FACT-INFO.AZ » CƏMİYYƏT » Əlyazmalar yanmır?
14-02-2024, 09:30 | CƏMİYYƏT
Əlyazmalar yanmır?

Elnarə  Qaragözova,

Filologiya üzrə fəlsəfə doktoru, dosent

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Ədəbiyyatda kitab arxetipi çoxşaxəli və çoxmündəricəlidir. Bir sıra əsərlərdə kitab sadəcə simvol rolunu oynayırsa, bəzi ədəbi mətnlərdə əsas obraz, intriqanın mərkəzi statusunu qazanır.  Dünyada şöhrət qazanmış bir sıra romanlarda məhz  kitabın ilkin, daha mübhəm  variantı olan manuskriptlər əsas obraz kimi seçilir, süjet sirli əlyazma ətrafında qurulur. Beləliklə,  əlyazma kitab arxetipinin ilkin variantı kimi arxetiplər ierarxiyasında məxsusi mövqeyə malikdir.

Rus ədəbiyyatında M. Bulqakovun yaratdığı və müəyyən məqamlarda Hötenin "Faust"u ilə səsləşən "Master və Marqarita" romanında da əsas obrazlardan biri "əlyazma"dır. Məqaləmizin adı da məhz XX əsrin ən mistik, ən möhtəşəm əsərlərindən biri olan M. Bulqakovun "Master və Marqarita" əsərindən gəlir.  Romanın qəhrəmanı Master dövrün təzyiqləri və şəxsi problemləri fonunda yazdığı romanın "əlyazma"sını yandırır. Lakin Voland [İblis] yandırdığını sandığı "əlyazma"nı ona qaytarır: "İcazə verin baxım" Voland əlini ovucunu yuxarı qaldırdı. "Təəssüf ki, mən bunu edə bilmirəm" dedi Master, "çünki onu sobada yandırdım". "Bağışlayın, mən buna inanmıram" deyə Voland cavab verdi, "bu ola bilməz". Əlyazmalar yanmaz. "O, Begemota tərəf dönüb dedi: "Gəl, Begemot, romanı mənə ver". Pişik dərhal oturduğu yerdən qalxdı və hamı onun qalın əlyazma yığını üzərində oturduğunu gördü. Pişik üstdəki nüsxəni təzimlə Volanda verdi". Romanın bu hissəsi müəyyən qədər avtobioqrafik xarakter daşıyır. Belə ki, Bulqakov da "Master və Marqarita" romanının ilkin "əlyazma" nüsxəsini Sovet hakimiyyətinin mənfi münasibəti səbəbiylə yandırmışdı.

Azərbaycan ədəbi mühitində Mixail Bulqakovun "Master və Marqarita" əsəri tanınır və oxunur. Lakin bu kontekstdə tədqiqə layiq əsərlərdən biri olan Meri Centlin "Aşın itmiş əlyazması: Sirli tarix-1" əsəri çox məhdud bir auditoriyada tanınır.  Meri Centlin "Aşın itmiş əlyazması: Sirli tarix-1" əsərində bir tarixçi alimin kitabının nəşrə az qalmış itməsindən və onun bütün nüsxələrinin məhvindən danışılır. Yeganə nüsxə Britaniya kitabxanasında saxlanılır və onun açıq müzakirəsi qadağan olunub: "Orijinal nəşr 2001. Nəşr olunmazdan əvvəl nəşriyyatdan yoxa çıxdı. Bütün məlum nüsxələr məhv edildi. Əlaqə üçün göndərilən nüsxələr geri çağırıldı və məhv edildi. Kitabın bir hissəsi 2005-ci ilin oktyabrında "Orta əsrlər taktikası, logistika və silahlar" toplusunun "Burgundiya" adlı üçüncü cildində dərc edilmişdir. Lakin burada da bütün naşir qeydlərini çıxardıqdan və son söz olmadan çap olunub.Orijinal nəşrin bir nüsxəsinin naşirin yazışmalarının faksimili ilə birlikdə Britaniya Kitabxanasında saxlanıldığı güman edilir, lakin bu nüsxə də surətini çıxarmaq və ya ictimai müzakirə üçün əlçatan deyil". Bu "əlyazma"sında Karfagenin XV əsrdə mövcudluğundan və Aş adlı igid bir qadından bəhs olunur. Tarixçi alimin qeydlərindən məlum olur ki, o kitabı bir kolleksionerin muzeyə bağışlanmış əmlakı arasından tapıb və onun bu günə qədərki tarixi bilikləri kökündən dəyişəcəyinə inanaraq nəşr etdirmək fikrinə düşüb.  "Əlyazma"sının arasında tapılan, tarixçi alimin naşirə yazdığı məktublardan məlum olur ki, Pirs arxeoloq dostu İzabel ilə birgə arxeoloji qazıntılara başlayır. Əvvəllər Pirs karfagenin tarixdə qeyd olunduğu kimi eradan əvvəl məhv edilib yer üzündən silinməsinə inanırdısa "əlyazma"sından və arxeoloji qazıntılardan sonra onun XV əsrdə də mövcud olmasına inanmağa başlayır.

