FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Türklər üçün ortaq dil necə formalaşa bilər?
4-01-2017, 22:45 | MƏDƏNİYYƏT
Türklər üçün ortaq dil necə formalaşa bilər?

Türk dünyasının dildə, fikirdə, əməldə birliyinin təmin edilməsi zərurətini dilə gətirən İsmayıl bəy Qaspiralı ideyalarının gerçəkləşməsi üçün türkdilli cümhuriyyətlər arasında elmi, mədəni, siyasi və iqtisadi əlaqələrin inkişaf etdiyi bir dövrdə bu ideyaların gerçəkləşdirilməsi üçün olduqca əlverişli şərait yaranıb.
Sovet İttifaqının dağılmasından sonra İttifaqın tərkibindən çıxan on beş respublika ayrı-ayrı müstəqil dövlət olaraq dünya elmində, siyasətində öz yerini aldı. Rusiya Federasiyası da daxil olmaqla, yeni yaranmış respublikalar təhsildə, elmdə, incəsənətdə, iqtisadiyyatda, ümumiyyətlə, bir şox sahələrdə ümumdünya proseslərə inteqrasiya etməyə başladılar. Bu proseslər türksoylu xalqlar üçün yeni imkanların və əlaqələrin yaranmasına səbəb oldu. Ölkələr arasında elm, təhsil, iqtisadi əlaqələr sürətli inkişaf yoluna çıxdı. Belə ki, türk dünyasının mədəniyyət nazirlərinin, incəsənət xadimlərinin, elm adamlarının və tədqiqatçıların, univerisitet rektorlarının iştirakı ilə  müxtəlif mövzularda mütəmadi olaraq konfranslar, simpoziumlar təşkil edildi. Bu tədbirlərdə gündəmdə olan əsas məsələ türk xalqlarının danışdığı ortaq ünsiyyət dili ilə bağlıdır. Lakin yüksək səviyyədə təşkil edilmiş tədbirlərdə iştirakçıların eyni tarixi məcrada formalaşan dilin fərqli dialektlərində ünsiyyət qurması bəzi hallarda  müəyyən çətinliklərə və anlaşılmazlıqlara səbəb olur. Natiqlərin çıxışlarının əksəriyyəti rahat başa düşülsə də, diqqətlə nəzər yetirdikdə bəzi kəlmələrin planlı olaraq fərqli dialektlərə transformasiyası müşahidə edilib. Keçirilən konfranslarda türkdilli xalqlar arasında vahid əlifbanın, ortaq ünsiyyət dilinin yaradılması mövzuları hər zaman müzakirə obyekti olub.
Bu gün türk xalqları arasında iqtisadi, mədəni və siyasi əlaqələr gündən-günə daha da yüksək səviyyəyə çatır. Xüsusi olaraq, vurğulamaq lazımdır ki, bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün türk xalqları arasında əlçatan və səmərəli ünsiyyət vasitəsinin yaradılaraq tətbiq edilməsi olduqca zəruridir ki, bu da öz növbəsində, türkdilli dövlətlərin və cəmiyyətlərin bir-birinə daha da yaxınlaşmasına səbəb olacaq.
Ortaq ünsiyyət dilinin formalaşdırılması bütün türk xalqları üçün anlaşılan vahid dil vasitəsinin tətbiqi yolu ilə təmin edilə bilər. Eyni dildə danışan insanlar ünsiyyəti, təbii ki, öz ana dilində qururlar. Ana dilləri fərqli olan və bunun nəticəsi olaraq ana dillərində bir-birlərini başa düşməyən insanlar isə ancaq bildikləri ortaq bir xarici dildə ünsiyyət qurmaq məcburiyyəti qarşısında qalırlar. Türksoylu xalqların dialektlərinin bir hissəsi bir-birinə çox yaxındır - Türkiyə türkcəsi Azərbaycan türkcəsinə, qazax türkcəsi qırğız türkcəsinə, özbək türkcəsi uyğur türkcəsinə yaxındır. Lakin Türkiyə türkcəsində qazax, türkmən, altaylı və digər türkdilli xalqların bir-birlərini başa düşməsi heç də asan deyil.

