FACT-INFO.AZ » XƏBƏR » Müstəqillik uğrunda mübarizəmizin dönüş nöqtəsi - 20 Yanvar
19-01-2024, 09:30 | XƏBƏR
Müstəqillik uğrunda mübarizəmizin dönüş nöqtəsi - 20 Yanvar

Mübariz AĞALARLI
AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, ADPU-nun dosenti

XX əsr Azərbaycan xalqı üçün böyük siyasi təbəddülatlarla dolu olan bir dövrdür. Bu dövrdə xalqımızın azadlıq və müstəqillik istəkləri irticaçı və işğalçı qüvvələr tərəfindən dəfələrlə qan içində boğulub, siyasi hüquqları uğrunda mübarizə aparan Azərbaycan xalqı çoxsaylı mərhumiyyətlərə, soyqırımlara, deportasiya cinayətlərinə məruz qalıb.

XX əsrin əvvəllərindən etibarən dövlətçilik ənənələrinin bərpası istiqamətində yorulmadan mübarizə aparan Azərbaycan xalqının istiqlaliyyət istəklərinin qarşısını almaq çar Rusiyasi və onun varisi sovet Rusiyasının siyasətinin tərkib hissəsi olub.

XX əsrin əvvəllərində olduğu kimi sonlarında da Azərbaycan xalqının milli oyanış, Rusiya imperiyasına qarşı milli azadlıq hərəkatı kimi addımları tarixin yaddaşına qızıl hərflərlə həkk olunub. Təəssüflər olsun ki, iki yüz ilə yaxın bir dövrdə “xalqlar həbsxanası” adlandırılan sovet və bolşevik Rusiyası əsrin sonlarında da öz ənənəvi irticaçı mahiyyətini davam etdirərək Azərbaycan xalqının azadlıq və müstəqillik ideallarını beşikdə boğmaq niyyətindən əl çəkməmişdi. Bu dövrdə imperiyanın çürümüş kökləri üzərində fidan kimi boy atan Azərbaycanın müstəqilliyə gedən yolu üzərində hərbi – siyasi maneələr yaradan Sovet imperiyası mürtəce davranışları ilə öz irticaçı mahiyyətini açıq şəkildə göstərməkdə idi. Məhz sovet Rusiyası tərəfindən törədilən 20 Yanvar qətliamı da Azərbaycan xalqının milli-azadlıq məfkurəsinə, müstəqil dövlətçiliyinin bərpasına qarşı məqsədli şəkildə yönəldilmiş sui-qəsd oldu.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu tərəfindən Bakıda və Azərbaycanın digər rayonlarında 147 nəfər vəhşicəsinə qətlə yetirilərək şəhid olmuş, 744 nəfər ağır yaralanmış, 841 nəfər həbs edilmişdi. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçilərinin olması bu qətliamın böyük bir qəddarlıqla törədilməsindən xəbər verirdi.

Sovet İttifaqının o zamankı rəhbərliyinin göstərişi ilə və məqsədli şəkildə sovet qoşunları tərəfindən törədilmiş 20 Yanvar faciəsi Azərbaycan xalqının sovet işğalına qarşı milli azadlıq hərəkatının qəhrəmanlıq zirvəsi idi. Sovet totalitar rejiminin hərbi-siyasi rəhbərliyi 20 yanvar hadisələrində əliyalın insanları qətlə yetirməklə xalqımızın mübarizlik əzmini qırmaq, Azərbaycan xalqını daha uzun illər imperiya əsarətində yaşamağa məcbur etmək niyyəti güdsə də, bu mənfur niyyətləri baş tutmadı və bunun tam əksi baş verdi. Sovet totalitar rejimi bu cinayətkar hərəkəti ilə günahsız insanları qətl etməklə yanaşı, həmçinin sovet ideologiyasını və “xalqlar həbsxanası”nın Azərbaycanda çürüməkdə olan təsisatlarını da tanklar altında əzərək məhv etdi.

Bu dövrdə dünya tərəfindən təklənən və haqq səsi eşidilməyən Azərbaycan xalqının haqq səsinə səs verən, o ağır günlərdə faciə ilə bağlı sükutu pozaraq dünyaya səslənən Ümummilli lider Heydər Əliyev oldu. Qanlı Yanvar faciəsinə, Azərbaycan xalqına qarşı törədilən cinayətə ilk etiraz səsini ucaldan Ulu Öndər, Bakıda törədilən qətliamın ertəsi günü Moskvada Azərbaycanın Daimi nümayəndəliyinə gələrək bu vəhşiliyi qətiyyətlə pisləyərək, törədilmiş cinayətin təşkilatçılarının, günahkarlarının adını bütün dünyaya bəyan etdi.

1990-cı ilin noyabr ayının 21-də “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı” qəbul edilərkən Ümummilli Lider Heydər Əliyev çıxış edərək bildirmişdi: “Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu faciə, Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən Qorbaçovun böyük günahının nəticəsidir...”