Umberto Ekonun bu kontekstdə təhlilə cəlb etdiyimiz  "Qızılgülün adı" romanı isə ilk baxışdan dedektiv effekti yaradır U.Ekonun əsərində təsvir olunan "əlyazma"nın - Aristotelin "Poetika" əsərinin gülüş haqqında hissəsinin varlığı haqqında gümanlar və şübhələr var və onu axtarırlar. "Qızılgülün adı" əsərində tədqiqatçı Vilhelm orta əsrlərin sxolastik düşüncə tərzindən "əlyazma"nı qoruya bilmir.

XX əsr Azərbaycan ədəbiyyatında əlyazma arxetipi Y.Səmədoğlunun "Qətl günü" əsərində çox gözəl işlənmişdir. "Qətl günü" əsərini başdan-başa simvolik, metaforik və mifik anlayışlardan hörülmüş bir çələngə bənzətsək yəqin ki, səhv etmərik. Y.Səmədoğlunun "Qətl günü" əsərində də itmiş "əlyazma"obrazı təsvir olunmuşdur. Əsərdə təsvir olunan 3 zaman kəsiyindən biri məhz əsərdəki hadisələri əks etdirir. Şah Qacar dövrünü əks etdirən əsər müəllifi 30-cu illərin repressiyasına məruz qalır. Bunu öncədən hiss edən müəllif əsəri qonşularından birinə verir. Lakin özündən və həmin qonşudan başqa heç kəs bunu bilmir. Beləliklə əsər itir. İllər sonra onun ruhi xəstə olan qızı Səlimə xanım "əlyazma"nı axtarıb tapır. Əsərdə mifik anlayışlar, elementlər, süjetlər, obrazlar məharətlə bir-biri ilə əlaqələndirilir.

Kamal Abdullanın "Yarımçıq əlyazma"da  təsvir etdiyi "əlyazma"nın varlığı və var olabilmə ehtimalı isə heç kəsə məlum deyil. K.Abdullanın "əlyazma"sı da üzə çıxır, lakin Umberto Ekonun yuxarıda qeyd etdiyimiz əsərindəki  əlyazması kimi yanmır, Əlyazmalar fondunda naməlum və isimsiz şəkildə varlığını davam etdirir. Əgər Eko oxucuya "əlyazma"nın son taleyini göstərirsə, K.Abdulla oxucunu "əlyazma"nın taleyi ilə bağlı fikirlərlə baş-başa qoyaraq əsərini tamamlayır. Məntiqi olaraq "əlyazma"nın sonrakı taleyi ilə bağlı müxtəlif oxucu versiyaları və beləliklə əsərin mümkün sonluq versiyaları meydana gəlir. Belə demək mümkünsə, əsərin virtual həyatı davam edir.

Müasir ədəbiyyatımızda əks olunan əlyazma arxetipi bir sıra fərqli xüsusiyyətləri ilə yadda qalır. Belə ki, Y.Səmədoğlunun "əlyazma"sı ehtimal olunan bir əsərin varlığını sübut edir və əlyazmanın tapılması bir yazıçının yaradıcılığına dair məlumatın tamamlanmasına xidmət edir. Lakin K.Abdullanın və S.Rüstəmxanlının "əlyazma"sı bir toplumun, bir etnosun taleyini əks etdirir, ədəbi kultu və kanonik mətni dəyişir.




Baxış sayı: 315
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30