FACT-INFO.AZ » SİYASƏT » Meksikada “Qarabağ xanlığı: Tarixi və mədəni kimlik” kitabının təqdimatı keçirilib
26-11-2023, 16:00 | SİYASƏT
Meksikada “Qarabağ xanlığı: Tarixi və mədəni kimlik” kitabının təqdimatı keçirilib

Meksikanın ən aparıcı ali təhsil müəssəsi olan UNAM Universitetində Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin dəstəyi ilə çap edilmiş “Qarabağ xanlığı: Tarixi və mədəni kimlik” kitabının təqdimatı keçirilib. Tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr və akademik dairələrin nümayəndələri iştirak ediblər.

Bu barədə  Fact-info.az-a Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib.

Ölkəmizin Meksikadakı səfiri Məmməd Talıbov təqdimat zamanı Qarabağın zəngin tarixi irsinin öyrənilməsi baxımından sözügedən kitabın nəşrinin mühüm əhəmiyyət daşıdığını qeyd edib, 100 ildən çox Gürcüstan Milli Muzeyində saxlanılan əsərlərin işıq üzü görməsini əlamətdar hadisə kimi qiymətləndirib. Diplomat kitabda əksini tapmış tarixi və mədəni artefaktların Qarabağın Azərbaycan kimliyinin, eləcə də bölgə əhalisinin mədəniyyəti, etnoqrafiyası və yaşayış tərzinin öyrənilməsi nöqteyi-nəzərindən vacibliyinə diqqət çəkib, Qarabağ xanlığının Azərbaycanın dövlətçilik tarixində xüsusi yer tutmasından bəhs edib. Əsrlərin süzgəcindən keçərək ərsəyə gəlmiş bu dəyərli nəşrin beynəlxalq auditoriyada əzəli və əbədi Azərbaycan torpağı olan Qarabağın zəngin tarixi keçmişi və geniş mədəni irsi haqqında məlumatlılığın artırılmasına xidmət etdiyi bildirilib. 30 illik erməni işğalına son qoyulması ilə bu gün Qarabağa yenidən həyat qayıtdığı, bu ərazilərin bərpası və yenidən qurulması məqsədilə bütün imkanların səfərbər edildiyi qeyd olunub.

UNAM Universitetinin professoru, siyasi və sosial elmlər doktoru Fausto Kintana çıxışında son zamanlar Azərbaycan Səfirliyi ilə səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğuna diqqət çəkib, o cümlədən Azərbaycan universitetləri ilə akademik əməkdaşlıq həyata keçirməkdə maraqlı olduqlarını və ölkəmizin təşəbbüsu və iştirakı ilə reallaşdırılan qlobal miqyaslı layihələri də nəzərə alaraq, bütün diqqətlərin Azərbaycanın yerləşdiyi regiona yönəldiyini qeyd edib. F.Kintana tədbirin təşkilinə görə minnətdarlığını ifadə edib, bu təqdimat sayəsində Qarabağ xanlığı və onun tarixi barədə dolğun məlumat əldə etdiklərini bildirib.

Azərbaycan və onun reallıqları barədə bir çox məqalələrin müəllifi olan, UNAM Universitetinin professoru Talya İşcan tədbirdə çıxış edərək, Qarabağa və Şuşa şəhərinə səfərini böyük məmnunluqla xatırlayıb, bu torpaqların əsrarəngiz gözəlliyi, mədəniyyəti və mənəvi sərvətinin canlı şahidi olduğunu diqqətə çatdırıb.

İnteraktiv formatda keçən görüşdə tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

Tədbirin sonunda “Qarabağ xanlığı: Tarixi və mədəni kimlik” kitabları həm UNAM-ın mərkəzi kitabxanasına, həm də Siyasi və sosial elmlər fakültəsinin kitabxanasına bağışlanıb.




Baxış sayı: 175
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30