20 Yanvar qətliamı zamanı Azərbaycan xalqı Sovet imperiyası və dünyaya sübut etdi ki, topsuz, tüfəngsiz, əliyalın şəkildə də böyük bir imperiyaya qarşı rəşadətlə mübarizə apararaq qalib gəlmək mümkündür. Məhz bu baxımdan 20 yanvar hadisəsi Azərbaycanın milli dövlətçiliyinin bərpasına gedən yolda yeni bir mərhələnin əsasını qoydu. Bu qanlı hadisədən sonra Azərbaycan xalqının Sovet imperiyasına olan inamı bir daha param-parça oldu və milli-azadlıq hərəkatının siyasi xadimləri və təşkilatlanmış şəkildə mübarizə aparan xalq hərəkatı, müstəqil dövlətçiliyimizin bərpası istiqamətində konkret şəkildə siyasi və hüquqi addımlar atmağa başladı.

Azərbaycan xalqının mütəşəkkil və ardıcıl siyasi mübarizəsi nəticəsində, 1991-ci il fevralın 5-də Azərbaycan Sovet Sosialist Respublikasının Azərbaycan Respublikası adlandırılması, 1991-ci il avqustun 30-da “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyini bərpa etmək haqqında” Bəyannamənin qəbulu, Azərbaycanın müstəqilliyinin bərpası istiqamətində atılan ən ciddi siyasi və hüquqi addımlar idi.

Xüsusilə “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyini bərpa etmək haqqında” Bəyannamədə, Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin varisi olduğunun vurğulanması və Azərbaycanın dövlət müstəqilliyinin konstitusion əsaslarını yaratmaq üçün ayrıca qanunun – Konstitusiya Aktının hazırlanması barədə qərar qəbul etməsi dövlətçiliyimizin bərpasının hüquqi əsaslarının yaradılması istiqamətində mühüm addımlardan biri oldu. Nəhayət, 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının Müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktı”nın qəbul edilməsi ilə Azərbaycan Respublikasının müstəqilliyi bərpa edildi və Azərbaycan xalqının uzun bir dövr ərzində müstəqilliyi uğrunda apardığı istiqlaliyyət mübarizə uğurla başa çatdı.

Bəzən belə bir sual qoyulur: 20 Yanvar qətliamı baş verməyə bilərdimi?

Dünya sosializm məkanında və Sovet imperiyasında baş verən siyasi prosesləri dərindən təhlil edərkən bu qənaətə gəlmək olur ki, xeyr! Çünki XX əsr boyu Sovet imperiyası tərəfindən dəfələlərlə hərbi güc və zorakı üsullarla Azərbaycan xalqının istiqlaliyyət uğrunda mübarizəsinin qarşısının alınması, 1956-cı ildə macar xalqının öz hüquqları və gerçək azadlıqları uğrunda mübarizəsinin sovet hərb maşını tərəfindən qan içində boğulması, 1968-ci ildə Çexoslovakiyada sovet idarəçiliyi boyunduruğundan xilas olmağa çalışan siyasi elitanın və azadlıqsevər insanların sovet irticaçı qüvvələri tərəfindən zorakı üsullarla məhv edilməsi faktlarını, xüsusilə də Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizədə dönməzliyi amilini bu günün prizmasında nəzərdən keçirdikdə, 20 Yanvar qətliamının baş verməməsi mümkünsüz görünür. Çünki 70 illik bir dövr ərzində sovet hərbi-siyasi bürokratiyası sovet işğalında olan xalqların siyasi hüquq və azadlıqları uğrunda apardığı mübarizəsini dəfələrlə qan içində boğmuş, bu mürtəce metod və ənənəsinə həmişə sadiq qalmışdır.

Azərbaycanın azadlığı və istiqlaliyyəti uğrunda mübarizə apararaq ölüm şərbətini içmiş 20 Yanvar şəhidləri 70 illik tarixi bir dövrdə haqqı və hüququ əlindən alınmış bir xalqın günahsız nümayəndələri idi.  Öz hüquqları və haqları uğrunda mübarizə aparan bu silahsız və əliyalın insanları qan içində boğan sovet hərb maşınının törətdiyi bu cinayət, beynəlxalq hüquq normalarına görə qətliamdır.

Qeyd edək ki, 20 Yanvar qətliamı, xalqımızın qəlbində əbədi kök salmış hüzn və kədər günü olaraq uzun illər anılacaqdır. Eyni zamanda 20 Yanvar faciəsi Azərbaycan xalqının böyük bir qəhrəmanlıq dastanı, müstəqillik uğrunda mübarizə aparan bir xalqın şərəf tarixidir. 20 Yanvar qətliamı zamanı şəhid olan insanlar Azərbaycanın istiqlal şəhidləri, yaralananlar isə istiqlal qaziləridir.

Bütövlükdə, XX əsrin əvvəllərində Anadolu türklərinin “Çanaqqala qəhrəmanlıq dastanı”, II Qarabağ savaşında Azərbaycan igidlərinin “Şuşa qəhrəmanlıq dastanı” kimi Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan istiqlal şəhidlərimizin də öz qanları ilə yazdığı “20 yanvar qəhrəmanlıq dastanı” eyni mənanı kəsb edir. Bu qəhrəmanlıq dastanlarını öz qanları ilə yazanlar uzun illər boyu ehtiramla anılacaqlar.




Baxış sayı: 140
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30