FACT-INFO.AZ » XƏBƏR » Azərbaycan səfiri İtaliyanın mediasına Qarabağ həqiqətlərindən danışıb
26-09-2023, 09:30 | XƏBƏR
Azərbaycan səfiri İtaliyanın mediasına Qarabağ həqiqətlərindən danışıb

Fact-info.az xəbər verir ki, jurnalist Mariano Giustinonun suallarını cavablandıran səfir Ermənistan silahlı qüvvələrinin qanunsuz birləşmələri tərəfindən ölkəmizə qarşı törədilmiş təxribatlar və mina terroru nəticəsində hərbi qulluqçuların və mülki şəxslərin həlak olmasının Azərbaycanın sentyabrın 19-da Qarabağ iqtisadi rayonundakı erməni silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək çıxarılması, bölgədə təhlükəsizliyin təmin olunması və Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə lokal xarakterli antiterror tədbirlərini həyata keçirməyə məcbur etdiyini bildirib. Vurğulayıb ki, sentyabrın 20-də antiterror tədbirlərinin uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini bərpa edib.

Rəşad Aslanov deyib ki, Azərbaycanda “Dağlıq Qarabağ” adlanan inzibati ərazi vahidi yoxdur. Azərbaycan Respublikasının suveren ərazisində Qarabağ iqtisadi rayonu mövcuddur və antiterror tədbirləri məhz burada həyata keçirilib. Antiterror tədbirlərinin hədəfi yalnız qeyri-qanuni hərbi birləşmələr və hərbi infrastruktur olub, mülki əhali və infrastruktur obyektləri hədəfə alınmayıb.

Bildirilib ki, sentyabrın 21-də Yevlax şəhərində Azərbaycanın mərkəzi hakimiyyətini təmsil edən rəsmilərlə Qarabağın erməni sakinlərinin nümayəndələri arasında görüş keçirilib, gələcək birgəyaşayış məsələsi müzakirə olunub. Azərbaycan hökuməti erməni sakinlərinin təhlükəsizliyinin, eləcə də bütün hüquqlarının təminatı üçün ölkə konstitusiyası və qanunları çərçivəsində zəmanət verib. Hazırda Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası ilə bağlı tədbirlər həyata keçirilir.

Diplomat vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli məqsədilə İşçi qrup yaradılıb, bu çərçivədə erməni sakinlər üçün çörək dolu avtomobil, ərzaq məhsulları və gigiyenik vasitələr göndərilib, onların ilkin tibbi yardım və qida ilə təmin olunması məqsədilə Ağdam, Füzuli və Kəlbəcərdə 1000 nəfərlik çadır düşərgələri qurulub. Hazırda Laçın-Xankəndi yolundan ərzaq və gündəlik tələbat mallarının keçidi təmin olunur.

R.Aslanov 30 ilə yaxın müddətdə Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini, azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirildiyini, həmin ərazilərdən 750 mindən çox məcburi köçkünün və Ermənistandan 250 mindən çox qaçqının olduğunu və onların hələ də öz yurd-yuvalarına qayıtmağı gözlədiyini xatırladıb.




Baxış sayı: 69
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30