Yazı birliyinin, yəni əlifba birliyinin təmin edilməsi çox böyük əhəmiyyət kəsb edir. Məhz bu baxımdan da türkdilli xalqlar arasında ümumi ünsiyyət dilinin formalaşdırılması üçün yerinə yetirilməli olan zəruri tədbirlərə aşağıdakıları aid etmək olar: Türkdilli xalqlar arasında ortaq ünsiyyət dilini yaratmaq üçün ilk öncə ortaq əlifba (latın əlifbası əsasında) hazırlanmalıdır. Ortaq əlifbada bütün türkdilli ölkələrin dillərindəki oxşar əlifba xüsusiyyətləri nəzərə alınmalıdır; Türk dünyasının ortaq ədəbiyyatının şah əsərləri, dastanlar, nağıllar, laylalar, atalar sözləri hər bir türkdilli ölkədə, qəbul olunacaq ortaq əlifba ilə nəşr olunmalıdır. Bu ədəbi əsərlərin bütün türk dünyasının ortaq dəyərləri təsiri bağışlamalıdır; Türkdilli ölkələrdə türk dünyası ilə bağlı ədəbiyyat əsərləri məktəblərdə tədris edilməli və dərsiliklərdə hər bir türk ləhcəsindən mətn parçaları verilməli həmin dildəki əsərlərdən hissə-hissə materiallar lüğət tərkibi ilə birlikdə verilməlidir; Türk dünyası şair və yazıçılarının əsərləri digər dillərdə də çap olunmalıdır. 
Bu əsərlərin hamısı ortaq türk əlifbası ilə nəşr olunmalı, səhifənin bir tərəfində mətn, qarşısında isə lüğəti verilməlidir; Türk cümhuriyyətlərinin radio və televiziya verilişlərinin türk xalqları tərəfindən izlənilməsi təmin edilməlidir. Verilişlər türk dilində aparılmalı, televiziyalarda türk xalqlarının filmləri efirə xüsusi şəkildə verilməli, altdan titrlərlə həmin ölkənin dialektində verilməlidir. Türk dünyasındakı mədəniyyət və incəsənət əlaqələri qarşılıqlı inkişaf etdirilməli və daha da genişləndirilməlidir. Musiqi, kino, teatr kimi incəsənət sahələrində əlaqələrin inkişaf etdirilməsi də ortaq ünsiyyət dilinin təkamülünə təkan verən amillərdən sayıla bilər. Türk dilləri üçün gündəlik istifadə üçün danışıq kitabçaları hazırlanmalıdır. Burada istifadə ediləcək cümlələrdə ortaq sözlərə üstünlük verilməlidir. Bir dil üçün xüsusi ifadə yerinə, hər dildə rahat başa düşüləcək sözlər seçilməlidir. Türk xalqları bir-birləri ilə ünsiyyətlərində öz dillərindən başqa bir dili ümumi ünsiyyət dili olaraq seçməməlidir. Xalqlar arasındakı ünsiyyətdə rus və ingilis dili kimi xarici dillərdən istifadə edilməsi ortaq ünsiyyət dilinin və ortaq yazı dilinin yaradılmasını gecikdirməklə yanaşı hətta bunu əngəlləyir.
Türk xalqları arasında ünsiyyəti gücləndirəcək və inkişaf etdirəcək bir başqa ünsür isə internetdir. Türk xalqlarının məlumat əldə etməsi üçün ortaq əlifbanın tətbiq edilməsi ən qısa zamanda başlanmalıdır. İnternetdə türk xalqları bir-biriləri ana dillərində məlumat əldə etmək və internetdən istifadə etmək üçün ortaq internet terminləri hazırlanmalı və tərtib edilməlidir. Ortaq ünsiyyət dilinin formalaşdırılması üçün dil, ədəbiyyat, folklor, tarix, etnoqrafiya, incəsənət və bu kimi sahələri əhatə edəcək simpozium və qurultaylar davamlı olaraq keçirilməlidir. Bu qurultaylar və simpozium hər il davamlı olaraq türkdilli cümhuriyyətlərin birində təşkil olunmalıdır. Bu yığıncaqlarda ortaq ünsiyyət dilinin yaradılması şərtləri nəzərə alınmalı, bu istiqamətdə həyata keçiriləcək konkret tədbirlər planı hazırlanıb müzakirə olunmalıdır.
Yuxarıda qeyd olunan məsələlərin türk dünyası üçün böyük əhəmiyyətini nəzərə alaraq, bu sahədə işlərin sürətləndirilməsi olduqca zəruridir ki, burada da aidiyyəti sahədə mütəxəssislərin birgə və ya fərdi fəaliyyətləri ilə yanaşı, hər türkdilli dövlətdə hökumət səviyyəsində inzibati-institusional və təşkilati-idarəçilik dəstəyinin göstərilməsi təmin edilməlidir. Türkdilli xalqlar arasında vahid ünsiyyət dilinin yaradılması və türkdilli xalqların mənşə (tarixi formalaşma) prinsipinə əsasən inteqrasiyası ilə bağlı qərarlar hökumətlər səviyyəsində qəbul edildiyi halda, bu cür dəstəyin göstərilməsi labüddür və gözləniləndir.
Həyata keçiriləcək bu işlərlə ortaq ünsiyyət dilinin formalaşdırılması təmin ediləcək və Ortaq Ünsiyyət Dili-Ortaq Türk yazı dilinin bünövrəsi qoyulacaq.
Elçin İBRAHİMOV
AMEA “Türkologiya” jurnalının Məsul katibi

