FACT-INFO.AZ » XƏBƏR » SPECA-nın Zirvə görüşünün Bakı Bəyannaməsi - Tam mətn
24-11-2023, 22:30 | XƏBƏR
SPECA-nın Zirvə görüşünün Bakı Bəyannaməsi - Tam mətn

Azərbaycan Respublikasının, Qazaxıstan Respublikasının, Qırğız Respublikasının, Tacikistan Respublikasının, Özbəkistan Respublikasının prezidentləri və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini 2023-cü il noyabrın 24-də Bakı şəhərində Azərbaycan Respublikasının sədrliyi ilə BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (bundan sonra SPECA) iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının birinci Zirvə görüşünü keçirərək,

SPECA-nın yaradılması haqqında 1998-ci il 26 mart tarixli Daşkənd Bəyannaməsində yer almış məqsəd və prinsipləri xatırladaraq,

SPECA-nın əsasının qoyulmasının 25-ci ildönümünü və SPECA iştirakçı dövlətlərinin öz müstəqilliklərinin möhkəmləndirilməsi, həmçinin qarşılıqlı əməkdaşlıq istiqamətlərində əsas prioritet sahələrə münasibətdə əldə etdikləri mühüm nailiyyətləri qeyd edərək,

SPECA çərçivəsində xalqlarımızın bölüşdüyü ümumi maraqlara, məqsəd və dəyərlərə əsaslanan əməkdaşlığı gələcəkdə də dərinləşdirmək və inkişaf etdirmək üzrə möhkəm qətiyyətlərini bir daha təsdiq edərək,

SPECA regionunda mövcud olan, istifadə edilməmiş böyük iqtisadi inkişaf potensialını, zəngin təbii ehtiyatları və regional əməkdaşlığı inkişaf etdirmək, həmçinin SPECA regionunun Avropa və Asiya bazarları ilə gələcək əməkdaşlığı üçün bu imkanlardan birgə istifadə üzrə güclü siyasi iradəni nəzərə alaraq,

2023-cü il aprelin 17-də İsveçrənin Cenevrə şəhərində keçirilmiş SPECA iştirakçı ölkələrinin nazirlərinin görüşünün Azərbaycanın 2023-cü ildə sədrliyi haqqında Birgə Bəyanatında əksini tapmış “SPECA regionunun qlobal əhatəli birləşdirmə mərkəzinə çevrilməsi” mövzusunu və indiyədək aparılan növbəti işləri təqdir edərək,

Azərbaycanın 2023-cü ildə SPECA-da sədrliyi ilə Proqramın daha səmərəli, Mərkəzi Asiyada və onun hüdudlarından kənarda kollektiv səylərə, maraqlara və iştirakçı dövlətlərin məsuliyyətinə əsaslanan həqiqi regional platformaya çevrilməsi üzrə və BMT-nin müvafiq regional komissiyaları tərəfindən dəstəklənən ardıcıl və fəal səylərini yüksək qiymətləndirərək,

BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE), BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) və onların müvafiq İcraiyyə katibliklərinin Proqramın yaradıldığı vaxtdan SPECA-nın iştirakçı ölkələrinə göstərdikləri dəstəyə görə səmimi təşəkkür ifadə edərək,

Razılığa gəlirik:

1. SPECA-nın iqtisadi əməkdaşlıq və regional inteqrasiya imkanlarından müştərək istifadə edilməsi yollarının öyrənilməsi məqsədilə və xüsusən rabitə, ticarət, nəqliyyat və logistika, rəqəmsal transformasiya və innovasiyalar, sənaye, energetika, su ehtiyatlarının idarə edilməsi, ətraf mühit, yaşıl keçid və qarşılıqlı maraq doğuran digər sahələr üzrə meydana çıxan ümumi çağırışlara ortaq cavabların verilməsi platforması kimi SPECA-nın rolunun gücləndirilməsi barədə öz niyyətini bəyan etmək.

