FACT-INFO.AZ » MEDİA » Əcnəbi media Azərbaycan həqiqətlərindən yazıb
19-11-2023, 18:30 | MEDİA
Əcnəbi media Azərbaycan həqiqətlərindən yazıb

Səudiyyə Ərəbistanının Londonda ərəb dilində nəşr edilən “Independent Arabia” qəzetində ölkəmizin Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevin “Azərbaycanda erməni hərbi qüvvələrinin qeyri-qanuni mövcudluğu böhranı” adlı məqaləsi dərc edilib.

Fact-info.az xəbər verir ki, məqalədə 2023-cü il sentyabrın 19-da Ermənistan silahlı qüvvələri tərəfindən törədilən mina terroru nəticəsində 6 Azərbaycan vətəndaşının həlak olduğu, 2020-ci ilin noyabrından indiyədək 300-dən çox Azərbaycan vətəndaşının mina terrorunun qurbanına çevrildiyi oxucuların diqqətinə çatdırılıb. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən 10 noyabr 2020-ci il tarixində üçtərəfli Bəyanatın imzalanmasından ötən üç il ərzində Ermənistan tanklar və digər zirehli texnikalar, artilleriya qurğuları, çoxsaylı reaktiv yaylım atəşi sistemləri, minaatanlar, döyüş texnikası və silahlarla təchiz edilmiş on min nəfərdən artıq hərbçisini Azərbaycanın Qarabağ regionunun ərazisində saxlayıb. Bu qeyri-qanuni silahlı qüvvələr Ermənistanın bilavasitə hərbi texniki, maddi-texniki və maliyyə dəstəyi ilə təmin edilib. Yazıda üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq, Ermənistanın Azərbaycana qarşı bütün növ hərbi fəaliyyətləri dayandırmaq və hərbi qüvvələrini Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən çıxarmaqla bağlı öhdəliyinə əməl etmədiyi və Azərbaycanın Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirlərinin Ermənistanın Azərbaycan ərazilərində hərbi mövcudluğunu bir daha nümayiş etdirdiyi qeyd olunub. Bildirilib ki, 24 saat ərzində qanunsuz birləşmələrin 90-dan çox hərbi postu ələ keçirilib, 20 döyüş maşını, 40 artilleriya qurğusu, 30 minaatan, 6 radioelektron müharibə sistemi, 2 zenit-raket kompleksi zərərsizləşdirilib.

Məqalədə bildirilib ki, lokal antiterror tədbirləri nəticəsində Ermənistanın Azərbaycanın suveren ərazisində qeyri-qanuni güc tətbiqi ilə bağlı yeni status-kvonun yaradılması və “təmas xətti məntiqi”nə əsaslanan boz zonanın saxlanması üzrə sistemli cəhdləri boşa çıxarılıb. Ordumuz çətin relyefə və illər ərzində düşmən tərəfindən yaradılmış istehkamların mövcudluğuna baxmayaraq, qəhrəmanlıq, şücaət və peşəkarlıq nümayiş etdirərək bütün sahələrdə mühüm hərbi uğurlar əldə edib.

Səfir vurğulayıb ki, lokal antiterror tədbirlərinə başlamazdan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev bütün hərbi hissələrə Qarabağ bölgəsində yaşayan erməni əhaliyə ziyan dəyməməsi, mülki əhalinin müdafiəsi ilə bağlı ciddi tapşırıqlar verib. Məqalədə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etmək üçün atdığı hər bir addımın, o cümlədən lokal antiterror tədbirlərinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olduğu, heç bir şəkildə mülki əhali və infrastruktur obyektlərinin hədəfə alınmadığı oxucuların diqqətinə çatdırılıb. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsinin baş çatmasından dərhal sonra Azərbaycan tərəfi Ermənistan rəhbərliyinə, onun xaricdəki himayədarlarına və digər tərəflərə dəfələrlə müraciət edərək, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində mövcudluğunu davam etdirməsinə son qoymağa çağırıb. Cinayətkar xunta təslim olduqdan sonra münaqişə tarixə qovuşub və Qarabağın erməni əhalisi nəhayət ki, rahat nəfəs almağa başlayıb.

