbaycanda Əczaçılıq İnstitutu yaratdı, həmin İnstitut 5 il fəaliyyət göstərdi, ilk ali təhsilli əczaçılar formalaşdırdı. 1942-ci ildə vətən müharibəsi ilə əlaqədar həmin institut bağlandı. Əczaçılıq institutu əczaçılıq fakültəsi kimi Azərbaycan tibb İnstitutuna daxil edildi. Sonra Azərbaycan Tibb İnstitutunun nəzdində əczaçılıq fakültəsi kimi qaldı. Əczaçılıq sahəsində tədris formalaşmamışdı. Hazırda Universitetimizin əczaçılıq fakültəsində 13 professor, 54 elmlər namizədi, dosent çalışır. Rəhbərlik etdiyim əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasında 2866 elmi məqalə və elmi tezis, 25 dərslik (dərs vəsaitləri) , 95 patent və ixtira, 28 səmərələşdirici təklifə şəhadətnamə, 30 texniki şərt, 12 farmakopeya məqaləsi, 28 tədris metodiki vəsait, 26 metodik göstəriş çap olunub. Kafedrada 42 fənndən dərs aparılır: 13 fənn bakalavr səviyyəsində tədris olunur, 29 fənn magistratura pilləsində iki ixtisas üzrə: ”Əczaçılıq texnologiyası”  və “Əczaçılığın təşkilində təhsil alan: I və II kurs magistrantlar üçündür. Bu fənnlərin əksəriyyəti ilk dəfədir ki, yaradılıb, Kafedrada yeni dərs proqramları, yeni dərsliklər, dərs vəsaitləri çapdan çıxıb. Bu da  müasir tələbata tam uyğundur. Üç dildə: Azərbaycan, rus, ingilis dilində tələbələrə tədris edilir. Mükəmməl əczaçılığın tədrisi, onların müasir elmi-əsaslı işlərin yerinə yetirilməsinə kömək edir. Kafedramızda  90-dan cox magistr, 40 namizdəlik, 4 doktorluq dissertasiyası yerinə yetirilb və  yetirlir. Mükəmməl təhsil bazamız var. Universitetimizin hörmətli rektoru, professor Gəray Gəraybəyli kafedramıza daim diqqət göstərir. Maddi-texniki bazamız mütəmadi  olaraq yenilənir. Bu da tədrisdə, elmdə öz əksini tapır. Yüzlərlə yetişdirdiyimiz tələbələr indi müxtəlif sahələrdə Azərbaycanın əczaçılıq sahəsində öz töhfələrini verirlər. Biz təhsilimizdə çox modern üsullarla çevik mexanizm tətbiq etmişik. Məhz bu mexanizmin tətbiqi nəticəsində keyfiyyətli təhsil tələbələrimizin peşəkarlığına stimul verir. Əczaçılıq fakültəsinin ixtisas kafedralarında çalışan professor-müəllim heyəti, yüksək ixtisaslı əczaçı kadrlar hazırlamaqla yanaşı, həmçinin elmi-pedaqoji kadrların hazırlanmasında da yaxından iştirak edirlər. ATU- nun əczaçılıq fakültəsinin elmi- pedaqoji potensialı və kafedraların son illərdə genişləndirilmiş maddi - texniki bazası imkan verir ki, diploma qədər və diplomdan sonrakı pillələrdə fasiləsiz əczaçılıq təhsili müasir tələblərə uyğun davam etdirilsin. Onu da qeyd edim ki, əczaçılıq fakültəsinə çox xarici ölkələrdən: Türkiyə, İran, İraq, Sudan və başqa ölkələrdən gələn tələbələr təhsil alır.  Onlara dərslər ingilis dilində aparılır və tələb olan dərs vəsaitləri ingilis dilində yenidən hazırlanır.

  -Tibb və əczaçılıq  elə bir sahədir ki, təcrid olunmuş vəziyyətdə inkişaf edə bilməz. Bu baxımdan beynəlxalq aləmlə əməkdaşlığınızı necə qurursunuz?

