FACT-INFO.AZ » QHT » Azərbaycanın əsas məqsədi tarixi ədalətə əsaslanan sülh əldə etməkdir
12-01-2024, 10:00 | QHT
Azərbaycanın əsas məqsədi tarixi ədalətə əsaslanan sülh əldə etməkdir

Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində ölkəmizin hələ də işğal altında qalan kəndləri barədə danışıb. Dövlətimizin başçısı hazırda işğal altında qalan səkkiz kəndin məsələsinin daim gündəlikdə olduğunu bildirib: “Bu məsələ həm mənim Ermənistanın baş naziri ilə təmaslar əsnasında müzakirə edilir, o cümlədən Sankt-Peterburqda ayaqüstü son söhbət zamanı mən bu məsələni qaldırmışdım və eyni zamanda, delimitasiya ilə bağlı komissiyaların gündəliyində də bu məsələ dayanır. Onu da bildirməliyəm ki, komissiyaların növbəti görüşü bu ay nəzərdə tutulur və orada bir mövzu olacaq: həmin o bölgənin delimitasiya məsələsi, Qazax-Tovuz bölgəsinin”.

Mövzu barədə hərbi ekspert Ədalət Verdiyev deyib ki, son aylar ərzində Ermənistan tərəfindən birbaşa Azərbaycanla sülh sazişinin və sərhədlərin delimitasiya prosesini müzakirə etmək niyyəti müşahidə olunmaqdadır. Lakin Ermənistan tərəfindən bəzən səslənən fikirlər bu sülh sazişinin imzalanması prosesinə maneələr törədir. Ümumiyyətlə, delimitasiya və demarkasiya prosesi kifayət qədər uzun sürə bilən, bəzən isə onilliklərlə davam edə bilən prosesdir. Nəzərə alsaq ki, Ermənistan ilə Azərbaycan arasındakı sərhədlərin ümumi uzunluğu 1000 kilometrdən çoxdur, o zaman bu miqyasda böyük sərhədin delimitasiya və demarkasiya prosesinin təxminən orta hesabla 30 ilə yekunlaşması gözlənilir. Lakin sülh sazişi delimitasiya və demarkasiya prosesindən asılı olmayaraq, ən azından bir çərçivə sazişi formasında imzalanmalıdır. Bu sülh sazişində sərhədlərin delimitasiyası prosesinin hansı şərtlərlə, xəritələrlə və sənədlər əsasında həyata keçiriləcəyi də əksini tapmalıdır.

Ermənistan tərəfi bu proses çərçivəsində daha çox 1975-ci ilin xəritələrini əsas götürmək istəyir: “Bunun da səbəbi ondan ibarətdir ki, Azərbaycan əraziləri Ermənistana əsasən 1969-cu ilədək verilib. Heydər Əliyev 1969-cu ilin iyul ayında rəhbər seçiləndən sonra artıq bu torpaq hədiyyələri, bu proses dayandı. O vaxta qədər hissə-hissə verilirdi. Yəni 1970-ci illərdən sonra Ermənistana Azərbaycan əraziləri verilmədiyinə görə, bu ölkə də məhz 1975-ci il və ondan sonrakı dövrün xəritələrinə istinad etmək istəyir ki, bu da tarixi ədalətə əsaslanmır. Tarixi ədalətə əsaslanmayan heç bir sülh delimitasiya və demarkasiya isə Azərbaycana hələlik lazım deyil. Ölkəmizin əsas niyyəti tarixi ədalətə əsaslanan sülh əldə etmək, eləcə də delimitasiya və demarkasiya prosesini həyata keçirməkdən ibarətdir. Bizim isə məqsədimiz odur ki, yetişən gənc nəsil heç vaxt bu ədalətsizliklə barışmasın və əgər bu tarixi ədaləti bərpa etmək bizə nəsib olmazsa, gələcək nəsillər onu etməlidirlər”.

