FACT-INFO.AZ » QHT » Mənim ilk müəllimim
5-10-2023, 14:00 | QHT
Mənim ilk müəllimim

İndiki kimi yadımdadır, 1 sentaybr 1980-ci il ilk dəfə məktəbə getməyim. Dədəm Mustafa kişi əlimdən yapışıb məni kəndin mərkəzində yerləşən Folklor klubuna gətirdi və sinif otağına girib məni ilk müəllimim Durna müəlliməyə təhvil verdi. Məktəb pambıq mövsümi ilə əlaqədar bağlı olduğu üçün hazırlıq kursu Folklor klubunda fəaliyyətə başlamışdı. Dədəm sonra isə məktəbli  partasında  oturmuş bir uşağın yanındakı boş yerə məni otuzdurub ded: “Bu sənin kirvəndi, Əziz bəyin nəvəsidir bunun yanında otur”. Bu Düdəngəli Əziz bəyin nəvəsi sonradan ən yaxın dostuma çevrilən Rəşad Cavadov idi. Sonra Dədəm gedib yaxınlıqdan mağazadan mənə çoxlu konfet alıb verdi. Amma Folklor klubundan evimizə  necə gedəcəyimin həyacanı məni basırdı. Bir az keçdi Gövhər xala Nicad gətirdi sinifə qoydu Durna müəlliməyə təhvil verdi (Nicad Məmmədov I və II Qarabağ müharibəsinin iştirakçısı Azərbaycan Milli Ordusunun polkovnik-leytenantıdır). Gövhər xala çıxıb getmək istəyəndə Nicad elə hay-küy saldı ki, Gövhər xala onu sakitləşdirməyə çalışırdı. Durna müəllimə məsləyə müdaxilə etdi və Nicatı sakitləşdirdi.

Bundan sonra bizim ilk dərsimiz başladı. Sözün həqiqi mənasında biz xoşbəxt adamlarıq ki, bizə belə bir müəllim dərs deyib. Doğma ana qayğısı ilə bizi elmə oxumağa kökləyən bir pedaqoq. Əlimizdən tutub bizə hərf yazmağı öyrədən səhvimizi gözəlliklə düzəldən əsl pedaqoq. Elmi bizə sevdirən ilk ustadımızın ruhu qarşısında baş əyirəm! Biz həyatda bütün uğurlarımıza görə göydə Allaha, valdeyinlərimizə və müəllimlərimizə borcluyuq. Əlbəttdə ilk ibtidai təhsil bünövrəsi düz qoyulmasa onu sonradan düzəltmək mümükün deyil. Ona görə də  ilk müəllim insan həyatının düzgün istiqamətləndirilməsində çox mühüm rol oynayır. Biz şansı gətirən uşaqlar idik ki məhz bizim müəllimimiz Durna müəllimə oldu. Durna müəllimənin öz qızı Ruxsarə də bizimlə bir sinifdə oxuyurdu biz Durna müəllimənin hər hansı bir epizoddasa qızına qarşı fərqli münasibətinin şahidi olmadıq. Ruxsarə də məsuliyyətli qız idi sinifdə  yaxşı oxuyan şagirdlərdən biri idi. Sinifdə 31 uşaq idik. Bu boyda uşağı idarə etmək üçün Durna müəllimə kimi təcürbəli bir pedaqoq olmaq lazım idi. Durna müəllimənin nə qədər sevsək də amma çox çəkinirdik. Uşaqaları demək olar ki çox az halda əlindəki çubuqla vurardı. Özünə məxsus yanaşması var idi.  Bir dəfə iki alan uşaqların ibrəti- aləm olsun deyə 2 yazıb sapla qulaqlarına asmışıdı və tapşırmışdır ki, heç kim evə gedənə kimi bunu çıxartmasın qoy evdə görsünlər ki, siz oxumursunuz uşaqlar da qorxularından çıxartmamışdılar.
2021-ci ildə orta məktəbi bitirməyimizin 30 illiyini sinif yoldaşlarımızla birgə qeyd etdik. Rəşad, Sənan, Faiq başqa ölkədə olduqları üçün iştirak edə bilmədilər ama yerdə qalanlar mən  Nicad, Teymur, Maarif, Sərdar, Rafiq, Tofiq, Elçin yubileydə iştirak etdik. Şübhəsiz ki, bizi bir-birimizə bağlayan bizə mehribançılığı öyrədən ilk müəllimiz Durna müəllimənin xidmətləri danılmazdır.
Durna müəllimə ailəmizin sevimlisi idi böyük qardaşlarım Əhməd, Mobil və kiçik qardaşım Mehdixanın sinif müəlliməsi olub. Tam məsuliyyəti ilə deyə bilərəm ki, dördümüzdə Durna müəllimənin sevimli şagirdi olmuşuq.

