FACT-INFO.AZ » SİYASƏT » Casus şəbəkəsinin ifşası Fransanın geosiyasi uğursuzluğunu daha da dərinləşdirir
29-12-2023, 11:30 | SİYASƏT
Casus şəbəkəsinin ifşası Fransanın geosiyasi uğursuzluğunu daha da dərinləşdirir

Mövcud diplomatik müstəvidə çoxsaylı beynəlxalq müqavilələr, o cümlədən “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası və “Konsulluq münasibətləri haqqında” 1963-cü il Vyana Konvensiyası diplomatların qonaq olduqları ölkədə davranışlarını təfsilatlandırır. Bir çox hallarda isə diplomatik toxunulmazlıqdan sui-istifadə diplomatlara yaşadıqları və işlədikləri ölkənin qanunlarından imtiyazlı üstünlük mövqeyi verir. Diplomatik toxunulmazlıq “Soyuq müharibə” dövründə, diplomatların əslində münaqişəli mühitdə işlədiyi və təhlükələrlə üz-üzə qaldığı zamanlarda məna kəsb edirdi. Lakin bu, hazırda bir çox hallarda imtiyazlı mövqe kimi sui-istifadə olunmaqdadır. Bəzən isə bu imtiyazlar diplomatların yaşadıqları və işlədikləri ölkənin qanunlarından üstün tutulur.

Fact-info.az xəbər ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Gənc Demokratlar İnstitutu İctimai Birliyinin sədri, politoloq Yeganə Hacıyeva söyləyib.

O bildirib ki, hazırda bütün dünyada xüsusi xidmət orqanları tərəfindən işçiləri səfirlik və digər diplomatik korpus nümayəndələri adı altında pərdələməklə ölkələrə yerləşdirmək təcrübəsi geniş şəkildə tətbiq olunur: “Bu status kəşfiyyatçılara rahat şəkildə digər ölkələrdə fəaliyyət göstərmək imkanı yaradır, onları qoruyur. Diplomatların cinayət və ya digər qeyri-qanuni fəaliyyətlərdə iştirak etdikləri aşkar ediləndə isə onları məhkəmə və ya həbs cəzası gözləmir, proses yalnız ölkə ərazisindən deportasiya olunmaqla yekunlaşır. Belə “diplomatlar” arasında əvvəllər diplomatik statusa uyğun gəlməyən qanunsuz fəaliyyətlərinə görə başqa ölkələrdən deportasiya olunmuş şəxslər də var. Kəşfiyyat strukturlarının diplomatik “örtüyü” olmayan nümayəndələri isə turistlər, elm adamları, jurnalistlər, iş adamları və ya diasporun üzvləri adı altında digər ölkələrə yerləşir və oradakı əməkdaşları ilə qarşılıqlı əlaqədə olurlar. Ümumiyyətlə, diplomat kimi akkreditə olunan belə şəxslərin fəaliyyətini müəyyən etmək və izləmək o qədər də asan məsələ deyil. Bəzi nüfuzlu KİV-lərdə son illərdə gedən faktaloji yazılarda Fransanın bir çox ölkələrdəki səfirliklərində diplomat adı altında fəaliyyət göstərən kəşfiyyatçılardan əlavə, çox vaxt qanunsuz əməliyyatları həyata keçirən şəxslərin də aşkar şəkildə kurasiya olunması haqqında səhih məlumatlar var”.

Politoloqun sözlərinə görə, 2015-ci ildə Parisdə baş verən silsilə terror aktlarından sonra Fransaya qarşı İkinci Dünya müharibəsindən bəri ən dəhşətli hücum kimi müzakirə edilən mövzulardan biri də bu ölkənin kəşfiyyat xidmətlərinin uğursuzluğu idi: “Eyni ildə “Charlie Hebdo” redaksiyasında terror aktı, Paris şəhərində supermarketdə alıcıların girov götürülməsi, Lion yaxınlığındakı “Air Products” zavodunda menecerin başının kəsilməsi kimi hadisələrdən sonra Fransa dövləti xüsusi xidmət orqanlarının büdcəsini bir neçə dəfə artırmaqla ölkənin müdafiəsinin gücləndirilməsini nəzərdə tuturdu. Çünki ölkə prezidenti Fransua Ollandın izləməyə getdiyi futbol matçı da daxil olmaqla eyni anda altı müxtəlif terror aktı həyata keçirilmişdi. Artırılan büdcə isə Fransanı daxili təhlükələrdən qorumağa ayrılsa da, lakin xaricdə kəşfiyyat şəbəkələrinin genişlənməsinə sərf olundu. Məsələn, Fransanın xüsusi xidmət şəbəkələri 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan ərazisində Ermənistanın xeyrinə kəşfiyyat fəaliyyəti göstərirdi. Azərbaycan da daxil olmaqla bir çox ölkələrdə vətəndaşlar həmin şəxslərin səfirlik işçiləri və ya diplomat olduğuna inanıb əlaqə quraraq onlar tərəfindən dövlətin ərazisində casusluq işləri üçün istifadə olundular. Aşkarlanan casus şəbəkəsinin əsas məqsədi siyasi və hərbi xarakterli kəşfiyyat fəaliyyəti həyata keçirmək olub. Bu addımlar bir ölkənin daxili işlərinə müdaxilə edilməsi olduğu üçün diplomatik statusa uyğun gəlməyən davranışlardır”.

Y.Hacıyeva bildirib ki, Fransa dövlətçiliyinin mühüm tərkib hissəsi olan Afrikadakı postmüstəmləkə sisteminin çökməsi ilə paralel olaraq Cənubi Qafqazda xüsusi xidmət şəbəkəsinin ifşası bu dövlət üçün böyük geosiyasi uğursuzluqdur. Nəticədə son bir neçə ildir dünyada postmüstəmləkə siyasəti ilə təhrik edilən anti-fransız əhvali-ruhiyyəsinin kəskin artması kimi bir tendensiya izlənməkdədir. Eyni anda bir neçə cəbhədə oynamağa çalışan Fransanın xarici siyasəti əvvəlcə Ukraynada, sonra isə Afrikada uğursuzluğa düçar oldu. İndi isə Azərbaycanda casus şəbəkəsinin ifşa olunması Fransanın mövcud geosiyasi uğursuzluğunu daha da dərinləşdirir.




Baxış sayı: 95
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30