 

 

 

 

 

 

 

 




Baxış sayı: 1 912
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib Dünən, 19:00 İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir Dünən, 18:00 Bu ölkədə müharibə məğlubiyyəti şiddətli qəzəb yaradır Dünən, 16:30 Leyla Aliyeva attends opening of exhibition of Azerbaijani carpets at Holy See Dünən, 16:30 Vətən və Qərbi Azərbaycan Dünən, 15:00 Seyid Yəhya Bakuvi irsinin davamı Dünən, 11:30 Azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması BMT çərçivəsində müzakirə olunub Dünən, 11:00 Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər Dünən, 09:30 İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb Dünən, 08:30 Üç Türk dövlətinin “Birliyin Gücü – 2026” hərbi təlimi Dünən, 08:30 Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir 28-09-2026, 21:00 Bir şəhidin xatirəsi 28-09-2026, 20:30 Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir 28-09-2026, 20:30 Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirili 28-09-2026, 19:30 Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb 28-09-2026, 19:00 Representatives of Albanian-Udi Christian Community in Azerbaijan visit Khudavang Monastery Complex 28-09-2026, 17:30 Dünya mediası Bakıda keçirilən Beynəlxalq İnvestisiya Forumundan yazıb 28-09-2026, 10:30 Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib 28-09-2026, 09:30 Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib 28-09-2026, 09:30 Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq 28-09-2026, 08:00 İmarət Cəlilqızı yazır: Sən güclüsən!..   27-09-2026, 11:30 Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib 27-09-2026, 11:00 Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb 27-09-2026, 10:30 Prezident və birinci xanım Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub 27-09-2026, 10:30 Xocalıda Anım Günü ilə bağlı ağacəkmə aksiyası təşkil olunub 26-09-2026, 17:30 Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib 26-09-2026, 17:00 Qaradağ rayonu ərazisində vulkan püskürməsi qeydə alınıb 26-09-2026, 09:30 Ərdoğan: Türkiyə regionda uzunmüddətli sabitliyin tərəfdarıdır 26-09-2026, 08:30 “Çal qılıncın, yetdim!.." 25-09-2026, 21:00 MN: Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri taktiki fəaliyyətləri yerinə yetirib 25-09-2026, 20:00
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930