FACT-INFO.AZ » AKTUAL » Əkrəm Bəydəmirli: “Peşəkar səviyyədə Azərbaycan həqiqətlərini dünyaya çatdıran QHT-lərə diqqət artmalıdır”
19-11-2016, 10:45 | AKTUAL
Əkrəm Bəydəmirli: “Peşəkar səviyyədə Azərbaycan həqiqətlərini dünyaya çatdıran QHT-lərə diqqət artmalıdır”

– Əkrəm müəllim, əvvəlcə rəhbərlik etdiyiniz təşkilatın “Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında innovativ təşəbbüslərin artırılması” layihəsini gerçəkləşdirməyə qədər keçdiyi yoldan danışaq.

– Göstərdiyiniz diqqətə görə təşəkkür edirəm. Sosial Rifah və Tədqiqatlar İctimai Birliyi bu vaxta qədər bir sıra layihələr  həyata keçirib. Bu təşkilat 2004-cü  il  29 noyabrında Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. QHT-nin əsas fəaliyyət istiqaməti media  sahəsində, o  cümlədən Qarabağla bağlı problemləri araşdırmaq, elmi tədqiqatları  genişləndirərək   bu məsələlərin həllinə dəstək olmaq idi. Bizim mətbuatla bağlı, o cümlədən  media iqtisadiyyatının formalaşdırılması,  KİV sahəsində iqtisadi münasibətlərin  tənzimlənməsi mexanizmləri  və digər mövzularla  bağlı araşdırmalarımız  və layihəmiz olub. Hətta media iqtisadiyyatının inkişaf istiqamətləri ilə bağlı müəyyən tədbirlər, müzakirələr təşkil etmişik.  Bütün bu bunlarla paralel olaraq  münaqişə, insan faktoru, Qarabağ həqiqətlərinin  ortaya çıxarılması istiqamətində layihələrimiz olub.
Xüsusilə,   Azərbaycan Respublikasının  Prezidenti  yanında  QHT-yə Dövlət  Dəstəyi  Şurası ilə əməkdaşlıq edərək  bir sıra uğurlu layihələrin icrasına nail olmuşuq.

SRTİB-nin  layihəsi  çərçivəsində yaradılan   www.fact-info.az (Fakt Azərbaycan) internet saytı hazırda  üç dildə (Azərbaycan, ingilis, rus dilləri) fəaliyyət  göstərir.
Təşkilat   “Ermənistan-Azərbaycan münaqişəsinin   tədqiqatı  və  həqiqətlərin   beynəlxalq  aləmə çatdırılması”, “Azərbaycanın təbliği və ərazi bütövlüyünün bərpası  naminə  xarici ölkələrdə elektron medianın rolunun gücləndirilməsi”, “Ermənistan-Azərbaycan münaqişəsinin  insan  faktoruna vurduğu  ziyanla bağlı tədqiqatların aparılması  və digər layihələr icra edib.

“Ermənistan-Azərbaycan münaqişəsinin  insan  faktoruna vurduğu  ziyanla bağlı tədqiqatların aparılması  və bu yöndə innovativ təşəbbüslərin artırılması”  layihəsi çərçivəsində iki rayona (Ağdam və Füzuli)  münaqişə, ümumilikdə işğal faktı nəticəsində vurulan ziyan təsnifatına uyğun olaraq hesablanıb. Müharibə nəticəsində bu bölgələrdə insan faktoruna vurulan ziyanla bağlı  çox maraqlı  faktlar ortalığa çıxmışdı.  Ermənistanın təcavüzü tək ətraf aləmə, maddi- mədəni resurslara deyil, həmçinin  insan faktoruna da dəhşətli ziyan vurmuşdu. Biz layihə çərçivəsində  hər iki rayona dəyən ziyanı qismən də olsa müəyyən edib, geniş təhlil etdikdən sonra 2013-14-cü illərdə ictimaiyyətə təqdim etdik.

– İndi də bu günlərdə təqdimatını keçirdiyiniz kitab haqqında. Bildiyim qədər kitab bir neçə illik araşdırmaların məhsuludur.

– XX əsrdə Azərbaycan xalqına qarşı törədilən ən dəhşətli və uzun müddət ictimaiyyətdən gizlədilən soyqırımlardan da biri də məhz 1918-ci il hadisələridir. Biz  QHT təmsilçiləri olaraq bu  məsələlərin son bir neçə ildə yenidən araşdırılması ilə məşğul olub,  hadisələrin coğrafiyasını nəzərə alaraq  bir sıra rayonlara səfərlər etmişik.

Bu səfərlər müddətində  bölgələrdə yaşlı və  məlumatlı insanlardan informasiyalar toplamışıq.  Xatırladırıq ki, ötən ilki layihəmizdə  belə tədqiqatlar ardıcıl olaraq aparılmışdı.