2. Bununla bağlı SPECA-nın davam edən təsisatlanma prosesinə və SPECA çərçivəsində fəaliyyətin məsuliyyətini yüksəldəcək, mütəmadi dialoqu, ardıcıllığı və səmərəli əlaqələndirməni təmin edəcək, həmçinin SPECA-nın iştirakçı ölkələrinin dövlət başçıları tərəfindən qəbul olunan qərarların həyata keçirilməsinə kömək edəcək zəruri mexanizmlərin yaradılması ilə əlaqədar qətiyyəti ifadə etmək.

3. Rəqəmsallaşma və tranzit marşrutlarının yaşıl transformasiyası, həmçinin ticarət və nəqliyyat prosedurlarının sadələşdirilməsi və energetika birləşmələri, o cümlədən Şərq-Qərb Transxəzər Orta Dəhlizi çərçivəsində yaşıl enerji daxil olmaqla, əməkdaşlıq sahəsində bilavasitə prioritet sahə və bu məqsədlə Transxəzər beynəlxalq nəqliyyat marşrutu üzrə Multimodal Məlumat və Sənədlərin Rəqəmsallaşdırılması üzrə Yol Xəritəsinin qəbul edilməsinin qərara alınmasını vurğulamaq.

4. SPECA-nı qəbul olunmuş qərarların dəstəklənməsi məqsədilə müvafiq maliyyə mexanizmi ilə təmin etmək üzrə siyasi hazırlığımızı bildirərək və bununla əlaqədar BMT-nin himayəsi altında praktik əməkdaşlığa dəstək olacaq və SPECA-nın Çoxtərəfdaşlı Məqsədli Fondunun (ÇMF) yaradılmasını alqışlayaraq, bununla bağlı beynəlxalq tərəfdaşları SPECA ÇMF-in fəaliyyətinə töhfə verməyə dəvət etməyi təsdiqləmək.

5. Şərq-Qərb Transxəzər Orta Dəhlizinin SPECA-nın iştirakçı ölkələri ilə Asiya və Avropanın müxtəlif regionları, onun hüdudlarından kənarda daha səmərəli və dayanıqlı əlaqələrdən biri kimi əhəmiyyətinin və ölkələri dəhlizin potensialından qitələrarası nəqliyyat əməliyyatları üçün istifadə etməyə çağırmaq, SPECA-nın iştirakçı ölkələrinin müvafiq hakimiyyət orqanlarına nəqliyyat şirkətləri, ekspeditorlar, logistika mərkəzləri və milli operatorlar arasında bütün dəhliz boyu kommunikasiyaların səmərəliliyini artırmaq üçün nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasına diqqəti cəmləşdirməyin tövsiyə edilməsini vurğulamaq.

6.BMT Baş Assambleyasının SPECA-nın 25 illiyinə həsr olunmuş qətnamə qəbul etməsini alqışlamaq və BMT-nin üzv dövlətlərini, regional komissiyalarını və ixtisaslaşmış qurumlarını SPECA-ya üzv ölkələrin səylərini dəstəkləməyi davam etdirməyə çağırmaq.

7.Bakı Zirvə görüşündə beynəlxalq tərəfdaşların iştirakını alqışlamaq və SPECA regionunun daha yaşıl və təhlükəsizlik gələcəyi üçün dayanıqlı və davamlı iqtisadi inkişafı dəstəkləmək üzrə ortaq səyləri əks etdirən sıx əməkdaşlığın davamının əhəmiyyətini vurğulamaq.

8.Öz müvafiq nazirliklərinə hazırkı Bəyannamənin həyata keçirilməsini UNECE, UNESCAP və digər müvafiq beynəlxalq təsisatlarla birgə reallaşdırılmasının əlaqələndirilməsini tapşırmaq.

9.SPECA-nın üzv ölkələrinin dövlət başçılarının və hökumətlərinin birinci görüşünün beynəlxalq tərəfdaşların iştirakı ilə Bakı şəhərində mükəmməl təşkilinə, həmçinin Azərbaycanda SPECA günləri çərçivəsində 2023-cü il noyabrın 20-24-də digər tədbirlərin təşkilinə görə Zati-aliləri Prezident İlham Əliyevə və Azərbaycan Respublikasının Hökumətinə səmimi təşəkkür ifadə etmək.

Bakı şəhəri, 24 noyabr 2023-cü il.




Baxış sayı: 115
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30