FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” əsərinin alman dilində nəşrinin təqdimatı olub
27-01-2024, 09:30 | MƏDƏNİYYƏT
Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” əsərinin alman dilində nəşrinin təqdimatı olub

Yanvarın 26-da Azərbaycan Milli Kitabxanasında görkəmli yazıçı və ədəbiyyatşünas-alim Mir Cəlal Paşayevin Almaniyanın “Erqon-Nomos” nəşriyyatında “Bibliotheca Academica” – şərqşünaslıq sahəsində seçilmiş nəşrlər seriyasında çap olunan “Füzuli sənətkarlığı” kitabının təqdimat mərasimi keçirilib. Kitab Giesen Universitetinin dosenti, şərqşünas-alim Mixael Raynhard Hess tərəfindən alman dilinə tərcümə olunub.

Fact-info.az  xəbər verir ki, Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşan təqdimat mərasimində ADA Universitetinin rektoru professor Hafiz Paşayev, kitabın tərcüməçisi, Almaniyanın Giesen Universitetinin dosenti, şərqşünas-alim Mixael Raynhard Hess, mədəniyyət naziri Adil Kərimli, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.

Milli Kitabxananın direktoru professor Kərim Tahirov istedadlı və orijinal yaradıcılıq üslubu olan Mir Cəlal Paşayevin Azərbaycan ədəbiyyatına yeni nəfəs gətirdiyini, çağdaş Azərbaycan tarixində ədəbiyyatşünas-nəzəriyyəçi alim kimi də müstəsna və özünəməxsus yer tutduğunu söyləyib. Qeyd edib ki, Mir Cəlal Paşayev 1940-cı ildə “Füzulinin poetik xüsusiyyətləri” əsərinə görə filologiya elmləri namizədi alimlik dərəcəsi alıb, 1958-ci ildə bu mövzuya yenidən müraciət edərək “Füzuli sənətkarlığı” adlı monoqrafiyasını nəşr etdirib, əsər sonralar latın qrafikası ilə 1994, 2007, 2018-ci illərdə təkrar nəşr olunub.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Azərbaycan ədəbiyyatının əsas yaradıcılarından biri olan Mir Cəlal Paşayevin həm böyük alim, həm böyük pedaqoq, həm də böyük yazıçı kimi zəngin və çoxcəhətli fəaliyyətindən danışıb, Füzuli yaradıcılığının əsərdəki geniş təhlil ustalığı haqqında ətraflı bəhs edib.

Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamın imzalanması ilə bugünkü tədbirin üst-üstə düşməsini əlamətdar hadisə hesab edib, Füzuli yaradıcılığının ideya-mövzu və bədii-estetik cəhətlərinin dərindən araşdırıldığı bu əsərin Füzuli irsinin fərqli istiqamətlərdən öyrənilməsində mühüm önəm daşıdığını söyləyib.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli günün simvolik olduğunu vurğulayaraq, elm yolunda ona işıq tutan, yol göstərən müəllimi Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” əsərinin elmi əhəmiyyətinə, qiymətli cəhətlərinə toxunaraq, XX əsr dünya Füzulişünaslığında Mir Cəlal müəllimin öz kürsüsü, öz yeri olduğunu bildirib. Füzuli dühasını dərindən açan bu əsərlə onun Füzulişünaslığın daşlı-kəsəkli yollarında Füzuli adına layiq əsər yaratdığını vurğulayıb.

AMEA-nın müxbir üzvü, BDU-nun professoru Təhsin Mütəllimov Mir Cəlal müəllimin əsərlərini bizlər üçün misilsiz yadigar adlandırıb, onun Füzulini dərindən bildiyini, buna görə də Füzulinin yaradıcılığını gözəl şəkildə açdığını söyləyib. Mir Cəlal Paşayevin həm tədqiqatçı, həm ustad-müəllim, həm də yazıçı kimi məktəb yaratdığını diqqətə çatdırıb.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev Mir Cəlal Paşayevin fitri istedada malik olduğunu, kitabın həmçinin İraqda da çap olunacağını qeyd edib.

Xarici İşlər Nazirliyinin idarə rəisi Rizvan Nəbiyev kitabın Almaniya və bir çox Avropa ölkələrində sürətlə yayıldığını, artıq bir çox universitet kitabxanalarının kataloqlarına daxil edildiyini, biblioqrafiyalara salındığını söyləyib, tərcüməçi-tədqiqatçıya Azərbaycan mədəniyyəti və ədəbiyyatının təbliğindəki xidmətlərinə görə təşəkkürünü bildirib.

Kitabın tərcüməçisi, Almaniyanın Giesen Universitetinin dosenti, şərqşünas-alim Mixael Raynhard Hess kitaba yazdığı “Giriş sözü”ndə həm Füzuli, həm də Mir Cəlal dövrünün ədəbi və tarixi-siyasi mühitinin elmi-tənqidi təhlilindən danışaraq, Füzuli dühasına Mir Cəlal Paşayevin bu əsəri vasitəsilə daha rahat daxil ola bildiyimizi vurğulayıb. Füzuli və Mir Cəlal yaradıcılığının əksi olan bu əsərdə sənətlə elmin kəsişdiyini söyləyib, kitabın ərsəyə gəlməsinə görə onun təşəbbüskarı olan hörmətli Hafiz Paşayevə və tədbirin təşkilinə görə Mədəniyyət Nazirliyinə və Milli Kitabxanaya minnətdarlığını bildirib, Füzulinin “Yetməzmi” adlı qəzəlini səsləndirib.

Sonda Mir Cəlal Paşayevin oğlu, ADA Universitetinin rektoru professor Hafiz Paşayev əsərin yazılma tarixi haqqında Mir Cəlal müəllimin xatirələrindən danışıb, kitabın tərcüməçisi Mixael Raynhard Hessə, tədbirin təşkilatçılarına və bütün qonaqlara təşəkkürünü bildirib.

Sonda XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, ədəbiyyatşünas-alim, professor Mir Cəlal Paşayev haqqında Milli Kitabxananın hazırladığı Elektron məlumat bazasının təqdimatı olub.




Baxış sayı: 145
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30