FACT-INFO.AZ » AKTUAL » Bu qidalar immunitet sistemini gücləndirir – AÇIQLAMA
14-10-2023, 11:00 | AKTUAL
Bu qidalar immunitet sistemini gücləndirir – AÇIQLAMA

“Xəstəliklərdən qorunmaq üçün orqanizmin immun sistemi güclü olmalıdır. İmmun sistemi güclü olan insanlar xəstəliyə tutulsa da, asanlıqla öhdəsindən gələ bilirlər. Bunun üçün sağlam qidalanma ilə yanaşı düzgün həyat tərzi də çox önəmlidir”.

Fact-info.az-ın məlumatına görə, bunu AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədr müavini, Qida təhlükəsizliyi hərəkatının rəhbəri Məhsəti Hüseynova deyib. O qeyd edib ki, düzgün qidalanmaq normadan çox yemək istehlak etmək deyil. M.Hüseynova artıq çəkili insanların da risk qrupuna daxil olduğunu deyib: “Həddindən artıq yemək və ya daha az qida istehlak etmək düzgün deyil. Çünki hər iki variant immun sistemini zəiflədə bilər. Mütləq şəkildə kilonu normada saxlamağa diqqət etmək lazımdır. Hər gün 15-20 dəqiqə yüngül idmanla məşğul olmaq, gün ərzində fiziki aktivliyi qorumaq məsləhət görülür. İmmun sistemini yüksəltmək üçün təmiz havada olmaq da yaxşı təsir edə bilir. Qidalanma ilə yanaşı düzgün həyat tərzi immun sistemini yüksəldir. Xüsusilə, spirtli içkilərin, tütün məhsullarının, narkotik vasitələrinin insana verdiyi zərər qədər heç nə sağlamlığa mənfi təsir etmir. Bu pis vərdişlərdən uzaqlaşmaq orqanizmin özü-özünü bərpa etməsinə şərait yaradır. Yaxşı olar ki, insanlar stresdən də uzaq dursunlar. Stresin yaratdığı faktorlar immun sistemini aşağı salır. Bütün bunlardan əlavə sanitar gigiyena qaydalarına əməl etmək lazımdır. İdman və digər fiziki aktivlikdən sonra əllərin yuyulması mütləqdir. Çünki idmanla məşğul olmaq adamı daha çox tərlədir. Tər isə bədəndən toksik maddələri çıxarır və bu vaxtında yuyulmadıqda orqanizmdə immun sistemini aşağı salır”.

M.Hüseynova orqanizmi gücləndirən qidaların əsasını mövsümi meyvə tərəvəzlərin təşkil etdiyini deyib: “Hər gün ən az 4-5 tərəvəz, 3-4 meyvə yeyilməlidir. Şirin meyvələrdən daha çox tərkibində C vitamini olan turş meyvələrin seçilməsi məqsədəuyğundur. Bu vitaminlər immun sistemini gücləndirməyə kömək edir. Qidaların rənglərinə uyğun olaraq onların faydalarını qruplaşdırmaq mümkündür. Sarımsaq, soğan, ağ turp, göbələk və gül kələmi ağ̆ rəngli qidalar sayılır. Ağ̆ rəngli qidalar immunitet sistemini gücləndirir, xolesterini və qan şəkərini aşağı salır, ürək xəstəlikləri riskini azaldır. Yaşıl rəngli qidaların tərkibində fitokimyasal maddələr var. Xüsusilə bəzi xərçəng risklərinin azaldılmasında, göz sağlamlığında, əzələ və sümüklərin yenilənməsində, sağlam dişlərdə rol oynayırlar. Yaşıl qidalar arasında brokkoli, ispanaq, kivi, yaşıl bibər, xiyar, yaşıl soğan kimi qidaları saymaq olar. Sağlam bir dəridə mühüm rol oynayan sarı rəngli qidalar, eyni zamanda həzm sistemini inkişaf etdirir və beyin funksiyalarını yaxşılaşdırır. Sarı qidalar arasında banan, limon, ananas, sarı bibər, qarğıdalı və kartofu saymaq olar. Narıncı rəngli qidalar antioksidant baxımından çox zəngindir. Xərçəngdən qoruyur, ürək xəstəlikləri riskini azaldır, immunitet sistemini gücləndirirlər. Narıncı qidalar arasında portağal, kök, balqabaq, şaftalını saymaq olar. Ürək sağlamlığı üçün tərkibində lazımi fitokimyasal maddə olan qırmızı rəngli qidalar yaddaşı gücləndirir və iltihabın qarşısını alır. Bunlara pomidor, qırmızı alma, çuğundur, qırmızı bibər, çiyələk, qırmızı soğan, qırmızı üzüm daxildir. Bənövşəyi qidalara rəngini verən antosiyaninlər yaşlanma əleyhinə rol oynayır. Həmçinin sümük sağlamlığını inkişaf etdirir və bəzi xərçəng növlərinin qarşısını almağa yaxşı təsir edir. Bənövşəyi qidalar arasında badımcan, bənövşəyi ərik, qaragilə, bənövşəyi kələm sayıla bilər”.

M.Hüseynova zərərli qidalar haqda da məlumat verib: “Un məmulatları, şirniyyatlar, kolbasalar, fastfud qidalar, şirin içkilər, qazlı içkilərdən uzaq durulsa daha yaxşı olar və ən önəmli məsələlərdən biri də maye qəbulu mütləq şəkildə düzgün tənzimlənməlidir. Gün ərzində hər kiloqram bədən çəkisinə görə 30-40 milli su qəbul olunmalıdır. Bura yaşıl çayı, cökə çayını da aid edə bilərəm ki, bunlar da orqanizmi gücləndirir.

Eyni zamanda, nanə çayı həm çox faydalı, həm xəstəlikdən sonrakı ağrını, halsızlığı aradan götürür, gümrahlaşdırır. Bu da çox faydalı təsir göstərir. Eyni zamanda, da çərəzlərdən miqdarı aşmamaq şərtilə gün ərzində badam, qoz, fındıq qəbul etmək daha yaxşıdır. Bibərlər də, xüsusilə rəngli bibərlər tərkibinin zənginliyinə görə immun sistemini bərpa etməkdə əvəzsiz rol oynayır. Bunu da rasionumuza qatsaq daha yaxşı olar. Ət məhsullarını isə yaxşı olar ki, həftədə iki, üç dəfə günorta saatlarında istehlak olunsun. Balıqla da qidalanmağı unutmayaq”.




Baxış sayı: 180
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30