FACT-INFO.AZ » AKTUAL » BQXK Fransanın və Ermənistanın maraqlarına xidmət edir
31-08-2023, 10:10 | AKTUAL
BQXK Fransanın və Ermənistanın maraqlarına xidmət edir

Fact-info.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Ramiz Alıyev söyləyib.

Onun sözlərinə görə, ötən gün Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək Qarabağda yaşayan erməni əsilli vətəndaşlarla bağlı narahatlığını dilə gətirib: “Prezident İlham Əliyev E.Makrona verdiyi cavab onun narahatlığının əsassız olduğunu sübut etdi. Dövlətimizin başçısı açıq şəkildə bildirdi ki, Ağdam-Xankəndi yolu açıldıqdan sonra Azərbaycanın gömrük və sərhəd rejimi qaydalarına riayət etməklə Laçın-Xankəndi yolundan istifadə edilə bilər. O da qeyd olundu ki, Qarabağın erməni əhalisinin təmsilçilərinin reinteqrasiya məsələlərini müzakirə etmək üçün paytaxt Bakıya və Azərbaycanın digər şəhərlərinə dəvət edib, ancaq onların bundan da imtina ediblər. Təəssüf ki, Ermənistan və onun böyük bacısı Fransa beynəlxalq hüquqa, reallığa hörmət qoyamayaraq təxribatçı əməllərini davam etdirirlər. Fransada yerləşən Erməni Təşkilatlarının Koordinasiya Şurasının (CCAF) xahişi ilə Paris meri Ann İdalqo guya blokadada olan Xankəndiyə “humanitar yardım karvanı” göndərməsi də bu təxribatın tərkib hissəsidir. Erməni icmaları tərəfindən maliyyələşdirilən təxribat xarakterli “fransızsayağı sülh təşəbbüsü”nün məqsədi, təbii ki, Xankəndidəki ermənilərin separatçı iddialarını daim gündəmdə saxlamaqdır. Amma onların bu məkrli planlarının həyata keçirilməsinin qarşısı qətiyyətlə alınacaq. Ardıcıl ermənipərəst siyasət yürüdən Fransa Avropa İttifaqındakı imkanlarından və başı Ukraynada müharibəyə qarışmış Rusiyanın zəifləməsindən istifadə edərək Ermənistana hərbiləşmiş missiyanın göndərilməsinə nail oldu, bununla da danışıqlar prosesinə zərbə vurdu”.

R.Alıyev qeyd edib ki, Afrikada ciddi problemlərlə üzləşən və ağır duruma düşən Fransa Cənubi Qafqazda da pozucu fəaliyyətindən əl çəkmir və durumu gərginləşdirmək istiqamətində işini davam etdirir: “Bu gün Türkiyə və Azərbaycan əleyhinə var gücü ilə kampaniya aparan Fransa öz tarixi keçmişini unutmamalıdır. Əlcəzair, Vyetnam, Mərakeş, Cibuti, Çad, Qabon və Tunisdə milyonlarla dinc insanı qətlə yetirən Fransa uzun müddət həmin ölkələrin vətəndaşlarının nifrətləri və tənələri ilə üzləşəcək. Yaxşı olardı ki, Fransa dövlətinin rəhbər şəxsləri, o cümlədən xanım Ann İdalqo yeni təxribatlar, gərginliklər yaratmaq barədə deyil, öz ölkəsinin darmadağın olmuş imici barədə düşünsün. Biz BQXK-nin ermənipərəst siyasətini də unutmuruq. Bu təşkilat yalnız ermənilərin maraqlarına xidmət edir, itkin düşmüş azərbaycanlılarla bağlı heç bir iş görmür. Amma ermənilərin ən xırda problemlərinin həlli istiqamətində var gücləri ilə çalışırlar. Xatırladaq ki, müharibə vaxtı Füzulidə ermənilər mühasirəyə düşərkən hay-küy salaraq bölgəyə gedən Qırmızı Xaç nümayəndələri onları Hadrut istiqamətində çıxartmağa çalışırdılar. Bu gün isə BQXK əli günahsız azərbaycanlıların qanına batan Vaqif Xaçaturyana və digər ermənilərə kömək etməyi özünə prioritet seçib. Biz bir dövlət və cəmiyyət olaraq Qırmızı Xaçla bağlı daha kəskin və qətiyyətli mövqe ortaya qoymalıyıq. BQXK Fransa və Ermənistanın çaldıqları havaya oynayır”.

Politoloqun sözlərinə görə, Beynəlxalq Qırmızı Xaç Komitəsi yaxşı olardı ki, bu prinsipiallığını Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı göstərəydi: "44 günlük Vətən müharibəsindən sonra biz Qarabağda kütləvi məzarlıqlar aşkarladıq. Orada soydaşlarımız qətl edilərək təhqiramiz şəkildə basdırılıb. Ermənilərin əsir və girovlara qarşı da amansız davranışları bütün insani dəyərlərə hörmətsizliyin bariz nümunəsidir. Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşmüş minlərlə azərbaycanlının taleyindən hələ də xəbər yoxdur. Beynəlxalq Qırmızı Xaç Komitəsi, Fransa itkin düşmüş şəxslərin taleyi barədə məlumatların açıqlanması üçün Ermənistana təzyiq göstərmək əvəzinə, onları müdafiə edir, başlarının altına yastıq qoyurlar. İtkin düşmüş şəxslər tək bir ölkənin deyil, bütün dünyanın problemi hesab olunur”.




Baxış sayı: 345
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30