FACT-INFO.AZ » XƏBƏR » Pakistanlı ekspert: Azərbaycanın fəal mövqeyi qlobal rifahın qarşılıqlı dəstəyə bağlı olduğunu sübut etdi
27-01-2024, 18:00 | XƏBƏR
Pakistanlı ekspert: Azərbaycanın fəal mövqeyi qlobal rifahın qarşılıqlı dəstəyə bağlı olduğunu sübut etdi

2019-2022-ci illərdə Azərbaycanın Qoşulmama Hərəkatında uğurlu sədrliyi və üzv dövlətlərin yekdil qərarı ilə bu sədrliyin daha bir il uzadılması görülən işlərdən, əldə edilən yüksək nəticələrdən xəbər verir. Azərbaycanın uğurlu sədrliyi Qoşulmama Hərəkatının ideologiyasının əsasını təşkil edən fundamental prinsiplərə və dəyərlərə sarsılmaz sadiqliyinin sübutudur. Azərbaycan qlobal problemlərin həllində fəal və məsuliyyətli yanaşma nümayiş etdirərək qlobal təşəbbüslər irəli sürüb. Azərbaycanın qurumda səmərəli və prinsipial rəhbərliyi Qoşulmama Hərəkatının qlobal səhnədəki mövqeyinin gücləndirilməsində mühüm rol oynayıb. Qlobal həmrəylik, ədalətə sarsılmaz sadiqlik, institusional inkişaf kimi xüsusiyyətlərə əsaslanan fəaliyyəti ilə Azərbaycanın Hərəkata sədrliyi dövründə təsisatın beynəlxalq nüfuzu və çəkisi xeyli artıb.

Fact-info.az-ın məlumatına  görə,  bu fikirləri AZƏRTAC-a açıqlamasında Pakistan–Azərbaycan Məzunları Birliyinin qurucusu, strateji kommunikasiyalar üzrə pakistanlı ekspert, COP28-in iştirakçısı Qayser Nəvvab söyləyib.

COVID-19 pandemiyası dövründə Azərbaycanın qlobal əməkdaşlığa sarsılmaz sadiqlik nümayiş etdirdiyini xatırladan ekspert bildirib: “Azərbaycan sədrliyi dövründə Qoşulmama Hərəkatının liderlər səviyyəsində onlayn Zirvə toplantısının təşəbbüskarı olub və 2020-ci ildə BMT Baş Assambleyasının xüsusi sessiyasını təşkil edib. COVID-19 pandemiyası dövründə Azərbaycan dünyaya nümunə oldu. Rəsmi Bakı vaksinlərin ədalətli paylanması məsələsini gündəmə gətirməklə ümumi qlobal çağırışlara qarşı kollektiv cavab tədbirlərinin görülməsi üçün əlindən gələni etdi. Azərbaycan özü əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən çox ölkəyə maliyyə yardımı və humanitar dəstək göstərdi. Azərbaycanın təşəbbüsü ilə bütün ölkələr üçün peyvəndlərə ədalətli və universal çıxışla bağlı BMT qətnamələri qəbul edildi.

Bir sözlə, Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın fəal mövqeyi nəinki həmrəylik prinsiplərini gücləndirdi, həm də qlobal rifahın qarşılıqlı dəstəyə bağlı olduğunu sübuta yetirdi. Qlobal həmrəylik nümayiş etdirən Azərbaycan yüksək səviyyəli toplantılar keçirməklə, dialoqu təşviq etməklə üzv ölkələrin bir-biri ilə sıx əməkdaşlıq həyata keçirmələrinə şərait yaratdı”.

Qayser Nəvvab Azərbaycanın sədr kimi Qoşulmama Hərəkatının institusional inkişafında mühüm rolunu vurğulayıb. Qeyd edib ki, məhz Bakının sədrliyi dövründə, yəni, 2021-ci ildə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, 2022-ci ildə Gənclər Təşkilatı, 2023-cü ildə isə Qadınlar Platforması yaradılıb. Hərəkatın institusional imkanlarının genişləndirilməsində də Azərbaycanın perspektivli yanaşması diqqət çəkir. Bu təşəbbüslər nəinki iştirak imkanlarını şaxələndirdi, həm də müxtəlif demoqrafik təbəqələrin Hərəkata cəlb olunmasına yol açdı. Azərbaycanın institusional inkişafa uzaqgörən yanaşması onun fəal liderliyinin sübutudur, Qoşulmama Hərəkatının struktur cəhətdən dayanıqlılığına və aktuallığına davamlı təsir göstərir.

Azərbaycanın sədrliyi dövründə mühüm tədbirlərə ev sahibliyi etməklə qlobal məsuliyyətə sadiqliyini xatırladan ekspert diqqətə çatdırıb: “2023-cü ildə pandemiyadan sonrakı bərpaya həsr olunmuş sammit Azərbaycanın qlobal çağırışların həllinə proaktiv yanaşmasını özündə əks etdirdi. Azərbaycanın Afrikada və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə pandemiyadan sonrakı bərpa prosesini dəstəkləməsi və 1 milyon ABŞ dolları məbləğində maliyyə yardımı göstərməsi çox nəcib hərəkətdir. Bu, ölkə rəhbərliyinin humanistliyinin, beynəlxalq həmrəyliyə sadiqliyinin göstəricisidir. Həm də digər ölkələrə nümunədir”.

Bu ilin yanvarından Qoşulmama Hərəkatına sədrliyin Uqandaya keçdiyini xatırladan beynəlxalq ekspert Azərbaycanın bu mötəbər təsisatın “sədrlik Troykası”nın üzvü kimi onun fəaliyyətində və uğurlarında yaxından iştiraka davam edəcəyini bildirib. Diqqətə çatdırıb məsuliyyətli və təşəbbüskar sədr kimi Azərbaycanın töhfəsi qurumun qlobal çağırışlarla mübarizədə uğurlarını və əhəmiyyətini qoruyacaq. “Sədrlik Troyka”sında təmsil olunmaqla Azərbaycan problemsiz keçidi təmin edir, davamlılığı və sabitliyi gücləndirir, son nəticədə Qoşulmama Hərəkatının müasir qlobal problemlərin həllində effektivliyini artırır.

“Azərbaycanın beynəlxalq əməkdaşlığın təşviqi ilə bağlı davamlı öhdəliyinin Qoşulmama Hərəkatı üzvlərinin təşəbbüslərində və siyasətlərində öz əksini tapacağı şübhəsizdir”, - deyə beynəlxalq ekspert fikirlərini yekunlaşdırıb.




Baxış sayı: 195
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30