Onun sözlərinə görə, Ermənistanın güzgü prinsipi əsasında qoşunların yerləşdiyi mövqelərdən geri çəkilmək təklifi isə ilk dəfə səslənmir. Bu təklif 2021-ci ildə səslənmişdi. Əvvəl olduğu kimi, hazırda da Azərbaycan belə güzgü prinsipini qətiyyətlə rədd edir. Çünki Ermənistanla sərhədlərin özü bu gün şərti sərhəd adlanır. Belə ki, nə Sovet dövründə, nə ondan əvvəl Azərbaycan-Ermənistan sərhədləri delimitasiya edilməyib. Ona görə də hazırda Azərbaycan üçün qoşunların dayandığı ərazilərdən geri çəkilməsi qəbuledilməzdir. Azərbaycan bu torpaqları şəhidlərimizin canı, əsgərlərimizin qanı bahasına əldə edib. Bu ərazilərdən bir qarış da olsun geri çəkilmək məqsədimiz yoxdur. Əgər Ermənistan özü Azərbaycanın 8 kəndində hələ də qoşunlarını saxladığı vaxtda ölkəmizin güzgü prinsipi ilə geri çəkilmək təklifini verməsinin özü absurddur.

“Digər tərəfdən isə Ermənistan torpaqlarımızın 30 illik işğal altında qaldığı dövrdəki ərazilərdən hazırda güzgü şəklində geri çəkilməni tələb edir. Bu ölkənin öz nəzarətində olduğu dövrdə Ermənistan həmin ərazilərdə sərhədə aid olan heç bir infrastruktur qurmamışdı. Tam əksinə, Ermənistan ordusunun xəritə üzərində təsdiqlənən bütün strateji planlarında qarşı tərəf yaxın vəzifə kimi Ağdam, Tərtər xəttini, uzaq vəzifə olaraq öz qoşunlarına Kürün sağ sahilini təqdim edirdi. Belə olan halda Azərbaycana güzgü prinsipi ilə geri çəkilmək təklifini etmək tamamilə absurddur. Azərbaycan belə təklifi heç bir zaman qəbul etməyəcək. Amma Ermənistanın Azərbaycanın hər hansı tarixi torpaqlarından geri çəkilmək niyyəti varsa, biz buna heç bir zaman etiraz etməmişik. Ermənistan öz qoşunlarını, əvvəlcə Azərbaycanın 8 kəndindən, sonra isə digər ərazilərimizdən istədiyi qədər geri çəkə bilər. Belə ki, 1920-ci ilin xəritələrinə diqqətlə baxılsa, o zaman Azərbaycanın 20 min kvadratkilometrə yaxın torpağının kəsilərək Ermənistana hədiyə verildiyinin şahidi olarıq”, - deyə Ədalət Verdiyev vurğulayıb.

Hərbi ekspert xatırladıb ki, vaxtilə sərhəd xətti Göycə gölünün tam mərkəzindən keçirdi. İndi isə həmin gölü Ermənistan öz ərazisi kimi təqdim etməyə çalışır. Ona görə də bütün bu məsələlər araşdırılmalıdır, həm 1920-ci ilin, həm ondan sonrakı dövrlərin xəritələri əsasında delimitasiya prosesi aparılmalıdır. Ermənistan dörd kəndi Azərbaycana təcili qaytarmalıdır. Digər anklavdakı dörd kəndimizin məsələsi isə müzakirə mövzusudur. Həmin kəndlərə qayıdış və orada Azərbaycan əhalisinin yerləşdirilməsi məsələləri də təcili müzakirə edilərək bu barədə qərarlar qəbul olunmalıdır.

Ermənistan Azərbaycanın uzatdığı sülh əlini möhkəm tutmalıdır. Azərbaycanın irəli sürdüyü sülh təklifləri əsasında Ermənistan məğlub tərəf kimi üzərinə düşən öhdəlikləri, o cümlədən Naxçıvana ikitərəfli maneəsiz yolun açılmasını təmin etməlidir. Əks halda bu öhdəlikləri Ermənistana qəbul etdirmək üçün Azərbaycan başqa təzyiq mexanizmlərindən istifadə edə bilər. Bizim sülh təklifimizi qonşu ölkə dəyərləndirməlidir. Yoxsa uzatdığımız əlin barmaqları bükülə, bir dəmir yumruğa çevrilərək havaya qalxa bilər. Bu isə Ermənistan üçün yenə də yaxşı heç nə vəd etməyəcək.




