FACT-INFO.AZ » SİYASƏT » Ermənistan və himayəçiləri növbəti dəfə rüsvayçı məğlubiyyətə düçar oldular
17-08-2023, 15:35 | SİYASƏT
Ermənistan və himayəçiləri növbəti dəfə rüsvayçı məğlubiyyətə düçar oldular

Fact-info.az-ın məlumatına görə, bu sözləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli söyləyib.

E.Mirzəbəylinin sözlərinə görə, Azərbaycan torpaqlarında tarixin amansız reallıqları və imperiyaların vəhşi ambisiyaları səbəbindən formalaşdırılmış bir ölkənin sərhədləri daxilində, bir ovuc torpaq üzərində muxtariyyət səviyyəsində bir dövlət qurmağı bacarmayan toplumun dörd bir yanına münasibətdə ərazi iddiaları ilə çıxış etməsi absurddur.

Azərbaycanlılara məxsus Göyçə gölündən başqa hər hansı bir hövzəyə əli çatmayan diaspor xalqının “dənizdən-dənizə” imperiya qurmaq hikkəsi ilə yaşaması, ən yaxşı halda sistematik beyin pozuntusu, təfəkkür qüsuru sayıla bilər. Təəssüf ki, əsasən öz gücünü, potensialını, imkanlarını mövcud olduğundan dəfələrlə üstün bir dəyərləndirmə sindromu üzərində formalaşdıran bu təfəkkür, hətta bir neçə il öncə haqqın, ədalətin dəmir yumruğundan aldığı sarsıdıcı zərbədən sonra da reallığı dərk etmək istəmir. Qapıda XXI əsrin üçüncü onilliyidir, ermənilər isə dünyada yalnız onlara və Aralıq dənizi hövzəsində yaşayan bəzi xalqlara aid olan, tibb elmində “erməni xəstəliyi” kimi tanınan bəlanın titrətmə, şəxsiyyətin ikiləşməsi və beyin pozuntusu ilə müşayiət olunan simptomlarından xilas ola bilməyiblər. Əgər xilas olsaydılar, o zaman ənənəvi himayəçiləri Fransanın rüsvayçı məğlubiyyətindən sonra, BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə məsələ qaldırmaq niyyətinə düşməzdilər.

“Maraqlıdır, özlərini dünyanın “ən qədim”, “ən ağıllı”, “ən bacarıqlı” xalqı elan edən bu zavallılar, hətta müraciət etdikləri ünvandakı hər kəsin sezə biləcəyi qüvvələr nisbətini belə müəyyənləşdirə bilmirlər. Yəni anlamırlar ki, BMT Təhlükəsizlik Şurasının 10 daimi üzvündən 6-sı Azərbaycanın çox böyük nüfuza, mövqeyə və dəstəyə malik olduğu Qoşulmama Hərəkatının üzvləridir. Azərbaycanın və eləcə də ölkəmizin ən yaxın müttəfiqi Türkiyənin bu ölkələrlə sıx əlaqələri var. Başa düşə bilmirlər ki, digər qeyri-daimi üzvlərdən ikisinin – Albaniya və Yaponiyanın Azərbaycanla uzun illərə söykənən və strateji tərəfdaşlıq səviyyəsində olan əlaqələri mövcuddur. Azərbaycan bu dövlətlər üçün bütün aspektlərdən maraqlı ölkədir, beynəlxalq hüququn məsuliyyətli, sözünə sahib çıxan, prinsipial, qətiyyətli subyektidir. Dərk edə bilmirlər ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 4-ü Azərbaycanla tərəfdaşlıq və strateji müttəfiqlik münasibətlərindədir. Özlərini az qala “diplomatiyanın babası” sayan və diplomatik “məharət”ləri ilə öyünən ermənilərin siyasi başbilənləri Azərbaycanın regiondakı açar rolunu, nəqliyyat və enerji dəhlizlərinin diversifikasiyası müstəvisində uzun illərdən bəri həyata keçirdiyi siyasətin mahiyyətini, Cənub Qaz Dəhlizi, Orta Dəhliz (Transxəzər), Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinin Azərbaycan üzərindən keçən marşrutlarının əhəmiyyətini gözlərini qapamış kin və nifrət səbəbindən anlaya, yaxud qəbul edə bilmirlər”, - deyə Elçin Mirzəbəyli diqqətə çatdırıb.

Onun sözlərinə görə, bütün bunlar isə ermənilərin “diplomatik məharət” adlandırdıqları “bacarıq”larının əslində bəsit əyalət hiyləgərliyindən başqa bir şey olmadığını sübuta yetirir. Tarixlərini, musiqilərini, mədəniyyətlərini başqalarından oğurladıqları kimi “diplomatik məharətləri”ni də özgələrdən mənimsəməyə çalışıblar. Nəticədə isə ortalığa təhrif olunmuş “məharət” çıxır. Eynilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın adı kimi. Yəni sən Ağrı dağının adına “Ararat” deyə bilərsən, amma son nəticədə “Ararat” sözü ən yaxşı halda, Vaşinqtondan suyu süzülə-süzülə geriyə qayıtmaq məcburiyyətində qalan xarici işlər nazirinin, yaxud siqaretin, içkinin adından başqa bir işə yaramayacaq.

“Nə oldu, Paşinyan? Nə oldu, Mirzoyan? Nə oldu, Ermənistan? Nə oldu, Fransa? Deyəsən, Azərbaycan Prezidentinin artıq aforizmə çevrilmiş “Nə oldu, Paşinyan?” deyimi Ermənistanın baş naziri ilə yanaşı, bir çoxlarının da “könlünə yatıb”. Onlar da Nikol Paşinyan kimi bu sualı tez-tez eşitmək istəyirlər. Deyim nə oldu? O oldu ki, Ermənistan və himayəçiləri növbəti dəfə BMT Təhlükəsizlik Şurasında rüsvayçı məğlubiyyətə düçar oldular. O oldu ki, son bir neçə ay ərzində İrəvanda və bəzi ölkələrin paytaxtlarında sinxron şəkildə hazırlanan təxribat ssenariləri, o cümlədən “humanitar yük” şouları iflasa uğradı. O oldu ki, Avropa İttifaqının Ermənistandakı missiyasının bəzi nümayəndələrinin yaşmaqlanaraq verdikləri ikiüzlü, simasız açıqlamalar sabun köpüyü kimi havaya uçdu”, - deyə siyasi ekspert vurğulayıb.

E.Mirzəbəyli bildirib ki, ermənilərin bir ətək pul töküb Beynəlxalq Ədalət Məhkəməsinin çirkli əməlləri ilə ifşa olunmuş sabiq prokuroruna yazdırdıqları “hesabat”, yəni kağız parçası, heç bir işə yaramadı. Ararat Mirzoyan bu rüsvayçılıqdan sonra Ermənistana necə qayıdacağını bilmir. Bu isə artıq onun öz problemidir.




Baxış sayı: 195
“Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30