FACT-INFO.AZ » AKTUAL » Ermənistanın baş nazirinə sülh müqaviləsini imzalamağa hansı hüquqi sənədlər imkan vermir?
6-02-2024, 09:30 | AKTUAL
Ermənistanın baş nazirinə sülh müqaviləsini imzalamağa hansı hüquqi sənədlər imkan vermir?

Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən Ermənistanın öz konstitusiyasına, digər normativ-hüquqi aktlarına və tərəfdar çıxdığı beynəlxalq konvensiyalara vaxtilə etdiyi dəyişikliklərin hazırda sülh müqaviləsinin imzalanması üçün ciddi maneəyə çevrildiyini söylədi. Buna görə də sülh müqaviləsini imzalamamışdan əvvəl Ermənistan keçmişdə edilən dəyişiklikləri aradan qaldırmalıdır. İrəvan vaxtilə öz qanunvericiliyinə bu dəyişiklikləri etməklə beynəlxalq hüququn norma və prinsiplərini pozub. Beləliklə, onun daxili qanunvericiliyi ilə beynəlxalq hüquq ziddiyyət təşkil edir.

Fact-info.az-ın məlumatına görə,  bu sözləri Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktor müavini, politoloq Fuad Çıraqov AZƏRTAC-a açıqlamasında deyib.

Politoloq bildirib: “Ermənistan həmin qanunvericilik aktları ilə o qədər eksperimentlər edib ki, özünü də dolaşıq vəziyyətə salıb. Bu ölkə bir tərəfdən daxili qanunvericiliyində faktiki olaraq Qarabağı beynəlxalq hüquqazidd olaraq anneksiya etdiyi halda, digər tərəfdən beynəlxalq aləmdə Qarabağı müstəqil dövlət kimi təqdim etməyə çalışıb. Bununla da Ermənistan beynəlxalq hüquq qarşısında məsuliyyətini heçə sayan qeyri-ciddi ölkə olduğunu göstərib. Bəs, ilk növbədə, məhz hansı əsas hüquqi sənədlər Ermənistanın baş nazirinə bu gün sülh müqaviləsini imzalamağa imkan vermir? Birincisi, Ermənistan konstitusiyasıdır, onun preambulasında müstəqillik haqqında akta istinad edilir. Həmin aktda isə 1989-cu ilin dekabrında Ermənistan SSR Ali Sovetinin qeyri-qanuni qərarı ilə Qarabağın Ermənistana birləşdirildiyi göstərilir. 1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti “Ermənistan SSR və Dağlıq Qarabağın birləşməsi” haqqında qərar qəbul etdi. Bu, ozamankı SSRİ-nin daxili qanunvericiliyinə və beynəlxalq hüquqazidd qərar idi. Amma bu qərar Ermənistanın daxili qanunvericiliyində hələ də hüquqi qüvvəsini saxlayır. Bu, təkcə Azərbaycan ərazilərinin bir hissəsinin qanunsuz ilhaqı deyildi, həm də Qarabağın erməni əhalisinin Ermənistan vətəndaşlığına qəbul edilməsi haqqında qərar idi. Ermənistan Konstitusiyasında bu anneksiya qərarına istinad edilir”.

Qeyd olunub ki, 1989-cu ildə qəbul olunmuş qərara 2003-cü ildə Ermənistanın Kassasiya (Ali) Məhkəməsi də istinad edib. Belə ki, 2003-cü ildə bir qrup müxalifətçi məhkəməyə müraciət edərək ozamankı prezident Robert Köçəryanın konstitusiyaya görə prezident postunu tutmaq hüququnun olmadığı iddiası ilə çıxış etmişdi. Konstitusiyaya görə, Ermənistan prezidenti olmaq üçün bir şəxs 10 il daimi bu ölkə ərazisində yaşamalı idi. O zaman məhkəmə 1989-cu il qərarına istinad edərək Dağlıq Qarabağın hüquqi olaraq Ermənistan ərazisi olduğunu göstərib. Başqa sözlə, Ermənistanın daxili hüquq sistemi R.Köçəryanın simasında Qarabağ ermənilərini öz vətəndaşları kimi təsbit etmişdi. Təbii ki, özlərini vasitəçi kimi təqdim edən bəzi dövlətlər uzun illər ərzində bu həqiqəti hər zaman görməzlikdən gəliblər. Növbəti dövrlərdə də 1989-cu ildəki anneksiya qərarına istinad edilərək Ermənistanın bütün daxili qanunvericiliyi qurulub, məhkəmələr bu sənədə istinad edib. Maraqlıdır ki, Avropa Şurasında niyə bir dəfə də olsun kimsə Ermənistanın konstitusiyasında Avropa Şurasının daha iki üzvünə - Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının olmasını qınamağa çalışmayıb?