Baxış sayı: 160
XİN: Rusiya-Ermənistan münasibətlərinə aid mövzuların Azərbaycanla əlaqəli şəkildə şərh edilməsi təcrübəsinə son qoyulmalıdır Bu gün, 13:00 ABŞ səfiri: Türkiyə ilə əməkdaşlığa böyük önəm veririk Bu gün, 11:00 Özbəkistanlı alimlər Gəncədə Nizami Gəncəvi irsi ilə tanış olublar Bu gün, 10:30 Ombudsman nümayəndələri Suriyadan gətirilmiş repatriantlarla görüşüb Bu gün, 10:30 Medianın İnkişafı Agentliyi Bəyanat yayıb Dünən, 19:00 Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi dövlət ittihamını müdafiə edən prokurorların çıxışları ilə davam etdirilib Dünən, 17:00 Azerbaijan’s Media Development Agency issues statement Dünən, 16:00 “Millət fədaisi: Y.V.Çəmənzəminli irsinin izində” kitabının təqdimatı olub Dünən, 15:30 Prezident İlham Əliyev Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı və festivalı ilə bağlı Sərəncam imzalayıb Dünən, 15:30 6 ayda azad olunmuş ərazilərə ayrılan vəsaitin həcmi açıqlanıb Dünən, 12:00 Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi- VİDEO Dünən, 09:30 Malta Prezidenti Xocalı soyqırımına həsr olunmuş Reza Deqatinin fotosərgisini ziyarət edib Dünən, 09:30 Böyük Britaniya “Stone Cloak” sisteminin texnologiyasını Ukraynaya verəcək Dünən, 09:00 ABŞ İsrail qoşunlarının Qəzza, Suriya və Livandan çıxarılmasında israrlıdır Dünən, 09:00 Bəyaz Aslanın Qələbə Salnaməsi 26-07-2026, 20:30 Ruhun Bayraqla Yüksəlişi 26-07-2026, 19:30 ABŞ–İran müharibəsi aylarla davam edə bilər 26-07-2026, 09:30 Beynəlxalq iqlim toplantısında COP31 gündəliyi üzrə müzakirələr aparlılb 26-07-2026, 08:30 BMT: Hörmüz boğazında 6 minə yaxın dənizçi təxliyə gözləyir 25-07-2026, 15:30 Səfir: Süni intellekt sahəsində Çin-Azərbaycan əməkdaşlığı böyük potensiala malikdir 25-07-2026, 14:30 "ABŞ Konqresinin düzəlişi Azərbaycan-Ermənistan normallaşma prosesinə mənfi təsir göstərə bilər" - TÜRKPA 25-07-2026, 12:00 ABŞ konqresmenləri erməni lobbi qruplarının təsiri altında qərarlar qəbul etmək praktikasından əl çəkməlidirlər 24-07-2026, 17:30 “Kapitan və Xəzər dənizi” sənədli filmi beynəlxalq festivalda 24-07-2026, 17:30 Şuşada IV Beynəlxalq Elmi Araşdırmalar Konqresi təşkil edilib 24-07-2026, 14:30 “Qərbi Azərbaycana həsr olunan növbəti televiziya verilişi uğurla davam etdi” Əkrəm Bəydəmirli 24-07-2026, 11:00 Cəbrayıl, Ağdərə və Xocalıya köç karvanı yola salınıb 24-07-2026, 10:30 Bu bölgədə zəlzələ qeydə alınıb 24-07-2026, 09:00 Dövlətçiliyə, elmə və el-obaya həsr olunmuş ömür yolu 24-07-2026, 09:00 Cəbrayıl rayonunda mina partlayışı baş verib, traktorçu xəsarət alıb 23-07-2026, 21:00 Gürcüstan Azərbaycan ilə əlaqələri daha dərindən inkişaf etdirmək istəyir 23-07-2026, 17:30
Köşə yazarları
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031