FACT-INFO.AZ » XƏBƏR » Cəmiyyətdə qəribə bir tendensiya müşahidə edilməkdədir
20-02-2024, 17:30 | XƏBƏR
Cəmiyyətdə qəribə bir tendensiya müşahidə edilməkdədir

 Gündəlik həyatımızda baş verən hər hansı bir üzdəniraq hadisəyə dərhal münasibət bildirib böyük həvəslə onun geniş müzakirəsinə qatılır, günahkar axtarışına çıxırıq. Unuduruq ki, neqativ hadisənin baş verməsində ayrı-ayrı fərdlərdən daha çox bu fərdlərin üzvü olduqları cəmiyyət günahkardır. Yəni özümüz... Hər birimiz ayrı-ayrılıqda və bütövlüklə, hamılıqla günahkarıq. İki yeniyetmə qızın azyaşlıya qarşı təcavüzü barədə xəbər və bu xəbər ətrafında mülahizələr gündəmi zəbt edib.

Hamı günahkar axtarır: kimsə əxlaqsız və iyrənc hərəkətləri ilə ictimaiyyəti hiddətləndirən qızların valideynlərini, kimsə hazırda ən böyük qınaq obyektinə çevrilmiş məktəbi, bir başqası isə sosial şəbəkələri və televiziya kanallarını günahkar hesab edir... Və hər bir kəs haqlıdır – övladlarının tərbiyəsizliyindən bixəbər olan və ya xəbərdar olub onların nalayiq əməllərinə göz yuman valideynlər də, uşaqların təlim və tərbiyəsi ilə məşğul olmalı olan, amma nəticədə tənqid hədəfinə çevrilmiş müəllimlər də, mənəvi çirkab məkanı kimi status qazanan sosial şəbəkələr, mövcudluğu heç bir məna kəsb etməyən televiziya efiri də...

Yeniyetməlik dövrü hər bir insanın həyatında ən həssas zaman kəsiyidir. Bu dövrə qədəm qoymuş övladlarımıza və şagirdlərimizə diqqətlə yanaşmalıyıq. Övlad valideynin səhv hərəkətinə görə məsuliyyət daşımır, amma ata və ana övladlarının davranışına, əməllərinə görə cəmiyyət qarşısında cavabdehdir. Zənnimcə, bu gün müzakirə edilən hadisəyə görə ən sərt cəza ilk növbədə özləri dərk etmədən uçuruma yuvarlanan yeniyetmə qızların valideynlərinə tətbiq edilməlidir.

Ata və anasının ətrafdakıların qınaq obyektinə çevildiyini görən övlad bəlkə onda insafa gələ?!... O ki qaldı, sosial mühitə, bu barədə çox danışmaq olar. Bu mühit təəssüf ki, “Tik-tok”, “İnstaqram” kimi yoluxucu xəstəliklərlə korlanıb. Onlar qapanmalıdır. Əks halda biz növbəti pandemiya ilə üzləşəcəyik - əxlaqsızlıq pandemiyası ilə. Bu isə bizə məlum pandemiyalardan daha təhlükəlidir.

Ruhiyyə Məmmədova

 “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri




Baxış sayı: 425
Ürək sağlamlığı diqqət mərkəzində Bu gün, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Bu gün, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30