FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Qarabağ xanlığı haqqında kitab xarici auditoriya təqdim edilib
7-03-2024, 09:30 | MƏDƏNİYYƏT
Qarabağ xanlığı haqqında kitab xarici auditoriya təqdim edilib

Əmman şəhərində yerləşən İordaniya Muzeyində Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı səfirliyi, sözügedən muzeyin, Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının (ABİA) təşkilatçılığı və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin dəstəyi ilə çap edilmiş “Qarabağ xanlığı: tarixi və mədəni kimlik” adlı albom-kitabın təqdimatı olub.

Səfirlikdən  Fact-info.az-a bildirilib ki, Azərbaycanın İordaniyadakı səfirliyi, İordaniya Muzeyinin və Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının (ABİA) təşkilatçılığı ilə keçirilən mərasimdə açılış nitqi ilə çıxış edən İordaniya Muzeyinin baş direktoru İhab Amarin və Azərbaycanın bu ölkədəki səfiri Eldar Səlimov indiyə qədər ingilis, fransız və ispan dillərində işıq üzü görmüş nəşrin dünyanın bir sıra ölkələrinin ictimaiyyəti arasında Qafqazın mədəni mərkəzlərindən biri olan Şuşa və bütün Qarabağ bölgəsində qədim tarixə malik Azərbaycanın mədəni irsi haqqında geniş məlumatın, təsəvvürlərin formalaşmasında əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb. Səfir Eldar Səlimov kitaba daxil edilən materialların Gürcüstan Milli Muzeyinin arxivlərində 100 ildən artıq qapalı saxlandığını, yalnız bir neçə il əvvəl Heydər Əliyev Fondunun təşəbbüsü ilə aşkarlandığını, bu materialların Qarabağın məhz Azərbaycan mədəni kimliyinə aid olduğunu sübuta yetirdiyini vurğulayıb.

Albomu təqdim edən nəşrin elmi redaktoru, ABİA-nın İdarə Heyətinin sədri Elçin Əsgərov, İordaniya Universitetinin professoru, tarixçi Məhəmməd Vahib, yazıçı və tarixçi Məhəmməd İsa Əl Udvan çıxışlarında alban mədəniyyətinə aid mədəni artefaktların süni şəkildə erməniləşdirilməsindən, Rusiya imperiyası dövründə toplanmış və bu gün Gürcüstanda qorunan etnoqrafik materialların Qarabağın Azərbaycan milli mədəniyyətinin mühüm mərkəzlərindən biri olduğunu göstərdiyini xüsusi vurğulayıblar.

ABİA-nın sədri Elçin Əsgərov 1828-ci ildə Azərbaycanın Rusiya və İran arasında bölünməsindən sonra Qarabağ ərazisinə ermənilərin kütləvi şəkildə köçürülməsindən bəhs edib. O, çıxışında deyib: “Kitaba arxivlərdən tapılmış minlərlə yeni material təkcə Qarabağ regionunda Azərbaycan dövlətçiliyinin qədim dövlətçilik tarixini tərənnüm etmir. Kitabda təqdim olunan sübutlar digər Azərbaycan ərazilərində olduğu kimi Qarabağ xanlığında da İslam məzhəblərinin, eləcə də müxtəlif dinlərin nümayəndələrinin sülh və hörmət içində yaşadığını bariz şəkildə nümayiş etdirir. Bunun dərin kökləri Azərbaycanda İslam dininin təfəkkür və sevgi fəlsəfəsi ilə həmahəng inkişafı ilə bağlıdır. Eyni zamanda, bu materiallar bu gün Azərbaycandakı məzhəblər, dinlər və mədəniyyətlərarası tolerantlıq və qarşılıqlı hörmətin Azərbaycan xalqına xas dəyər olduğunu nümayiş etdirir. Bu, bugünkü dünya, xüsusilə İslam aləmi üçün tədqiq olunası unikal model və dəyərdir”.

E.Əsgərov, həmçinin 30 ilə yaxın davam edən erməni işğalı dövründə Qarabağ ərazisində Ermənistan tərəfindən Azərbaycan mədəni və dini irsinin məhv edildiyini, gürcü alimləri tərəfindən Qarabağ xanlığı irsinin dərindən tədqiqinin Qarabağda tarix boyu aparıcı mədəni və siyasi kimliyin məhz Azərbaycan mədəniyyətinə və milli kimliyinə aid olduğunu aşkarlaması haqqında konfrans iştirakçılarını məlumatlandırıb.

Tədbirin sonunda “Qarabağ xanlığı tarixi və mədəni kimlik” kitabı tədbir iştirakçılarına hədiyyə edilib, eləcə də “Qarabağın inciləri” adlı fotosərginin açılışı elan olunub.

Fotosərgidə Gürcüstan Milli Muzeyinin kolleksiyalarında qorunan, paytaxtı Şuşa şəhəri olan muxtar Azərbaycan dövlətinin Qarabağ xanlığına (1747-1822) aid artefaktların rəsmləri nümayiş etdirilib.




Baxış sayı: 110
Ürək sağlamlığı diqqət mərkəzində Bu gün, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Bu gün, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30