FACT-INFO.AZ » QHT » Maarifləndirmə cəmiyyətdə ictimai davranışa necə təsir göstərir?
23-01-2024, 15:00 | QHT
Maarifləndirmə cəmiyyətdə ictimai davranışa necə təsir göstərir?

Hafiz TƏMİROV
Polis polkovnik-leytenantı

Maariflənmək və maarifləndirmək bütün dövrlər üçün aktual olan məsələlərdəndir. Kitaba, elmə, mütaliəyə həvəs yaratmaqla oxumuş insan yetişdirmək çabası ona görədir ki, cəmiyyət həyatına təsirsiz ötüşməyən problemlərlə, bu gün leksikonumuzda yer alan zərərli vərdişlərlə mübarizə aparmaq asan olsun. Çünki məlumatlı olmaq, intellektual səviyyə ictimai davranışı şərtləndirən amillərdən biri kimi öndə gəlir.

Ölkəmizdə gənc nəslin sağlam mühitdə böyüməsi prioritetdir. Gənclərlə bağlı həyata keçirilən layihələr, cəmiyyəti təhdid edən mövzularla bağlı maarifləndirici tədbirlərin keçirilməsi məsələnin ciddiliyini gözlər önünə sərmiş olur. Etiraf edək ki, sosial şəbəkələr üzərindən maarifləndirmə də günün tələblərindən biri kimi artıq sosiallaşıb. Məsələn, ötən il əllərdə olan, qanunsuz saxlanılan silahlarla bağlı DİN tərəfindən edilən çağırışın bir növ hərəkat halını alması ilə təhvil verilən silahlar cinayət alətinə çevrilmədi, daha doğrusu, törədilə biləcək cinayətlərin qarşısı vaxtında  alınmış oldu. Deməli, maarifləndirmə müsbət tendensiyaya çevriləndə nəticələr ürəkaçan olur.

Polisin təşkilatçılığı ilə ötən il məktəblərdə 2700-dən çox görüş-maarifləndirici tədbir keçirilib. Bu statistika adi rəqəm kimi görünsə də, respublikanı əhatə edən fəaliyyətin alt qatında böyük bir xilaskarlığın şahidiyik. İş təkcə gəncləri bir araya gətirməklə, bir çox mövzular ətrafında fikir mübadiləsi aparmaqla bitmir. Burada cəmiyyəti təhdid edən problemlərin dövlətçiliyə təsiri də diqqətə alınmalıdır.

Yeri gəlmişkən, ötən il medianın gündəmindən düşməyən məsələyə, azyaşlının ərə verilməsinə polisin reaksiyası, daha doğrusu, onun atası barədə qanunvericiliyə müvafiq olaraq addım atılması gələcəkdə neçə belə ailə faciəsinə səbəb olacaq problemlərin qarşısını aldı.

Qeyd edək ki, daxili işlər orqanları tərəfindən 2023-cü ildə erkən nikahlarla bağlı 50 fakt qeydə alınmış, onlardan 19 fakt əsasında Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə, 1 fakt əsasında isə Cinayət Məcəlləsinin 176-1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Məktəblərdə keçirilən görüşlərin daha bir faydası ondan ibarətdir ki, hər bir şagird, gənc, yeniyetmə onun həyatını, gələcəyini xilas etmək üçün həyatını belə qurban verməyə hazır olan qəhrəmanını tanımış olur.

Cəmiyyətin cəza mexanizminin işə düşməsi üçün çevik reaksiya elə cəmiyyətin özündən gəlməlidir. Lakin son günlər baş verənlər göstərdi ki, cəmiyyət hələ "özünücəlandırmağa" hazır deyil. "Özünücəzalandırma" isə beyinlərdə kök salmış adətlərin, cəhalətin üstündən birdəfəlik xətt çəkməkdir.

İctimai sabitliyə təhlükə yaradacaq amillərin aradan qaldırılması polisin fəaliyyətilə birbaşa bağlı olsa da, görülən tədbirlər vətəndaşın da üzərinə böyük bir məsuliyyət qoyur. Heç şübhəsiz ki, mübarizənin kiçik bir vintini hərəkətə gətirmək üçün maariflənmənin və maarifləndirmənin əhəmiyyəti gələcəkdə dövlətin qazandığı uğurlarda özünü büruzə verəcək. 

 




Baxış sayı: 210
Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031