FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Avropa Şurası Parlament Assambleyası qərəzli davranışı ilə beynəlxalq münasibətlərə zərbə vurur
30-01-2024, 12:00 | TƏDQİQATLAR-ANALITIKA
Avropa Şurası Parlament Assambleyası qərəzli davranışı ilə beynəlxalq münasibətlərə zərbə vurur

2001-ci ildə Avropa Şurası Parlament Assambleyasına Azərbaycan üzv olandan sonra bu təşkilatla daim qarşılıqlı əməkdaşlığın genişlənməsinə çalışıb. Ölkəmiz milli maraqlarımızı, beynəlxalq prinsipləri əsas tutaraq bütün öhdəlikləri yerinə yetirib. Lakin bu təşkilatda Azərbaycana qarşı ikili standartlar hökm sürüb. Uzun illər ərzində bu qurum Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görməyib, yalnız ara sıra heç bir hüquqi çəkisi olmayan bəyanatlar və qərarlar verməklə kifayətlənib. Halbuki, bir quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi.

Ermənistan 30 ildən artıq müddətdə bütün beynəlxalq prinsipləri pozdu, Azərbaycana qarşı təcavüzkar siyasət həyata keçirib. Ermənilər  əsir düşən mülki insanlarımıza qarşı heç bir normaya, insanlığa sığmayan hərəkətlər ediblər. Şəhərlərimizi, yaşayış yerlərimizi işğal dövründə yer üzündən siliblər. Demək olar ki, Ermənistan Avropa Şurasının və digər beynəlxalq təsisatların öhdəliklərini yerinə yetirməyərək, bütün qanunsuz əməllərini davam etdirdi. Adıçəkilən bu təşkilatlar ötən dövr ərzində Ermənistanın bütün qanunsuzluqlarına, hüquqa zidd əməllərinə  göz yumdu.

 Əvvəl münaqişələrə qarışmadığını deyən AŞPA Azərbaycana qarşı qərəzli qətnamələr qəbul etməyə başladı. Xüsusilə Fransa Azərbaycana qarşı açıq şəkildə düşmənçiliyə keçdi. Belə görünür ki, onlara müstəqil Azərbaycan lazım deyil. Eyni siyasət xəttinə sadiq qalan Fransa Milli Assambleyası və Senatı da Azərbaycana qarşı qətnamələr qəbul etdi. İndi də  Almaniyanın əli ilə AŞPA-da Azərbaycana qarşı məsələni gündəliyə gətirdi. Amma ölkəmizlə bağlı səsləndirilən arqumentlər də tamamilə yanlış və qərəzli idi.

Azərbaycana qarşı isə əsassız iddialar ortalığa atılır. AŞPA 23 oktyabr 2023-cü il tarixində “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamə qəbul edib. Həmin qətnamənin 23-cü bəndində təşkilat açıq-aşkar Azərbaycanı təhdid edilərək, 19 sentyabrda baş tutan lokal xarakterli anti-terror əməliyyatlarını hərbi əməliyyatlar kimi qiymətləndirərək, “Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyəti”ndən ciddi narahatçılıq ifadə edib və Azərbaycan nümayəndə heyətinin etimadnaməsini 2024-cü ilin ilk iclasında tanımamaqla hədələdi.

AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.

 Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının açılış günündə (22 yanvar) AŞPA-da ölkəmizin nümayəndə heyətinin etimadnamələri təsdiq edilməmişdir. Deputatların etimadnamələrin substantiv əsaslarla mübahisələndirilməsi ilə bağlı təşəbbüsü Sosialistlər siyasi qrupunun rəhbəri Frank Şvabe irəli sürmüş və həmin təşəbbüs təsdiqlənmişdir.

Mənim qənaətimcə, avropalı parlamentarilər, siyasət adamları dərk etməlidirlər ki, onların riyakar addımları xalqımızın iradəsinə təsir göstərə bilməyəcək. Azərbaycan haqq yolundadır, bizim yolumuz beynəlxalq hüquq və ədalət üzərində qurulub. Güclü Azərbaycan bundan sonra da öz ədalətli mövqeyini bütün əsassız təzyiqlərə baxmayaraq davam etdirəcək. AŞPA-nın belə qərəzli davranışları həmin qurumun özünün nüfuzuna böyük zərbə vurur. Onu da Avropa ictimaiyyəti unutmamalıdır ki,  Azərbaycan 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti özü bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi oldu. Bu cür addımlarımızın nəzərə alınmaması isə AŞPA-nın siyasi riyakarlığını bir daha təsdiq etmiş olacaq. Mən güman edirəm ki, Avropa məkanında reallığı düzgün dəyərləndirən, beynəlxalq vəziyyəti təhlil edib anlayan qüvvələr AŞPA-nı belə qərəzli yollardan çəkindirəcəklər.

 Azərbaycan Tibb Universitetinin professoru
 Nuru Bayramov

 

 

 

 

 

 




Baxış sayı: 325
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30