F.Çıraqov əlavə edib ki, ikinci maneə Ermənistan parlamentinin 1992-ci il fevralın 18-də Almatı Bəyannaməsinə etdiyi 10 düzəlişdir: “Sual olunur: niyə nə Ermənistan, nə də onun havadarları Ermənistanın 2022-ci ilin oktyabrından bəri Almatı Bəyannaməsindən bəh-bəhlə danışanda bu düzəlişlərin üzərindən sükutla keçirlər? Vasitəçi rolunda çıxış etməyə can atanlar Ermənistanı bu düzəlişləri ləğv etməyə niyə çağırmayıblar? Həmin düzəlişlər Ermənistanın keçmiş SSRİ-nin inzibati sərhədlərini yeni dövlət sərhədləri kimi – yəni, Azərbaycanın sərhədlərini tanımadıqlarını təsbit edirdi. Bu düzəlişlərin olmasından Nikol Paşinyan hökumətinin və onun havadarlarının xəbərsiz olmalarına inanmaq ən azından sadəlövhlükdür.

Üçüncü ciddi mane isə 1992-ci il iyulun 8-də Ermənistan parlamentinin qəbul etdiyi, bu ölkənin rəsmilərinin Qarabağı gələcəkdə Azərbaycanın tərkibində göstərəcək heç bir müqaviləni imzalamaq hüququnun olmadığını göstərən qanundur. Sual olunur: bir halda ki, N.Paşinyana ölkə qanunvericiliyi Qarabağı Azərbaycanın ərazı bütövlüyü çərçivəsində təsdiq edən hansısa sənədi imzalamağı qadağan edirsə, o, bu sənədi necə imzalaya bilər, imzalayacaq? Kim təminat verə bilər ki, sabah hansısa başqa Ermənistan lideri çıxıb deməyəcək ki, Nikol Paşinyanın imzaladığı heç bir sənədin hüquqi qüvvəsi yoxdur?

“Azərbaycan təkcə Nikol Paşinyanla deyil, Ermənistanla sülh müqaviləsi imzalamaq istəyir, yəni uzunmüddətli və dayanıqlı sülhə çalışır. Bunun üçün isə yuxarıda göstərilən maneələr aradan qaldırılmalıdır. Bu, təkcə hüquqi baxımdan əhəmiyyətli deyil, bunu etməklə Ermənistan həm də həqiqətən sülhdə maraqlı olub-olmayacağını sübut edəcək. Bu maneələr aradan qaldırılmadan imzalanacaq sülh müqaviləsi dayanıqlı olmayacaq, etimad yaratmayacaq. Həmin hüquqi maneələri aradan qaldırmadan Ermənistanın sülh müqaviləsindən bəhs etməsi onun bu prosesi manipulyasiya etməyə çalışdığını göstərir. Paşinyan hökuməti sülh prosesində həqiqətən də səmimi olduğunu sübut etmək üçün Ermənistan cəmiyyətini bu hüquqi maneələrin aradan qaldırılmasına inandırmalı, hətta zəruri olarsa vətəndaş qarşıdurmasından da çəkinməməlidir. Ancaq onlar bu ağrılı prosesi tamamlamalıdırlar. Bu prosesin yekunlaşdırılmasının yubadılmasından isə bütünlükdə region, ilk növbədə isə Ermənistan və erməni xalqı daha çox əziyyət çəkir”, - deyə F.Çıraqov bildirib.




Baxış sayı: 130
Ürək sağlamlığı diqqət mərkəzində Bu gün, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Bu gün, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30