Durna müəllimənin adının rəsmi sənədlərdə Durdanə olduğunu çox sonralar bildim. Mənim ilk və sevimli müəllimim Durdanə Calalova kimdir?

25 yanvar 1948-ci ildə  Şərur-Dərləyəz qəzasının Çivə kəndində anadan olub. 1952-ci ilin payızında ailəsi ilə birlikdə Bərdə rayonun İmirli kəndində deportasiya ediliblər. 1953-cü ildə İsa Vəkilov İmirlidə ilk orta məktəbi yaradıb. Məktəbdə ilk təhsil alan şəxslərdən biridə məhz Dürdanə Calalova olub. O, 1955-ci  ildə İmirli kəndin də 1-ci sinifə gedib. İmirli kənd məktəbi yenicə fəaliyyətə başladığı üçün 4 illik olub. 1959-1962-ci illərdə Durdanə Calalova 5-7-ci sinifləri Bərdə rayonunun Şahvəllər kəndində alıb. Şahvəllər kəndində isə orta məktəb 7 illik olduğu üçün sonra bir il Xanərəb kəndində (1963-cü ildə) orta təhsilini davam edərək  8-ci sinifi həmin kənddə  bitirib. Bundan  sonra, 1964-65-ci illərdə  Ağdam rayonu Kolanı kəndində tam orta məktəbi bitirib. 1966-cı ildə Şuşa Pedaqoji məktəbinin İbtidai sinif müəllimliyinə daxil olmuşdur. İmirli kəndin də ilk oxuyan qadın olmuşdur. 1968-ci ildə  məktəbi qırmızı diplomla bitirib. 15 avqust 1968-ci il  Bərdə rayon İmirli  kəndində sinif müəllimi kimi fəaliyyətə başlamışdır. 46 il müəllimlik vəzifəsini şərəflə yerinə yetirdikdən sonra 2 iyun 2014-cü ildə çalışmanın yaş həddinə çatdığı üçün əmək müqaviləsinə xitam verilib. 25 yanvar 2020-ci ildə İmirli kəndində dünyasını dəyişib. Müəllimlər günündə bu yazını ilk müəllimim Durdanə Calalovanın parlaq xatirəsinə həsr etməklə çoxdankı arzumu yerinə yetirmiş oldum.

 Səməd Vəkilov




Baxış sayı: 700
Abbas Zamanovun 115 illiyinə həsr olunan elektron məlumat bazası hazırlanıb Bu gün, 10:30 Süni intellekt kibertəhlükəsizlik mütəxəssislərinin rolunu dəyişir Bu gün, 10:00 Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır Bu gün, 08:30 Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb Bu gün, 08:00 Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır Dünən, 19:00 "Şahinlərin Görüşü-2026" müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib Dünən, 19:00 Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib Dünən, 18:00 ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week Dünən, 17:30 İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir Dünən, 12:30 Dünyada separatizmə, müharibə cinayətlərinə münasibət fərqli olmamalıdır Dünən, 11:30 Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşü Dünən, 11:00 Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb Dünən, 11:00 Azad edilmiş ərazilərdə daha 361 mina, 624 PHS aşkarlanıb Dünən, 10:30 Vətən müharibəsinin xronikası: 11 oktyabr Dünən, 10:30 Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq 11-10-2026, 10:00 Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq 11-10-2026, 10:00 Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək 10-10-2026, 09:30 Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub 10-10-2026, 08:30 ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi 10-10-2026, 08:30 Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb 9-10-2026, 20:30 Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir 9-10-2026, 19:30 International travellers visit Ganjasar Monastery Complex 9-10-2026, 17:00 Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı? 9-10-2026, 12:00 Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş kitab sərgisi açılıb 9-10-2026, 11:00 Prezident İlham Əliyev: 2026-cı ilin ilk yarısında Azərbaycan üzərindən tranzit daşımalarının həcmi 10 faiz artıb 9-10-2026, 11:00 Prezident: Məqsədimiz Azərbaycan üzərindən yükdaşımaların həcmini hər istiqamət üzrə 15 milyon tona çatdırmaqdır 9-10-2026, 11:00 Türkiyənin məktəblərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək 9-10-2026, 10:30 Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır - KİV 9-10-2026, 09:00 Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir 9-10-2026, 08:00 Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib 8-10-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031