Yazıda qeyd edilib ki, erməni separatçıları, hərbi cinayətkarlar, Ermənistan və Qarabağdakı separatçı xunta yerli erməni əhalidən girov kimi istifadə edib. Məqalədə lokal antiterror tədbirlərinin sülh danışıqları qarşısındakı maneəni aradan qaldırmağa imkan yaratdığı, Cənubi Qafqazda yeni reallığın meydana gəldiyi qeyd olunub.

Məqalədə Cənubi Qafqaz regionunun əsrlər boyu çəkişmələr, müharibələr və qanlı toqquşmalara şahid olduğu, buna son vermənin vaxtının çatdığı, regionun gələcəyinin sülh, sabitlik və firavanlıq üzərində qurulmasının zəruriliyi vurğulanıb. Qeyd olunub ki, Ermənistanın destruktiv mövqeyindən irəli gələn bütün ciddi çağırışlara baxmayaraq, Azərbaycan bu ölkə ilə qarşılıqlı hörmət əsasında həqiqi dialoqa hazırdır. Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzünün sağalmamış yaralarına, şəhər və kəndlərimizin kütləvi şəkildə dağıdılmasına, müqəddəs yerlərimizin qəsdən təhqir olunmasına baxmayaraq, Azərbaycan bir daha Ermənistana ədalətli və davamlı sülh təklif edir və onun müsbət qarşılanacağına ümid bəsləyir.

Məqalədə 24 saat davam edən lokal antiterror tədbirlərindən sonra Azərbaycanın Qarabağ regionunun erməni sakinlərinin reinteqrasiyası ilə bağlı dialoqun başlanıldığı, sentyabrın 21-də Yevlax şəhərində Azərbaycan hökumətinin xüsusi nümayəndəsi ilə Qarabağın erməni əhalisinin nümayəndələri arasında çoxdan gözlənilən görüşün baş tutduğu, görüş zamanı Azərbaycan hökumətinin Qarabağın erməni əhalisi üçün reinteqrasiya planlarını açıqladığı, habelə infrastrukturun bərpası və istismarı ilə bağlı məsələlərin müzakirə olunduğu, erməni əhalinin xahişi ilə Azərbaycanın dövlət qurumları tərəfindən tezliklə uşaq bağçaları və məktəblər, xəstəxanalar və digər sosial obyektlərin istifadəsi üçün yanacağın çatdırılması, habelə digər humanitar dəstək tədbirlərinin həyata keçirilməsinin qərarlaşdırıldığı və sentyabrın 24-də Xankəndi şəhərinin Azərbaycanın elektrik şəbəkəsinə qoşulduğu ifadə edilib.

Müəllif Azərbaycan Prezidentinin tapşırığı ilə Baş nazirin müavininin rəhbərlik etdiyi işçi qrupunun yaradıldığı, qrupa Azərbaycanın Qarabağ bölgəsində sosial rifah, humanitar yardım, iqtisadiyyatın bərpası və infrastrukturun bərpası da daxil olmaqla geniş spektrli məsələlərin həllinin tapşırıldığını da diqqətə çatdırıb.

Səfir sonda dövlətlərin daxili işlərinə müdaxilə etməmək, milli azlıqların cəmiyyətə inteqrasiyasına mane olmamaq və qonşu dövlətlərin ərazisində separatizmi qızışdırmamaqla bağlı beynəlxalq öhdəlikləri xatırladaraq, Azərbaycanın regionda sülh, sabitlik və rifahda marağı olan bütün tərəfdaşlarla konstruktiv əməkdaşlığa hazır olduğunu vurğulayıb.




Baxış sayı: 180
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30