FACT-INFO.AZ » AKTUAL »     “Bir xatirənin izi ilə: Barış Mançonun Azərbaycanda son müsahibəsi”
31-01-2024, 09:00 | AKTUAL
    “Bir xatirənin izi ilə: Barış Mançonun Azərbaycanda son müsahibəsi”

  İllər keçsə də “Ömür kitabı”mın səhifələrini  dönə-dönə vərəqlədikcə, orada şirin xatirələrə çevrilmiş şəxsiyyətlərlə görüşlərim mənəvi dünyamın maraqlı və mənalı filmlərinə çevrilir sanki...

   Bəli, həyatda görüşdüyüm elə  şəxsiyyətlər olub ki,onlarla  yenidən  görüşmüşəm kimi səsiylə-söhbətilə, mehriban baxşlarıyla,mənalı həyatı ilə   necə  də  zəngin şəxsiyyət  olduğunu  bu gün də yaxşı xatırlayıram. Həm də belə şəxsiyyətlərin sırasında dünyadan köçmüşlər olsa da belə, onları  təkcə mən deyil,digərlərin də  unutması mümkünsüzdür...

 Haqqında bəhs etdiyim belə şəxsiyyətlərdən biri də Böyük Türk dünyası sevdalısı, çoxsevilən sənətçi  Barış Mançodur. Yaşasaydı 2024-cü ildə 81 yaşını doğmaları və sənətini sevərlər arasında qeyd edəcəkdi. Lakin amansız ölüm onu ömrünün 56-cı baharında aramızdan apardı... Sanki hiss etmişdi bu “əbədi qəfil gedişi”... Elə ona görə də qardaş türk dövlətlərini tez-tez ziyarət edib konsertlər verir,insanlarla mənəvi bağlılıq körpüsü  yaradırdı...

Barış bəy ötən yüzilliyin 90-cı illərində Azərbaycanı dəfələrlə ziyarətində Bakıda sənət adamları ilə, musiqiçilərlə görüşmüş reportajlar hazırlamışdı.Hətta  ziyarətlərində  bu ünlü sənətçi Türk Dünyasının ulu Öndəri Heydər Əliyevlə də unudulmaz görüşlərindən Türkiyə telekanalı üçün verilişlər  hazırlamışdı.  Və Barış bəyin  Azərbaycana ziyarətlərində ən çox   qardaş qədər  sevdiyi yaxın dostu hər iki ölkədə  tanınmış ziyalımız, Əməkdar Jurnalist, Bakı Slavyan Universitetinin professoru Etibar Babayevlə  də görüşləri,  onu ölkəmizə daha çox bağlamışdı. Çünki Etibar müəllim də hələ o illərdə  bir istedadlı tele-jurnalist olaraq Türkiyəni Azərbaycan tamaşaçısına daha yaxından tanıtmaq üçün hazırladığı “Sözlü,nəğməli İstanbul” verilişi ilə əlaqədar qardaş ölkəyə tez-tez  səfərlər edirdi və orada  məşhur sənətçilərdən, o cümlədən də Barış Mançodan da  müsahibələr alırdı.Və beləcə  Barış bəylə  dostluğun təməli qoyulmuşdu...     

 Etibar Babayevin  son illərdə Barış Manço haqqında yazdığı “Barış körpüsü” adlı kitabında  dostu barədə belə bir  fikri də maraq doğurur: “Barışın dönəmində Türkiyədə Avropa ilə Asiyanı birləşdirən iki körpü vardı. Birincisi Boğaziçi körpüsü, ikincisi isə Fatih Sultan Mehmet körpüsü. Bir də canlı körpü vardı. Bu, Türkiyəni bütün dünya ilə birləşdirən Barış Manço körpüsü idi”... 

“Barış  Manço körpüsü” həqiqətən də musiqi mədəniyyəti vasitəsilə xalqlarımızı biri-birinə bağlayan qəlb körpüsüdür, mənəvi bağlılığına görə digər sadalanan körpülərdən daha möhkəm,daha möhtəşəm və unudulmayan əbədi körpüdür. Və mən də bir jurnalist olaraq   1998-ci ilin noyabrında Barış bəyin   Azərbaycana ziyarəti zamanı Bakı  Əyləncə Mərkəzində keçirilən tədbirin sonunda  ona yaxınlaşıb  müsahibə verməsini xahiş etdim.  Barış  bəy Türkiyəyə  yola  düşəcəyi üçün tələsdiyini bildirdi.Amma bir andaca nə düşündüsə  qəlbimi sındırmadı,  ayaq  saxlayıb  müsahibəni tələsik,ayaqüstü də olsa verdi.O  kiçik  müsahibədə  Barış bəyin böyük ürəyi,uzaqgörən fikirləri günümüzdə necə də qiymətli olduğunu  sonradan anladım...   