 -Azərbaycanın əczaçı alimləri çox ciddi yeniliklər tətbiq ediblər. Milli və beynəlxalq səviyyədə 90-dan çox patent almışıq. Hətta alimlərimiz və tələbələrimiz xarici ölkələrdə mükafatlanıb, medallar, ordenlər ölkəmizə gətirib. Biz çox sayda əczaçılıq məhsulları: dərman preparatları, müalicəvi-kosmetoloji vasitələr, yeyintilərə əlavələr, homeopatik yaradıb milli əczaçılıq sənayelərinə tətbiq etmək üçün tövsiyə edirik. Bu yeniliklər bir çox faktorlarla bərabər dünya ilə sıx inteqrasiya şəklində mümkün olmuşdur. Dünyanın çox tanınmış tibb ocaqları, əczaçılıqla məşğul olan elmi tədqiqat mərkəzləri ilə əməkdaşlığımız çox genişdir. Qarşılıqlı təcrübəni bölüşmək və həmçinin yeniliklərlə tanış olmaq üçün mütəmadi olaraq beynəlxalq tədbirlərdə biz iştirak edirik. Belə əməkdaşlıq bizim fəaliyyətimizə çox müsbət təsir göstərir. Ali əczaçılıq təhsilinin yeni istiqamətdə inkişaf edib formalaşmasında, həmçinin  beynəlxalq miqyasda əlaqələrin inkişafında mühüm rol oynamaqdadır. Son illərdə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), UNESKO, Beynəlxalq Əczaçılıq Federasiyası (BƏF)-İnternathional Pharmaceutical Federation, Federation İntemathionale  Pharmaceutique (FİP) kimi qurumlarla olan əlaqələr, əczaçılıq təhsilinin inkişafına mühüm təsir göstərmişdir. Hazırda dünyada tibb elmində, bir çox sahələrdə olduğu kimi, əczaçılıqda da sürətli yeniliklər baş verir. Təbii ki, bizim hədəfimizdə o durur ki, həm əczaçılıq təhsilinin inkişafına, bu sahədə elmi tədqiqatlara, həm də əczaçılıq sənayesinin formalaşmasına öz töhfəmizi verək. Əczaçılıq sahəsində peşəkar kadrların yetişməsi, maddi-texniki bazanın yetərli şəkildə təminatı bir çox sahələrin inkişafına təkan verəcək.

 Fact-info.az




Baxış sayı: 4 800
Dünya bəzi xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır Bu gün, 10:30 İşğaldan azad olunmuş bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur Bu gün, 10:00 İşğaldan azad olunmuş bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur Bu gün, 10:00 ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir Bu gün, 09:30 Netanyahu: İsrail Trampın Qəzza ilə bağlı 15 bəndlik planını rədd edir Bu gün, 08:00 Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir Dünən, 11:00 Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu Dünən, 10:30 Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb Dünən, 07:30 "Azərbaycan və Ermənistan bir il ərzində sülh yolunda qətiyyətli addımlar atıblar" - Fransa XİN 8-08-2026, 15:30 Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib 8-08-2026, 14:00 “Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik” - XİN 8-08-2026, 10:30 Media və Yayım Şurası yaradılıb 8-08-2026, 08:30 Kiberpolis xarici saytlara hücumlar təşkil edən şəxsləri saxlayıb 7-08-2026, 21:00 Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar 7-08-2026, 19:30 Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib 7-08-2026, 18:30 Xalq rəssamı Toğrul Nərimanbəyovun anadan olmasından 96 il ötdü 7-08-2026, 18:30 Azad edilmiş ərazilərdə aqropark layihələrinin təqdimatı baş tutub 7-08-2026, 14:30 ADPU-da 600 bal və yuxarı nəticə göstərən ilk 10 tələbəyə “Uğur” təqaüdü veriləcək 7-08-2026, 12:00 ABŞ-ın İrana qarşı hərbi əməliyyatı tezliklə başa çatacaq - Tramp 7-08-2026, 09:30 İxtisas seçimi ilə bağlı abituriyentlərə müraciət edilib 7-08-2026, 09:30 Bütün ermənilərin katolikosu hakim qarşısında 7-08-2026, 08:30 Ceyhun Bayramov: Zelenski Ukraynaya göstərdiyi humanitar yardımla bağlı Prezident İlham Əliyevə təşəkkür edib 6-08-2026, 19:30 Cevdet Yılmaz: Məqsədimiz Türkiyəni müdafiə sənayesi məhsullarının ixracına görə ilk onluğa çıxarmaqdır 6-08-2026, 19:30 Andrey Sibiqa: Azərbaycan enerji təhlükəsizliyi nöqteyi-nəzərindən bütün Avropa üçün strateji əhəmiyyətə malikdir 6-08-2026, 17:00 Xəzər dənizinin dibi ilə Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin çəkilişi başa çatıb 6-08-2026, 16:30 “IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi işıq üzü görüb 6-08-2026, 16:30 Sibiqa və Bayramov Cənubi Qafqazı, Ukrayna üzrə sülh prosesini müzakirə ediblər 6-08-2026, 13:30 "Qərbi Azərbaycanın repressiya tarixi ilə bağlı effektli müzakirələr apardıq" 6-08-2026, 13:30 Məsud Pezeşkian: Əgər İran indiyə qədər ayaqda qala bilibsə, buna görə xalqa borcludur 6-08-2026, 10:30 Xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb 6-08-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31