FACT-INFO.AZ » XƏBƏR » "İndiki halda Ermənistan, Fransa, Yunanıstan və Hindistanın birgə hərbi blok yaratması real deyil" - Gürcü politoloq
9-03-2024, 09:00 | XƏBƏR
"İndiki halda Ermənistan, Fransa, Yunanıstan və Hindistanın birgə hərbi blok yaratması real deyil" - Gürcü politoloq

"Yunanıstan xarici işlər nazirinin Ermənistana səfərindən sonra səsləndirilən fikirlər bir daha onu göstərir ki, Ermənistan İkinci Qarabağ müharibəsi zamanı itirdiyi hərbi potensialını bərpa etmək niyyətindədir. Təbii ki, bu bir tərəfdən baxanda anlaşılandır, yəni Ermənistan ölkə olaraq nəsə etməyə çalışır. Amma diqqətlə məsələni analiz edəndə görünür ki, o, burada hərbi blok yaratmaq niyyətindədir".

Fact-info.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstan Strateji Planlaşdırma Mərkəzinin rəhbəri, politoloq Levan Mamaladze söyləyib.

O bildirib ki, indiki zamanda Ermənistan, Fransa, Yunanıstan və Hindistan kimi ölkələrin bu layihəni reallaşdırması mümkün deyil. Çünki Yunanıstan NATO-nun üzvü, Hindistan isə Rusiyanın hərbi müttəfiqidir. Əgər yeni yaradılacaq hərbi əməkdaşlıqda Rusiya əleyhinə və Azərbaycan əleyhinə gücün tətbiqi məsələsi düşünülürsə, bu məsələdə heç bir perspektiv olmayacaq. İndiyədək Ermənistan Qarabağ məsələsində heç bir uğura imza atmayıb. Ərazilərin işğalda olduğu zamanda həmin torpaqlarda heç bir iş görməyib. Azərbaycan torpaqlarını işğaldan azad etdi və həmin ərazilərdə indi sürətli bərpa-quruculuq işləri həyata keçirilir.

Azərbaycan torpaqlarının işğalı zamanı Qərb dövlətləri prosesə müdaxilə edə bilmədi və ya etmədi. İndi isə işğaldan azad olunan ərazilər inkişaf etməyə başlayıb. Azərbaycanın iqtisadi potensialının artdığını həzm edə bilməyən Qərb müxtəlif yollarla regionda söz sahibi olmağa çalışır, hərbi münaqişə yaradaraq dəhlizə nəzarət imkanı qazanmaq istəyir.

Onun sözlərinə görə, böyük ölkələr anlamalıdırlar ki, Qarabağ məsələsi öz həllini tapıb və artıq burada heç bir münaqişə yaradıla bilməz.

Təəssüf ki, indi Ermənistan hansısa addımlarla həm də Rusiyaya meydan oxumaq istəyir. Amma Rusiya da çox gözəl anlayır ki, Ermənistanın bütün iqtisadiyyatı onların əlindədir və istədiyi zaman onları məhv edə bilər. Ona görə də düşünürəm ki, Ermənistanın bu addımı sadəcə diqqət çəkmək üçündür. Çünki dünya siyasi xəritəsinə də baxanda ölkələrin yerləşdiyi coğrafiyanı aydın görmək mümkündür. Ona görə də hesab edirəm ki, bu, sadəcə gülməlidir.

Politoloq deyir ki, Ermənistan rəhbərliyi sadəcə anlamalıdır onların tək çıxış yolu Azərbaycanın təklifləri ilə razılaşmaqdır. Bu da təbii ki, sülh müqaviləsinə imza atmaqdan keçir. Ermənistan sülh müqaviləsinə imza atmalıdır. Bununla da regionun inkişafında hər 3 ölkə birgə iştirak edib orta dəhliz vasitəsilə iqtisadiyyatlarını inkişaf etdirə biləcəklər.

“Maraq doğuran digər məsələ Fransadır. Fransa ABŞ-ın pərdəarxası dəstəyi ilə regionda sülhün olmaması üçün çalışır. Çünki onlar anlayırlar ki, sülh müqaviləsi imzalansa artıq əsrlər boyu bizim xalqlarımız arasında nifaq yarada bilməyəcəklər. Fransanın da bu cəhdi uğursuz olacaq”, – deyə L.Mamaladze vurğulayıb.




Baxış sayı: 105
Ürək sağlamlığı diqqət mərkəzində Bu gün, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Bu gün, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30