 Barış bəy Bakıdan gedəndən sonra 1999-cu ilin fevral ayının 1-də  onun qəfil ürək tutmasından vəfat etdiyini eşitcək digər pərəstişkarları kimi məni də çox sarsıtdı. Onun efirdə səsləndirdiyim son müsahibəsini  12 may 1999-cu ildə qəzetdə çap etdirdim. Artıq o müsahibədən  25 il keçsə də əbədiyyətə qovuşan  Barış bəylə  ilk və son görüşüm  unudulmaz  xatirə kimi qəlbimdə yaşayır... Hörmətli oxucuların maraq dairəsini nəzərə alıb həmin məqaləni  bir daha oxucularımıza təqdim edirəm.

     Barış Manço yadınızda necə qalıb? Əski türklər kimi uzun saçları, ekzotik görünüşü, qəribə üzükləri, yoxsa sımsıcak şarkılarıylamı? Bəlkə də “Bir Barış abim vardı” deyə?...  Bu cocuqların “Barış abi”sinin Azərbaycanda dilə gətirdiyi son kəlmələrdən. 

   -- Barış bəy, bu dəfəki gəlişinizdə hansı hissləri yaşayırsınız? 

    - Bu mənim Azərbaycana altıncı səyahətimdir. İnsan bir yerə çox gedirsə, bu sevgidən irəli gəlir. Burada çox sevildiyimi də bilirəm. Yəni mən həm azərbaycanlı qardaşlarıma, həm də onlar mənə qəlbən bağlıdır. Çox gözəl bir Azərbaycan var bu gün. Hər halda bir həftədən sonra Türkiyə televiziyası ilə apardığım verilişdə bunları görə biləcəksiniz. Bu arada Azərbaycanda konsertim də var. Həmin konserti qaçqın və şəhid ailələrindən olan azərbaycanlı cocuqlara həsr etmişəm. İnşallah qaçqınların məskunlaşdığı bölgələrə də gedəcəyəm. Orada uşaqlarla görüşəcəyəm, onlarla 1-2 saat söhbət edəcəyəm.Azərbaycana təkrar gələcəyəm.

- Barış bəy, cocuqlara belə sonsuz sevginiz nədəndir?

- Vallahi, onu məndən yox, cocuqlardan soruşun. Cocuqlar onları sevən insanı yaxşı tanıyırlar. Təbii, siz də uşaqları sevirsiniz. Amma məndə bu sevgi daha fərqli şəkildədir.

- Bu gəlişiniz ərəfəsində Axışka türklərinin öz yurdlarından sürgün edilməsinin 54-cü  ildönümü qeyd edildi. Siz bu münasibətlə proqram hazırlamısınızmı?

- Mən daha 5 gün öncə  Bişkek türklərinin bir qisminin iştirakı ilə Qırğızıstanın paytaxtı Bişkek şəhərində bir proqram yapdım. Bunu da Türkiyə televiziyası ilə yayımlayacağam. Bu verilişi təkcə siz deyil, 60 milyon türk seyirciləri də seyr edəcək, duyacaqlar. Axıska türkləri barədə mən nə düşünürəm? Dünyada 570 min sayı olan Axıska türkləri bir türklük, bir vətən ayrılığı içindədirlər. Mən Türkiyənin baş naziri olsaydım, Türkiyənin qapılarını onların üzünə açar və 570 min qardaşların hər birinə vətəndaşlıq pasportu verərdim.

- Onlar öz doğma yurdlarına, dədə-baba məzarlarına sahib çıxmalıdırlar.

- Doğrudur. Lakin onlar belə söyləmirlər. Haqlı olaraq “mən türkəm” və ya “türk soyundanam” deyən hər kəsin Türkiyədə yaşamağa haqqı var. 1930-cu illərdə qəbul olunmuş Anayasa da buna yol verir. “Biz Türkiyəyə gəlmək istəyirik” deyənlərə “başımız-gözümüz üstə yeriniz var” deyirik.

- Türk dünyası sizin üçün nə demək?

- Bu suala dəfələrlə eyni cür cavab vermişəm. Türk dünyası mənim qəlbimin, vicdanımın dünyasıdır. Onu qorumamız gərəkdir. Bu qədər.

  Bəli, bu gün Türk Dünyasının  mənəvi körpülərinin   biri-birinə daha çox  bağlılığı aydın görünür.Bu isə Türkiyə ilə Azərbaycanın dövlət başçılarının misil-siz xidmətləri sayəsində gerçəkləşib, ruhun qoy rahat və  şad olsun əziz Barış bəy! 

Şahnaz Ağamir Azərtürk




Baxış sayı: 320
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30