FACT-INFO.AZ » İQTİSADİYYAT » Azərbaycan üçün ən vacib məsələlərdən biri texnoloji inkişafla bağlıdır
2-03-2024, 10:00 | İQTİSADİYYAT / AKTUAL
Azərbaycan üçün ən vacib məsələlərdən biri texnoloji inkişafla bağlıdır

Prezident İlham Əliyev fevralın 14-də andiçmə mərasimindəki nitqində Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli-ənənəvi dəyərlərə və ənənələrə sadiq olacağına, onları daim uca tutacağına and içərək ölkəmizin son 20 ildə həll etdiyi strateji problemlər, əldə edilmiş uğurlar haqqında ətraflı məlumat verdi. Dövlətimizin başçısı yeni dövrdə Azərbaycan xalqının strateji inkişaf istiqamətlərini, hədəflərini və vəzifələrini bəyan etdi. İstər öz xalqının, istərsə də Azərbaycanla əməkdaşlıq edən bütün dövlətlərin etimadını qazanan Prezident İlham Əliyev nitqində xalqımızın ictimai həyatının bütün sahələrini əhatə edən, xüsusilə də sosial-iqtisadi, siyasi, elmi-mədəni-mənəvi inkişafının hədəflərini çox aydın şəkildə səsləndirib. “İnkişaf əsas məqsədimizdir” devizini bəyan edən dövlətimizin başçısı heç kimdən geri qala bilməyəcəyimizi, dövlətimizə ziyan vurmaq üçün fürsət axtaran qüvvələrin olduğunu bəyan edib. Belə bir şəraitdə istər region ölkələri, istərsə də dünya ölkələri sırasında öz mövqelərini uğurla möhkəmləndirən Azərbaycan üçün ən vacib məsələlərdən biri texnoloji inkişafla bağlıdır.

Bu sözləriAzərbaycan Dövlət İqtisad Universiteti nəzdində fəaliyyət göstərən Rus İqtisad Məktəbinin direktoru, dosent Mənsur Bərxudarov deyib.

M.Bərxudarov Azərbaycanda texnoloji inkişafın həm sənaye, həm də hərbi sənaye kompleksi sahəsində müşahidə olunduğunu, bu sahələrin inkişafında üstünlüyün əldə edilməsinin strateji inkişaf kontekstində böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

“Hazırda texnoloji inkişafa dövlət tərəfindən dəstək verilir. Bu sahədə vacib məsələlərdən biri kadr hazırlığıdır. Bu gün texnoloji inkişaf, rəqəmsallaşma, kibertəhlükəsizlik, süni intellektin tətbiq edilməsi kimi yeni trendlər gündəlik həyatımızın tərkib hissəsinə çevrilib. Texnoloji inkişafda üstünlüyə nail olmaq üçün on minlərlə azərbaycanlı bu sahədə çalışmalıdır. Əks təqdirdə, geri qalmağımız labüddür. Dövlətimizin başçısı bütün qurumların və eyni zamanda, cəmiyyətin bunu bir vəzifə kimi bilməli olduğunu diqqətə çatdırıb. Dayanıqlı iqtisadi inkişafın təmin olunması rəqabətədavamlı milli iqtisadiyyatın formalaşması ilə birbaşa bağlıdır. Rəqabətədavamlı iqtisadiyyat innovasiyalara bağlı olduğu üçün ölkədə insan kapitalı potensialı artırılmalıdır. Məhz ona görə də Azərbaycanda son illərdə xeyli kadr potensialı formalaşıb. Lakin bu potensial daim artırılmalı və kadr hazırlığının keyfiyyəti diqqət mərkəzində saxlanılmalıdır”, - deyə Mənsur Bərxudarov vurğulayıb.

O, bildirib ki, Azərbaycanın xilaskarı, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu 20 ildir uğurla davam etdirərək respublikanı dayanıqlı inkişaf yoluna çıxartmış və yenidən 7 il müddətinə xalq tərəfindən Prezident seçilmiş İlham Əliyev andiçmə mərasimində söylədiyi nitqlə güclü, inkişaf etmiş Azərbaycanın modelinin bütün konturlarını öz millətinə çox aydın bir şəkildə göstərib və bütün bunlara nail olmaq üçün də iqtisadiyyatımızın inkişaf etməli olduğunu bəyan edib. Bu ilin yanvar ayının nəticələrinə əsasən ümumi daxili məhsulda (ÜDM) 5 faiz, qeyri-neft sektorunda isə 12 faizdən çox artım olub. Nəzərə alaq ki, 2003-cü ildə Azərbaycanın ümumi daxili məhsulu 7 milyard dollar idi, 2023-cü ilin yekunlarına görə isə bu rəqəm 72 milyard dollardır. Bu rəqəmlər son 20 il ərzində ölkə iqtisadiyyatının inkişafının əsas göstəriciləridir.

Bundan əlavə, ölkənin valyuta ehtiyatları 2003-cü ildə 1,6 milyard dollar idisə, bu gün artıq 69,5 milyard dollardır. Bunlar ölkənin iqtisadi və maliyyə müstəqilliyinə əsas verən amillərdir. Bu gün Azərbaycan müstəqil siyasət yürüdərək uğurla inkişaf edir və öz xarici siyasətini də buna uyğun şəkildə aparır.

M.Bərxudarov bu şərəfli yolda ən böyük məsuliyyətin elm və təhsil sahəsində çalışanların çiyinlərinə düşdüyünü qeyd edib.

“Bu gün innovasiyaların tətbiqinə əsaslanan rəqabətədavamlı iqtisadiyyatın təmin edilməsi üçün XXI əsrin elmində baş verən trendlər ciddi şəkildə araşdırılaraq həmin meyllərə uyğun çevik fəaliyyət göstərən adaptiv mexanizm təkmilləşməlidir. Hazırda dünyada baş verən ən yeni texnoloji yeniliklərin bazasında dövlətlərin neyroelmi tədqiqatlar sahəsində əldə etdikləri kəşflər və ixtiralar durur. Süni intellektin, nanotexnologiyaların və biotexnologiyaların istehsalda və ictimai həyatın bütün sahələrində tətbiq edilməsinin bazasının əsasında məhz sözügedən elmi tədqiqatlar sahəsində nail olunmuş uğurlar dayanır. Bu gün Amerika Birləşmiş Ştatlarında neyroelmi tədqiqatlar sahəsində 50 min, Çində 5 min, Rusiyada isə 500 adam çalışır. Ona görə də IV sənaye inqilabı adlandırılan müasir texnoloji dəyişikliklər dövründə neyrokoqnitiv elmi araşdırmaların sistemli və kompleks şəkildə təşkil olunmasına ciddi ehtiyac duyulur. Milli-iqtisadi təhlükəsizlik kontekstində bu problemin dəyərləndirilməsi və uğurlu həlli gələcəkdə millətimizin, dinamik şəkildə elmi-texnoloji üstünlüklərə nail olması üçün strateji əhəmiyyət kəsb edir”, - deyə Rus İqtisad Məktəbinin direktoru vurğulayıb.




Baxış sayı: 285
Ürək sağlamlığı diqqət mərkəzində Bu gün, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Bu gün, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30