Bu vaxta qədər isə 6  rayonun 30-a yaxın kəndində olaraq  100-ə yaxın insanla söhbət etmişik. Birbaşa  1918-ci il hadisələrinin iştirakçıları, canlı şahidləri təbii ki,  barmaqla sayılacaq qədər azdır. Lakin yaşlı, məlumatlı,  bu hadisələri uzun müddət araşdıran  insanlar var.

Elə insanlar var ki, onların verdiyi informasiyalara  kitablarda rast gəlinmir. Biz apardlğımız araşdırmaları, əldə etdiyimiz  məlumatları  təhlil edərək,  sonda bu qənaətə gəlmişik ki,  1918-ci il  hadisələrini-ermənilərin törətdiyi vəhşilikləri  bir daha beynəlxalq ictimaiyyətə  təqdim etmək məqsədilə  yeni bir kitab çap etdirək.

Onu da qeyd edim ki, araşdırmalarımız bir  neçə istiqamətdə olub.  İnsan faktoruna dəyən  ziyanla bərabər  həmin dövrdə  Azərbaycanın maddi və mədəniyyət resurslarlarına, tarixi memarlıq abidələrinə  qarşı törədilən təcavüz faktları da araşdırmalarımızda aydın şəkildə  göstərilib.

– Kitab elektron formatda internet istifadəçiləri üçün əlçatan olacaqmı?

–  “1918-ci il hadisələri: dünyasını dəyişən şahidlər, unudulmayan tarix” kitabının elektron versiyası istifadəçilər üçün tam açıq olacaq. Biz çalışacağıq ki, maksimum əcnəbi oxucuları  ingilis dilli versiyasının oxunuşuna cəlb edək.  Yaxın müddətdə  internet formatını  istifadəçilərin ixtiyarına buraxacağıq. Dostlarımızdan xahiş edəcəyik bu versiyanın daha geniş şəkildə paylanmasında bizə yardımçı olsunlar.

– Soyqırım həqiqətlərimizin dünyaya çatdırılması işində axsamalar da var. Prosesi optimallaşdırmaq üçün nə təklif edərdiniz? Qarşıdan 1918-ci ilin 100-cü ildönümü gəlir.

– Siz çox vacib bir məsələyə toxundunuz.  Ümumilikdə Qarabağ məsələsi, Ermənistan –Azərbaycan münaqişəsi və  həmçinin 1918-ci il hadisələri ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında müəyyən boşluqlar var. Təbliğatın metodologiyası getdikcə dəyişir. Daha innovativ vasitələrdən istifadə etmək gərəkdir. Düşünmək lazımdır soyuqqanlı Avropa əhlinə  soyqırım həqiqətlərimizi necə çatdıra bilərik?  Xüsusilə, QHT-lər bu məsələdə  daha məsuliyyətli  və ayıq olmalıdırlar. Bəziləri həqiqətləri dünyaya çatdırmaq üçün internet saytı yaradır. Layihə bitən kimi sayt fəaliyyətini tam dayandırır. Bu yolverilməz işdir.  Əvvəla hər kəs üçün sayt yaratmaq məqsədilə  qrant vəsaitinin ayrılması düzgün deyil. İkincisi, maliyyə verən  təşkilat belə layihənin davamlı olmasında maraqlı olmalıdır. Nəhayət, sahibkarlar, imkanlı şəxslər  bu məsələdə yaxalarını kənara çəkməməlidirlər. Onlarda lazım olan məqamda öz dəstəklərini göstərməlidirlər. Etinasızlıq,   bu məsələlərə  biganə yanaşma halları olmamalıdır. Bundan əlavə peşəkar səviyyədə  Azərbaycan həqiqətlərini dünyaya çatdıran  QHT-lərə diqqət artmalıdır.  Azərbaycan elə də böyük ölkə deyil ki, kimisə tanımaq çətin olsun.  Əlqərəz səmimi  və peşəkar səviyyədə  Azərbaycan həqiqətlərini dünyaya çatdıran  QHT-lər  maliyyə sıxıntısı  içərisində olmamalıdır.

Nəhayət, soyqırım həqiqətlərimizi dünyaya çatdırmaq üçün bədii və sənədli filmlərin çəkilməsinə daha çox ehtiyac hiss olunur.  Filmin təsir etmə  imkanları çox genişdir.  Kitabla, internet saytları və digər təbliğat vasitələri ilə bərabər  cəlbedici filmlərin çəkilişi yaxşı olardı. Mən bəzən düşünürəm ki,  bizim rejissorlar, aktyorlar nəyə görə, müharibə mövzusunda dünyada məşhur olan “Pianoçu” səviyyəsində bədii filmlər çəkməsinlər?  Bunun üçüm yetərincə, mövzular,  potensial var.

Onu da qeyd edim ki,  biz  1918-ci il hadisələri ilə bağlı  sənədli film çəkmək istəyirdik. Ssenari var.  Təəssüf  ki,  bu və digər önəmli işlərin  gerçəkləşməsi  üçün lazımı maliyyə dəstəyi  hələlik tapa bilməmişik.

Dadaş Musayev, 1905.az

 

 

 

 

 




Baxış sayı: 1 942
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30